10.Silloqrafik yazı nəyə deyilir?
A) Şərti işarələrlə bütöv hecaları göstərən yazıya;
B) Şərti işarələrlə dilin səslərini əks etdirən yazıya;
C) Bu və ya başqa məlumat və hadisənin şəkillər vasitəsilə ifadə etdiyi yazıya;
D) Nitqdəki sözlərin ideoqramlarla əks olunmasına;
E) Dilin ancaq səslərini əks etdirən yazıya.
11.Ərəb əlifbası yazımızdan neçənci ildə tamamilə çıxarıldı?
A) 1929-cu il yanvarın 1-də
B) 1918-ci il yanvarın 1-də
C) 1922-ci il yanvarın 1-də
D) 1925-ci il yanvarın 1-də
E) 1930-cu il yanvarın 1-də
12.Ilk dəfə olaraq Azərbaycan yazısını asanlaşdırmaq üçün əlifbada dəyişiklik etmək ideyasını irəli sürən kim olmuşdur?
A) M.F.Axundov
B) H.Zərdabi
C) C.Məmmədquluzadə
D) M.Ə.Sabir
E) Ə.Haqverdiyev
13.M.F.Axundovun latın qrafikası əsasında tərtib etdiyi Azərbaycan əlifbası layihəsində neçə işarə var idi?
A) 42
B) 32
C) 33
D) 35
E) 45
14.Azərbaycanda rus qrafikası əsasında yeni əlifba yaradılması məsələsi neçənci ildə qaldırılmışdı?
A) 1939-cu ilin əvvəllərində
B) 1937-ci ilin axırlarında
C) 1938-ci ilin əvvəllərində
D) 1940-cı ilin axırlarında
E) 1942-ci ilin əvvəllərində
15.Rus qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası yazımızda neçənci ildən aparılmağa başlamışdır?
A) 1940
B) 1937
C) 1938
D) 1939
E) 1942
Dostları ilə paylaş: |