92. Hansı sayın yazılışı ilə tələffüzü arasında fərq yoxdur?
A) beşinci
B) dörd
C) səkkizinci
D) doqquzuncu
E) dörd yüz
93. Əvəzliyin mənaca hansı növü əvəzliyin özünün də yerində işlənə bilər?
A) sual əvəzliyi
B) təyini əvəzlik
C) işarə əvəzliyi
D) şəxs əvəzliyi
E) qeyri-müəyyən əvəzlik
94. İşarə əvəzlikləri əsasən hansı nitq hissələrini əvəz edir?
A) sifəti, zərfi
B) ismi, sayı
C) sifəti, feli
D) ismi, sifəti
E) sifəti, əvəzliyi
95. İşarə əvəzliyi daha çox hansı cümlə üzvü yerində işlənir?
A) təyin
B) xəbər, təyin
C) zərflik
D) mübtəda, tamamlıq
E) zərflik, təyin
96. Hansı cümlədə vergül səhv qoyulmuşdur?
A) Bu, məktəb o, məktəblə yarışır.
B) O, qoçaq oğlandır.
C) O, çox şey fikirləşdi.
D) O, məktəbimizin direktorudur.
E) O, 1975-ci ildə doğulmuşdur.
97. Qeyri-müəyyən əvəzliklərdən ibarət olan cərgəni müəyyənləşdirin:
A) hamı, kim isə, biri
B) hər, hərə, filan
C) birinci, bəzisi, bütün
D) elə, belə, hər
E) özüm, kimisi, elə
98. Hansı nümunədə həm təsdiq, həm də inkar fel eyni anda işlənmişdir?
A) Bu baş o meydana gəlsin, gəlməsin?
B) Qapını bağlama, qoy açıq qalsın.
C) Əti yaxşı qovurmasan, qovurma uzun müddət qalmaz.
D) Yüz namərdlə şəkər yesən, dad olmaz.
E) Qızdırması hələ düşməyib, müalicəni davam etdirməlidir.
Dostları ilə paylaş: |