“ Texniki rəsmxət” fənninin
İzahat vərəqi
Ölkəmizin iqtisadi və sosial inkişafi – iqtisadiyyatın effektiv inkişaf tempindən, istehsalatın elmi-texniki tərəqqi, texniki silahlandırma yolu ilə qurulmasından asılıdır. Bu vəzifənin yerinə yetirilməsi ilk-peşə ixtisas təhsili sahəsində kadr hazırlığından çox asılıdır.
Bir çox ixtisaslar, o cümlədən “Maşınqayırma”, “Metal emalı”, “Avtomobil və kənd təsərrüfatı maşınları” ixtisası üzrə kadr hazırlığında “Texniki rəsmxət” fənni mühüm rol oynayır.
“Texniki rəsmxət” fənninin tədrisində şagirdlərin texniki və iqtisadi düşüncə tərzinin artırılmasına fikir verilməlidir.Fənnin tədrisi zamanı yüksək məhsuldarlıqlı əmək sərfi, yeni təlim texnologiyalarının tətbiqi, peşənin müasir texnologiya əsasında öyrənilməsi, qabaqcıl ölkələrin bu sahədə mütərəqqi forma və metodları, üsullarının öyrədilməsi proqramda nəzərə alınmışdır.
Tədris materialları şərh edilərkən fənnin tədrisini əsas ümumtəhsil fənlərinin bünövrəsi üzərində qurmaq tələb olunur. Xüsusən dəqiq elmlər sahəsindəki əsas anlayışlara istinad edilməlidir.
Peşə hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə bu fənnin həm nəzəri, həm də istehsalat təlimi dərslərinin tədrisi zamanı əsas məlumatların, qanunların prinsiplərin, mütərəqqi avadanlıqların öyrənilməsi proqramda nəzərə alınmışdır.
“Texniki rəsmxət” fənninin proqramında bu fənnin predmeti, “Texniki rəsmxət” fənnin mahiyyəti, İş çertyojları haqqında ilk məlumat, Həndəsi qurma, Aksonometrik proyeksiyalar, Düzbucaqlı proyeksiyalar, Kəsiklər və kəsimlər, Yığma çertyojları, Standartlaşdırılmış detalların, dişli çarxların və yayların çertyojları kimi fənlərə geniş yer ayrılmışdır.
“Texniki rəsmxət” fənninin mövzular
PLANI
Sıra
sayı
|
Mövzuların adı
|
Təhsil müddəti 3 il
|
1
|
2
|
4
|
1.
|
Giriş
|
1
|
2.
|
İş çertyojları haqqında ilk məlumat
|
3
|
3.
|
Həndəsi qurma
|
3
|
4.
|
Aksonometrik proyeksiyalar
|
3
|
5.
|
Düzbucaqlı proyeksiyalar
|
3
|
6.
|
Kəsiklər və kəsimlər
|
3
|
7.
|
Maşınqayırma iş çertyojları və detalların eskizi
|
3
|
8.
|
Vint səthləri.Vint yivlərinin təsviri və işarə edilməsi.
|
3
|
9.
|
Standartlaşdırılmış detalların, dişli çarxların və yayların çertyojları
|
4
|
10.
|
Yığma çertyojları
|
6
|
11.
|
Sxemlərin çertyoju
|
2
|
Cəmi:
|
38
|
“Texniki rəsmxət” fənninin
Proqramı
Mövzu 1.GİRİŞ
“Texniki rəsmxət” fənninin mahiyyəti, məqsəd və vəzifələri.Kadr hazırlığında bu fənnin əhəmiyyəti. “Texniki rəsmxət” fənninin proqramı ilə tanışlıq.
Mövzu 2.İş çertyojları haqqında ilk məlumat
Detalların çertyoju haqqında anlayış. Çertyoj xətləri. Ölçülərin göstərilməsi. Miqyas. Çertyoj formaları . Çertyojla əsas yazı (künc ştampı).
Mövzu 3. Həndəsi qurma
Xətlərin və bucaqların bölünməsi və qurulması.Çevrənin bərabər hissələrə bölünməsi.Qövs və çevrələrin mərkəzinin tapılması, qövslərin radius ölçüsünün təyin edilməsi. Xətlərin qurulması. Detal əyrilərinin qurulması.
Mövzu 4. Aksonometrik proyeksiyalar
Əsas anlayışlar. Çevrələrin frontal proyeksiyada təsviri. Frontal proyeksiya. İzonometrik proyeksiya. Çevrənin izonometrik proyeksiyada təsviri. Detalların izonometrik proyeksiyasının aparılması. Texniki rəsm.
Mövzu 5. Düzbucaqlı proyeksiyalar
Düzbucaqlı proyeksiyaların üstünlüyü. Proyeksiya müstəviləri. Düz üçüzlü bucaq. Nöqtələrin proyeksiyalanması. Düz xətlərin proyeksiyalanması. Müstəvi fiqurların proyeksiyalanması. Əşyanın kompleks çertyojunun alınması. Həndəsi cisimlərin proyeksiyası.
Mövzu 6. Kəsiklər və kəsimlər
Kəsiklər. Kəsimlərin quruluşu. Kəsimlərin təsnifatı. Kəsimlərin yerləşməsi və işarə olunması. Kəsim və kəsiklərin ştirxlənməsi. Görünüş və kəsim hissələrinin birləşdirilməsi. Mürəkkəb kəsimlər.
Mövzu 7. Maşınqayırma iş çertyojları və detalların
Eskizləri
Detalın iş çertyojunun strukturu. Maşınqayırma çertyojlarının detalların təsviri.İş çertyojlarında ölçülər. Çertyojda formaların hədd meylinin və səthlərin yerləşməsinin işarə edilməsi. Detalların açılış ilə birlikdə iş çertyojları. Eskizlər. Ölçülərin və texniki emal işarələrinin qoyulması.
Mövzu 8. Vint səthləri. Vint yivlərinin təsviri və idarə edilməsi
Vint səthlərinin praktikada tətbiqi və qurulması. Xarici yivin (mildəki yivin) təsvir edilməsi. Daxili yivin (deşikdə yivin) təsvir edilməsi. Vint yivlərinin işarə edilməsi. Xüsusi yivlərin işarə edilməsi.
Mövzu 9. Standartlaşdırılmış detalların,dişli çarxların və yayların çertyojları
Cədvəl çertyojları. Şlis səthli detalların təsvir edilməsi.Dişli çarxların iş çertyojları. Sonsuz – vint çarxının sonsuz vintin çertyojları. Yayların təsvir edilməsi.
Mövzu 10. Yığma çertyojları
Yığma çertyojları haqqında anlayış. Ən sadə yığma çertyoju, yığma çertyojun siyahısı. Kəsimləri olan yığma çertyojları. Yiv birləşmələrinin yığma çertyojlarında təsvir edilməsi. Qaynaq qovuşaqlarının çertyoju. Pərçimlərlə birləşdirilən detalların yığma çertyoju. Yığma çertyojlarını necə oxumalı. Yığma çertyojlarının şərtilikləri. Yığma çertyojlarının işli ötürmələrinin təsviri. Yığma çertyojlarında yayların təsvir edilməsi Yığma çertyojların detallara ayırlması.
Mövzu 11. Sxemlərin çertyoju
Kinematik sxemlər. Hidravlik və pnematik sxemlər.
Dostları ilə paylaş: |