“Tikinti istehsalatının əsasları” fənnindən


Öncə gərginləşmiş A–IV (A-600) sinifini başqa armatur millərdən necə seçilir?



Yüklə 375,61 Kb.
səhifə2/5
tarix30.01.2018
ölçüsü375,61 Kb.
#42113
1   2   3   4   5

87. Öncə gərginləşmiş A–IV (A-600) sinifini başqa armatur millərdən necə seçilir?

A) uclarının qırmızı rənginə görə

B) bir ucunun göy rənginə görə

C) iki ucunun göy rənginə görə

D) bir ucunun sarı rənginə görə

E) iki ucunun sarı rənginə görə



88. Bir-birindən fərqləndirmək üçün armatur millərinin rəngli uclarının uzunluğu nə qədər qəbul edilir?

A) 25 – 30 sm

B) 10 – 15 sm

C) 16 – 20 sm

D) 40 – 50 sm

E) ancaq 50 sm



89. Diametrləri 14 mm-dən şox olan armatur növü necə adlanır?

A) ağır


B) yüngül

C) yüngülləşdirilmiş

D) ağırlaşdırılmış

E) tam ağırlaşdırılmış



90. Metal məmulatların qaz alovu ilə qaynaq necə adlanır?

A) qaz qaynağı

B) qaz kəsməsi

C) elektrik qaynağı

D) elektrik – şlak qaynağı

E) qaz – şlak qaynağı



91. Metal vərəqləri kəsmək üçün qazla kəsmə necə ola bilər?

A) ayıredici (bölüşdürücü) kəsmə

B) səthi kəsmə

C) tavan kəsmə

D) elektrik – şlak kəsmə

E) künc kəsmə



92. Metal səthin üzərindəki defektləri yox etmək (götürmək) və kanal açmaq üçün hansı kəsmə növü qəbul edilir?

A) səthi kəsmə

B) ayıredici (bölüşdürücü) kəsmə

C) tavan kəsmə

D) elektrik – şlak kəsmə

E) kəllə tərəfi üzrə kəsmə



93. Elektrik cərəyanı ilə işləyən metal qaynaq növü necə adlanır?

A) qaz qaynağı

B) qaz kəsməsi

C) elektrik qaynağı

D) əritmə

E) qızdırma



94. Əriyən elektrodla işləyən qaynaqların növü:

A) elektrik qövslü əllə işləyən

B) flyus altında elektrik qövslü yarımavtomat

C) qazında əriyən elektrodlu elektrik qövslü

D) elektrik – şlaklı qaynaq

E) elektrik qövslü tam avtomat



95. Elektrod məftili və flyusun istifadəsilə alınan qaynağın növü necə adlanır?

A) elektrik – şlaklı qaynaq

B) elektrik qövsü əllə işləyən

C) flyus altında elektrik qövsü yarımavtomat

D) qazında əriyən elektrodlu elektrik qövsü

E) elektrik qövslü – flyussuz qaynaq



96. Uzunluğu 225–450 mm və diametri 1,6÷12 mm olan məftil (mil) , qaynaq qövsünün sabit yanması üçün, xüsusi örtüklə örtülür, bu alınan material necə adlanır?

A) elektrod

B) armatur

C) qoyma detal

D) bolt

E) əriməyən elektrod



97. Ultrasəs əsasında qaynağın defektliyini aşkar edən cihaz üsulunun (defek-toskopiya üsulu) adı nədir?

A) ultrasəs üsulu

B) radiasion üsulu

C) maqnit üsulu

D) səsyayılma üsulu

E) mexaniki səsyayma üsulu



98. Qəliblər nəyə əsasən seçilirlər?

A) aşağıda göstərilən B, C və D varianlarından

B) betonlanan konstruksiyaların parametrindən asılı olaraq

C) armatur və beton işlərinin istehsalı üsulundan asılı olaraq

D) armatur və beton işlərinin istehsalı şəraitindən asılı olaraq

E) betonlama üsuluna görə



99. Qəlibin növü təyin edilir?

A) İİL (İşin İstehsalının Layihəsi) -nin işlənib hazırlanmasında

B) qəlib işlərinin istehsalının layihəsinin (QİİL) işlənib hazırlanmasında

C) markirovka layihəsinin hazırlanmasında

D) taxtabənd və digər saxlayıcı və bərkidici vasitələrin layihələrinin hazırlan-masında

E) texnoloji xəritənin hazırlanmasında



100. Qəlibin quraşdırılması üzrə hansı işlər yerinə yetirilməlidir?

A) qəlib işlərinin istehsalının layihəsinin (QİİL) üzrə aparılmalıdır

B) işin istehsalının layihəsi (İİL) üzrə

C) markirovka layihələri və digər saxlayıcı və bərkidici vasitələr üzrə

D) texnoloji vasitə üzrə

E) əmrə görə



101. Qəlib və taxtabənd qurulan yer necə olmalıdır?

A) aşağıda göstərilən B, C və D variantları

B) zibildən təmizlənməli

C) torpağın üst qatı kəsildikdən sonra

D) qardan, buzdan və köhnə torpaqdan təmizlənməli

E) heç bir variant nəzərə alınmır



102. Qəlibin dəyərinin aşağı salınmasının əsas faktorları:

A) təkrar istifadə

B) istifadə olunan qəlibin materialının növü

C) qəlibin növü

D) yağlama materialının növü

E) istehsal silinməsi çoxalır



103. Qəlib hansı tələbləri ödəməlidir?

A) aşağıda göstərilən bütün faktorları

B) möhkəmliyi, dəyişməməzliyi, düzgün forma və ölçülərini

C) şaquli və horizontal yüklərinin etibarlı qəbulunu

D) səthin möhkəmliyi (aralıqların olmaması) , sement südünün axmamasını

E) ancaq konstruksiyanın formasını saxlamaq



104. Qəlib hansı əsas tələbatları ödəməlidir?

A) bütün aşağıda göstərilən faktorları

B) beton səthinin tələb olunan keyfiyyətinin təmin olunması qabiliyyətini

C) kimyəvi bitərəflik, beton səthinə minimum yapışma

D) bir neçə dəfə təkrar istifadə imkanı

E) texnolojilik, işdə rahatçılıq, tez qurma və sökmə imkanına malık minimum saylı tipik ölçülülüyü



105. Betonun qəlibin səthinə yapışmasını azaltmaq üçün qəlibin daxili səthi qabaqcadan örtülməlidir:

A) bütün aşağıda göstərilən faktorlarla

B) nazik pərdə yaradan tərkiblə (yağlarla)

C) suitələyən tərkiblə (yağlarla)

D) yapışmanı ləngitməklə (yağlarla)

E) kombinə tərkiblə (yağlarla)



106. Təsir edən yüklərin qəbul edilməsinin hesablanmasında TV və Q üzrə hansı birləşmələr qəbul olunmalıdır?

A) ən çox qeyri – əlverişli birləşmiş yüklər

B) yalnız horizontal yüklər

C) yalnız şaquli yüklər

D) gözlənilməyən yüklər

E) ancaq moment yükləri



107. Konstruktiv xüsusiyyətindən və təyinatından asılı olaraq, hansı növ qəliblər ola bilər?

A) aşağıda göstərilən növlər

B) sökülüb – yerini dəyişdirilə bilən

C) qaldırılıb – yerini dəyişdirilə bilən

D) diyirlənə bilən

E) hava ilə doldurula bilən



108. Tikintidə ən geniş yayılmış və üstünlük təşkil edən qəlib növü hansıdır?

A) sökülüb – yerini dəyişdirilə bilən

B) sürüşən

C) hava ilə doldurula bilən

D) qaldırılıb – köçürülə bilən

E) betondan çıxarılmayan qəliblər



109. Hündür qurğuların sabit en kəsikli divarları üçün hansı qəlib növü tələb olunur?

A) sürüşkən

B) hava ilə doldurulmuş (pnevmatik)

C) qaldırılıb – yerini dəyişdirilə bilən

D) fərdi qəlib

E) horizontal yerini dəyişən qəlib



110. Nazik və mürəkkəb formalı konstruksiya üçün hansı növ qəlib tətbiq edilir?

A) pnevmatik qəlib

B) sökülüb – yerini dəyişdirilə bilən qəlib

C) armoqəlib

D) sürüşən qəlib

E) horizontal yerini dəyişən qəlib



111. Hündür qurğuların dəyişkən en kəsikli divarı üçün hansı qəliblər tələb olunur?

A) qaldırılıb – yeridəyişdirilən qəliblər

B) həcmi – yeridəyişdirilən qəliblər

C) blok – qəlibləri

D) betondan çıxarılmayan (sökülməyən) qəliblər

E) pnevmatik qəliblər



112. Qəlibin sökülməsi bu müddətdə aparılmalıdır:

A) TN və Q-na müvafiq

B) 3 gündən sonra

C) 7 gündən sonra

D) 28 gündən sonra

E) normallaşdırılmır



113. Suyadavamlı fanerdən olan qəlibdən təkrar istifadə edilməsi təxmini ola bilər:

A) 70 ÷ 100 dəfə

B) 10 ÷ 100 dəfə

C) 80 ÷ 200 dəfə

D) 100÷ 400 dəfə

E) 10 dəfəyə kimi



114. Nə üçün sürünən qəlibin lövhəsinin hündürlüyü 110÷120 sm həddində ol-malıdır?

A) bu təcrübə yolu ilə təyin olunub və yapışma qüvvəsi optimaldır

B) ona görə ki, kiçik hündürlüyündə dayanıqlılıq itir

C) ona görə ki, hündürlük çox olarsa qəlibdə artıq ağırlaşma əmələ gəlir

D) qaldırıcı vasitənin iş şəraiti pisləşir

E) yapışma qüvvəsi sabitləşmir



115. Sürüşən qəliblərin lövhələrində işləmə zamanı yaranan sürtünmə qüvvəsini azaltmaq üçün qəlibin divarları olmalıdır?

A) yuxarıya nisbətən aşağı hissəsi xaricə doğru 0,7 sm aralı (maili)

B) lövhənin bütün hündürlüyü boyunca parallel istiqamətlənir

C) aşağıya nisbətən yuxarı hissəsi xaricə doğru 0,7 sm aralı (maili)

D) bərabər ölçülü

E) 0,5 h ölçüdə 0,7 sm-dən çox



116. Betonun ümumi kütləsindən bir hissəsinin qopmaması üçün qaldırma zamanı sürtünmə qüvvəsi nə qədər olmalıdır?

A) betonun çəkisindən az

B) betonun çəkisindən çox

C) betonun çəkisinə bərabər

D) betonun 50% çəkisinə bərabər

E) heç bir qayda qəbul olunmur



117. Qəlib lövhənin hündürlüyü boyunca, hansı hissəsində divarın minimum qalınlığı qəbul edilir?

A) orta hissəsində

B) yuxarı hissəsində

C) aşağı hissəsində

D) üçdə bir hündürlüyündə

E) heç bir tədbir görülmür



118. Qəlibin hazırlanması üçün istifadə olunan ağac materialının üstün cəhəti:

A) istənilən aşağıdakı B, C və D faktorları

B) emal yüngüllüyü

C) çəkisinin azlığı

D) istənilən formaların hazırlanma imkanı

E) ancaq odadavamsızlığı



119. Ağac materialından qəlib hazırladıqda materialın mənfi cəhətləri?

A) bütün aşağıda göstərilən B, C və D faktorları

B) rütubətdən əyilməsi

C) şişməsi və quruması

D) betonla həddindən artıq ilişmə qüvvəsində zədələndiyindən az miqdarda təkrar istifadəsi

E) ancaq odadavamsızlığı



120. Ağacdan düzəldilmiş qırağı kəsilmiş və kəsilməmiş taxtalardan qəliblərin hazırlanmasında istifadə edilən taxtaların eni nə ölçüdə olmalıdır?

A) 15 sm-dən çox olmayaraq

B) 20 sm-dən çox olmayaraq

C) 25 sm-dən çox olmayaraq

D) 15 sm-dən az

E) məhdudiyyət yoxdur



121. Ağac qəliblərinin hazırlanmasında nə qədər nəmliyi olan taxtadan istifadə olunur?

A) hava kimi – quru, nəmliyi 20 – 25%-ə qədər

B) mütləq – quru, nəmliyi 10 – 15%-ə qədər

C) nəmliyi 1 – 5%-ə qədər

D) nəmliyi – 0%-ə qədər

E) normallaşdırılmır



122. Metal qəliblərin lövhələrinin qalınlığı nə qədər qəbul edilir?.

A) 1,5 ÷ 2,0 mm

B) 3,0 ÷ 4,0 mm

C) 5,0 ÷ 6,0 mm

D) 1,5 mm-dən az

E) normallaşdırılmır



123. Köhnəlmə əmsalı nə deməkdir?

A) qəlibin bərpa xərclərinin, ümumi hazırlanma xərcinə olan nisbətidir

B) qəlibin bir təkrar istifadə xərcinin, ümumi təkrar sayına olan nisbətidir

C) ümumi dövrün bir dövr xərcinə olan nisbətidir

D) bir dövr + materialın silinmə xərci

E) ancaq silinmə xərcinin cəmi



124. Hündür konusvari borunun, teleqüllənin, qaldırırlıb – yerləşdirilən qəliblərlə betonlanmasında, borunun hündürlüyü etibarı ilə burulub açılan qabığın (qəlibin) uzunluğu nəyin hesabına qısaldılır:

A) lövhənin düzbucaqlı formasının çıxarılması hesabına

B) lövhənin trapesiya formasının çıxarılması hesabına

C) lövhənin kvadrat formasının çıxarılması hesabına

D) genişləndirici mexanizm hesabına

E) açılıb – bağlanan strubsina hesabına



125. Sürüşən qəlibin yüksəklik etibarı ilə yeni vəziyyətə yerdəyişməsi nəyin hesabına aparılır?

A) betonlanmadan sonra domkratlarla qaldırılır

B) beton səthindən aralaşdırılaraq qaldırılır

C) betonlanma zamanı domkratlarların köməyi ilə sürüşdürülür

D) domkratsız sürüşdürülür

E) sürüşmə qüvvəsi hesabina kranla qaldırılır



126. Sürüşən qəliblərin divarları ilə beton arasında tutma zonasında sürtünmə qüvvəsi yaranır:

A) sürtünmə çoxalır yalnız, qəlibin hündürlüyünün aşağı hissəsində, yəni tutma zonasında

B) sürtünmə çoxalır yalnız, qəlibin hündürlüyünün yuxarı yarısında, tutma zonasında

C) sürtünmə çoxalır yalnız, qəlibin hündürlüyünün orta hissəsində, tutma zona-sında

D) qəlibin ortasından 20 sm yuxarı

E) hər yerdə eyni qüvvə yaranır



127. Sürüşən qəliblərlər dayaq polad domkrat milləri arasındakı optimal mə-safə nə qədər ola bilər?

A) 1,5 – 2 m

B) 0,75 m

C) 1,0 m

D) 3 – 4 m

E) 5 m


128. Hündürlüyü 5 m-dən çox olan sütun qəlibi, neçə tərəfdən qurulur:

A) üç tərəfdən, dördüncü tərəf isə betonlama zamanı calaqlamaqla qaldırmaq

B) dörd tərəfdən

C) üç tərəfdən, dördüncü tərəf isə “oyuq”la

D) iki tərəfdən

E) heç bir qanun yoxdur



129. Qəlibi növbəti dəfə istifadə etməyə hazırlamaq üçün hansı tədbirlərin görülməsi tələb olunur:

A) aşağıda göstərilən bütün variantlar

B) xarab olmuş yerlərində təmir işləri aparmaq

C) qəlibi və elementi yapışmış betondan təmizləmək

D) qəlibin betona yapışan bütün səthini yağlama sürtgüsü ilə örtmək

E) qəlibin betonla görüşməyən bir hissəsini paslanmaya qarşı tərkiblə örtməli



130. Betonlanan konstruksiyaların layihə konfiqurasiyasını, ölçülərini və səthlərin keyfiyyətli alınmasını təmin etmək üçün beton qarəşəğının töküldüyü forma necə adlanır?

A) qəlib

B) stəkan

C) qab


D) armatur məmulatı

E) qablayıcı konstruksiya



131. Düzgün olmayan cavabı seçin – yağlama materialı təsir etmə prinsipinə görə hansı şərtləri ödəməlidir ?

A) istiliyi mühafizə edən

B) nazik təbəqə yaradan

C) su rəddedən

D) gecikdirici

E) izolyasiya qatı



132. Müasir betonqarışdırıcıların barabanlarının optimal fırlanma sürəti neçə dövr/dəq. bərabərdir?

A) 11 – 18

B) 5 – 10

C) 20 – 25

D) 30 – 40

E) 19


133. Beton qarışığının qəlibə boşaldılma hündürlüyü nə qədər qəbul olunma-lıdır?

A) h ≤ 1,5 m

B) h < 1,5 m

C) h = 1÷ 1,5m

D) h = 1,5 ÷ 2,5 m

E) h > 5 m



134. Beton qarışığının qəlibləmə üçün daşınma müddəti sementin bərkimə müddətindən necə asılıdır?

A) sementin bərkimə müddətindən çox olmamalıdır – saat

B) həmçinin, az olmalıdır – saat

C) həmçinin, bərabər olmalı – saat

D) həmçinin, çox olmamalı – saat

E) heç bir qaydaya riayyət olunmur



135. Keyfiyyətin hansı göstəriciləri beton qarışığını xarakterizə edir?

A) asan axması, yayılması, təbəqələnməsi və axarlığın saxlanması

B) asan tökülə bilməsi

C) laylanmaması, təbəqələşməməsi

D) ilkin materialların miqdarı və növü

E) buxarlanma prosesinin sabitliyi



136. Beton qarışığı asan töküləbilmə göstəricisindən asılı olaraq hansı qruplara bölünür?

A) sərt, plastik, çox axarlı, zəif plastik, çox sərt

B) ən sərt

C) sərt


D) zəif plastiki

E) plastiki və axarlı



137. Beton qarışığı hazır olma dərəcəsi üzrə hansı hallara bölünür?

A) işləmək üçün hazır halda, quru halda

B) işlətmək üçün hazır halda

C) quru halda

D) yarımfabrikat halda

E) heş bir hal olmadan



138. Bilavasitə iş yerində, tökülən beton qarışığı, layihədə verilmiş hansı rahat tökmə göstəricisinə malik olmalıdır?

A) vaxt etibarı ilə istehsal xassəsinin saxlanması (rahat tökülmə, təbəqələş-məmə)

B) ilkin materialların miqdarı və növü

C) doldurucuların iriliyi

D) təbəqələşmiş hal

E) su ayrılma halı



139. Qəbul edilmiş nəqletmə zamanı beton qarışığını hansı təsirlərdən qorumaq lazımdır?

A) aşağıda göstərilən bütün variantların hamısından

B) atmosfer çöküntülərinin təsirindən

C) bircinsliyin pozulmasından

D) sement südünün itməsindən

E) qızmar günəş şüası və güclü küləyin təsirindən



140. Beton qarışığının hazırlanma yerindən, tikinti meydançasına qədər daşınması üçün hansı vasitələrdən istifadə edilir?

A) avtobetonqfrışdırıcılardan və beton daşıyıcılardan, termoaktiv kuzalı avtobetonqarışdırıcılardan, yükünü özüboşaldan maşından və lentvari konveyerdən

B) avtobetonqarışdırıcılardan və beton daşıyıcılardan

C) termoaktiv kuzalı avtobetonqarışdırıcılardan

D) yükünü özüboşaldan maşından

E) lentvari konveyerdən



141. Beton qarışığını nəql etdirmək üçün vasitələrin seçilməsində, hansı göstəricilər nəzərə alınmalıdır?

A) maksimum buraxılabilən davametmə müddəti, keyfiyyətin deyişməməsinin

nəzərə almaqla qarışığın daşınma məsafəsi

B) maksimum buraxılabilən davametmə müddəti

C) keyfiyyətin dəyişməməsinin nəzərə almaqla qarışığın daşınma məsafəsi

D) ancaq daşınma məsafəsi

E) ancaq naqliyyatın daşıma sürəti

142. Beton qarışığının daşınmasında, yükünüözüboşaldan maşınların uyğun-suzluğu və çatışmamazlığı:

A) aşağıda göstərilən bütün faktorlardan

B) qarışığın bütün metroloji faktorlarının mənfi təsirindən qorunmaması

C) yolda qarışığın 2 – 3%-nin tökülməsi

D) kuzanın kip olmaması hesabına olan itkilər

E) kuzadan beton qarışığının porsiya–porsiya (pay) tökülmə təminatının çətiniyi



143. Beton qarışığının boşaldılmasına harada icazə verilmir?

A) torpağın üzərinə

B) beton qarışığını qəbuledicilərə

C) kiçik tutumlu avadanlıqlara

D) çevrilən badyaya

E) arabacığa



144. Beton qarışığını tökməzdən qabaq qəlibin hansı vəziyyətini yoxlamaq lazımdır?

A) qəlibin düzgün quraşdırılması və etibarlı bərkidilməsi, qəlibi saxlayan elementlərin düzgünlüyünü və qarışığın töküməsindən qabaq, armaturlanmanın, qoyma detalların və başqa elementlərin düzgün qoyulmasını

B) qəlibin düzgün quraşdırılması və etibarlı bərkidilməsini

C) qəlibi saxlayan elementlərin düzgünlüyünü

D) qarışığın tökülməsindən qabaq, armaturlanmanın, qoyma detalların və başqa elementlərin düzgün qoyulmasını

E) qəlibin ancaq armaturlanma vəziyyəti



145. Tökülən qatın (layın) qalınlığı, hansı asılılığa görə müəyyən edilməlidir?

A) konstruksiyanın hündürlüyündən (qalınlığından)

B) konstruksiyanın armaturlaşma dərəcəsindən

C) qəbul edilmiş sıxlaşdırma vasitələrindən

D) iş yerinini düzgün təşkil edilməsindən

E) vibratorun məhsuldarlığından



146. Növbəti layın tökülməsinə icazə verilir?

A) əvvəlki layın betonu tutmamış

B) əvvəlki layın tutmamışdan qabaq

C) əvvəlki layın tutmamışdan sonra

D) nəzərdə tutulan işçi tikişin qoyulduğu yerdə

E) heç bir zaman hüdudu yoxdur



147. İşçi tikiş nəzərdə tutulmayan yerdə, beton qarışığı tökülən qonşu laylar arasındakı davam edən fasilənin vaxtını kim müəyyən edir?

A) iş icraçıcı tərəfindən

B) idarə rəhbəri tərəfindən

C) inşaat laboratoriyası tərəfindən

D) betonun bərkimə dərəcəsinə görə

E) briqadir



148. Nəqletmə zamanı sıyıqlığın (plastikliyini) itirən beton qarışığına, qəlibə tökülən ərəfədə, əlavə su qatmağa icazə verilirmi?

A) inşaat idarəsinin texniki şöbəsinini rəhbəri ilə razılaşdırıldıqdan sonra

B) qadağan edilir

C) briqadirlə razılaşdırıldıqdan sonra

D) layihədə verilir

E) ancaq müəllifin icazəsi ilə



149. Beton qarışığının sütun qəlibinə sərbəst tökülməsində maksimum buraxılabilən hündürlük:

A) 5 metr

B) 3 metr

C) 4 metr

D) 5 m-dən çox

E) heç bir məhdudiyyət yoxdur



150. Adi beton qarışımının sərbəst tökülməsində buraxılabilən hündürlük neçə metrdən çox olmamalıdır:

A) 3 metrdən

B) 1 metrdən

C) 2 metrdən

D) 4 metrdən

E) 10 metrdən çox



151. İriməsaməli beton qarışığının sərbəst tökülməsində buraxılabilən hündürlük, çox olmamalıdır:

A) 0,30 metrdən

B) 0,70 metrdən

C) 1,00 metrdən

D) 0,3 metrdən az

E) 0,1 metrdən çox



152. Qəlibdə və ya onun başqa elementlərində, deformasiya baş verərsə nə etməli?

A) işi dayandırmaq lazımdır?

B) xarab olan yeri düzəltməklə işi davam etdirmək

C) işi davam etdirməli

D) işi tam saxlamalı və qəlibi sökməli

E) işi tam saxlamalı və qəlib komplektinin təmirə göndərməli



153. Konstruksiyanı betonlayan zaman və beton qarışığını tökərkən, məcburi fasilə yarandıqda, hansı tikişi saxlamaq lazım gəlir?

A) işçi tikişi

B) istilik tikişi

C) gizli tikişi

D) deformasiya tikişi

E) çökmə tikişi



154. Müəyyən – konkret şəraitdən asılı olaraq, beton işlərinin istehsalında, əsas amil, beton qarışığının iş yerinə təbəqələşmədən verilməsi vasitələrinin seçməsidir:

A) titrədici xortumlar

B) inşaat kranları və qaldırıcıları

C) betonnasosları

D) pnevmosıxıcı kompressorlar

E) yuxarıda göstərilən bütün variantlar



155. Beton işlərini betonnasosları ilə yerinə yetirdikdə əldə hansı sənəd olmalıdır?

A) beton işlərininin istehsalının layihəsi

B) TN və Q, beton işlərinə aid

C) yerli norma və qiymətlər

D) texnoloji xəritə

E) heç bir sədd olmadan



156. Beton işlərinin istehsalı layihəsində, betonlama zamanı betonnasoslardan istifadə etdikdə, hansı verilənlər göstərilməlidir:

A) buraxılabilən doldurucuların iriliyi

B) beton qarışığının tərkibi və onun axarlılığı

C) qəlibin konstruksiyası

D) betonnasosun fasiləsiz işləməsi şərtini təmin edən beton qarışığını daşıyan hərəkət marşrutu

E) təhlükəsizlik texnikası tədbirləri



157. Beton qarışığını iş yerinə nəqliyyatdan birbaşa vermək üçün hansı şərt təklif olunur?

A) betonnasosu ilə

B) pnevmo – sıxıcı kompressoru ilə

C) qülləli kranla

D) manipulyatorla

E) badya ilə təchiz olunmuş qaldırıcı ilə



158. Tikinti meydançası şəraitində, beton qarışığını vertikal konstruksiyalarda sıxlaşdırmaq üçün ən çox hansı növ vibratordan istifadə edilir?

A) dərinlik titrədicisindən

B) səthi titrədicisindən

C) asma titrədicisindən

D) vakuum nasosdan

E) yuxarıda göstərilən bütün variantlardan



159. Sütunu betonladıqda və işdə tələb olunan fasilə yaranan zamanı, hansı səviyyədə (yerdə) , konstruksiyanın hündürlüyü boyunca işçi tikişlərin saxlanmasına icazə verilir?

A) bünövrənin üst yüksəkliyində, kranaltı tirin üst yüksəkliyində və kranaltı konsolun alt yüksəkliyində

B) bünövrənin üst yüksəkliyində

C) kranaltı tirin üst yüksəkliyində

D) kranaltı konsol (çıxıntı) -un alt yüksəkliyində

E) üçdə bir hündürlüyündə



160. Məlumdur ki, sıxlaşdırma zamanı, beton qarışığının tərkibindən hava çıxır, hər çıxan faiz betonun möhkəmliyini azaldır, nə qədər faiz?

A) 3 – 5%

B) 1 – 3%

C) 5 – 7%

D) ancaq 4%

E) təsir etmir



Yüklə 375,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin