76. Hansı nümunədə məcazi mənalı söz işlənib?
A) dəli könül
B) çətin dil
C) daşan sel
D) əsən yel
E) ətirli gül
77. Hansı köhnəlmiş sözdür?
A) pristav
B) tütün
C) polis
D) yelçəkən
E) dəftər
78. Antonim olan söz hansıdır?
A) əyani
B) əməkdaş
C) əhəmiyyət
D) ərizə
E) əsgər
79. Birinin sinonimi yoxdur.
A)) yarpaq
B) bilik
C) qohum
D) ilkinp
E) dərrakə
80. Sinonimlər ən çox hansı üslubda istifadə olunur?
A) bədii
B) elmi
C) publisistik
D) rəsmi
E) məişət
81. Hansı cərgədəki sinonim cütlük əsl Azərbaycan sözlərindən ibarətdir?
A) doğru – düzgün
B) bilik – savad
C) sevgi – məhəbbət
D) xeyir – fayda
E) mərifət – qanacaq
82. Hansı isimlər qeyri-müəyyən təsirlik halında işlənə bilməz?
A) xüsusi isimlər
B) cəm isimlər
C) mücərrəd isimlər
D) ümumi isimlər
E) tək isimlər
83. Biri feldən düzələn isimdir.
A) qorxu
B) ağlağan
C) düzgün
D) yorğun
E) gurultu
84. Hansı nümunədə isim eyni zamanda həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir?
A)) Ağac bar verəndə başını aşağı əyər.
B) Bal tutan barmaq yalar.
C) Ağıl yaşda deyil, başdadır.
D) Yüz yeyənin olsun, bir deyənin olmasın.
E) İlanın ağına da lənət, qarasına da.
Dostları ilə paylaş: |