“Tikinti istehsalatının əsasları” fənnindən


Sərt beton qarışığında havanın həcmi, nə qədər faizə çatır?



Yüklə 375,61 Kb.
səhifə3/5
tarix30.01.2018
ölçüsü375,61 Kb.
#42113
1   2   3   4   5

161. Sərt beton qarışığında havanın həcmi, nə qədər faizə çatır?

A) 40 – 45%-ə

B) 10 – 20%-ə

C) 20 – 30%-ə

D) 10%-dən az

E) məlum deyil



162. Sütunu en kəsiyinin hansı hissəsini, xüsusilə diqqətlə sıxlaşdırmaq lazımdır?

A) armaturun ətrafı boyunca və qəlibin divarlarında

B) diaqonal üzrə

C) en kəsiyin mərkəzində

D) moment sıfra bərabər olan hissədə

E) fərqi yoxdur



163. Beton qarışığının konusun çökməsi göstəricisində sıxlaşdırma metodu tətbiq etmədən beton tökməyə icazə verilir?

A) beton qarışığının konusun çökməsi 22 sm-ə qədərində

B) beton qarışığının konusun çökməsi 17 sm-ə qədərində

C) beton qarışığının konusun çökməsi 10 sm-ə qədərində

D) ancaq 22 sm-dən çox olanda

E) heç bir məhdudiyyət qəbul edilmir



164. Sıxlaşdırmanın müddətinin çatışmamazlığının, beton qarışığının kip sıxlaşdırılmasına gətirib çıxara bilər, artıq sıxlaşdırdıqda hansı hadisə yarana bilər?

A) laylanma prosesinə

B) havanın və artıq suyun çıxardılmasının azaldılmasına

C) möhkəmliyin artmasına

D) deformasiyanın artmasına

E) məsamlik yüksəldikdə



165. Sıxlaşdırmanın davametmə müddəti harada təyin edilir?

A) inşaat laboratoriyasında

B) tikinti meydançasında

C) briqadir tərəfindən bilavasitə betonun tökülən yerində

D) beton qarışığı hazırlanan yerdə

E) bilavasitə nəqliyyatda



166. Dərinlik vibratorun yerdəyişmə addımı hansı göstəricidən artıq olmalıdır?

A) 1,5 R-dən (R – təsir radiusudur)

B) 1,25 H-dan (H – dərinlik titrəcisinin işçi hissəsidir)

C) 1,75 h-dan (h – sıxlaşdırılan layın qalınlığı)

D) tutaqdan

E) yarım tutaqdan



167. Betonun vakuumlaşdırılması nəyə gətirib çıxarır?

A) artıq suyun beton qarışığından sovrulması, betonun möhkəmliyinin və

şaxtaya davamlılığının artırılmasına.

B) artıq suyun və havanın azaldılmasına

C) sıxlaşmaya və başqa göstəricilərə qarşı betonun möhkəmliyinin artırılması

D) hissə - hissə sökülməni tezləşdirməyə

E) ancaq səthin düzgünlüyünə

168. Beton qarışığının tələb olunan texnoloji xüsusiyyətlərinin təmini hansı əsas faktorlardan asılıdır?

A) ilkin materialların keyfiyyətindən, onların dəqiq dozalaşdırılmasından və

yaxşı qarışdırılmasından.

B) betonun tərkib hissələrinin keyfiyyətindən

C) onların dəqiq dozalaşdırılmasından

D) diqqətlə qarışdırılmasından

E) sementin dənəvərliyindən

169. İnşaat laboratoriyasında hazırlanan beton qarışığının keyfiyyənə nə zaman yoxlanılır?

A) sistematik olaraq, növbədə iki dəfədən az olmayaraq

B) növbədə bir dəfədən az olmayaraq

C) iş həftəsində bir dəfədən az olmayaraq

D) dekabrda bir dəfə

E) ayda üç dəfədən az olmayaraq



170. Hansı göstəricisini nəzərə almaqla, istehsalat şəraitində, beton qarışığının tərkibi tez – tez dəyişir?

A) doldurucuların nəmliyinə görə

B) doldurucuların istiliyinə görə

C) suyun kimyəvi tərkibinə görə

D) doldurucuların iriliyinə görə

E) yapışdırıcıların markası və növünə görə



171. Beton qarışığının şıxım əmsalı, yansı düşüncə tərzinə görə hesablanır?

A) beton qarışığının həcmi, tökülən quru tərkibin həcmindən həmişə azdır

B) işçi növbəsi ərzində doldurucuların nəmliyinin tez – tez dəyişməsindən

C) növbə ərzində, səhər və axşam arasında, xarici mühitin temperatur fərqindən

D) beton qarışığının laylanmasının qarşısının alınmasından

E) beton qarışığının tökülməsindən və nəqletmənin davamiyyətindən



172. Vakuumlaşdırmanın davametmə müddəti nədən asılıdır?

A) konstruksiyanın qalınlığından, beton qarışığının tərkibinddən və konusun

çökmə dərəcəsindən.

B) vakuum boşluğun seyrəkləndirmə dərəcəsi

C) beton qarışığının tərkibindən

D) beton qarışığının kipliyi və konusun çökməsindən

E) vakuumlaşdırılan konstruksiyaların qalınlığından

173. Torkretləndirmə ilə hansı növ işlər yerinə yetirilir:

A) konstruksiyaların səthi qüsurları düzəlsdilir, korroziyaya uğrayan

hissələri mühafizə edir və sukeçirməyən qat yaradır.

B) betonlanmanın qüsurları düzəldilir

C) dəmir – beton konstruksiyaların korroziyaya uğrayan səthini təmir edirlər

D) xarici sukeçirməyən qat yaradılır

E) ancaq dəmir – beton qabıq örtüklər betonlanır

174. Betonlama zamanı hansı maşınlardan istifadə olunur:

A) sement-topdan və betonşpris maşindan

B) sement topdan

C) betonşpris maşından

D) havasıxan kompressordan

E) məhlul nasosundan



175. Sualtı betonlama zamanı, beton qarışığının tökmə dərinliyindən asılı olaraq, betonlanan konstruksiyaların xarakter və istismar müddətinə görə aşağıdakı hansı sualtı betonlama metodu qəbul edilir:

A) aşağıdakı bütün variantlar qəbul edilir

B) şaquli hərəkət edən boru vasitəsilə

C) qalxan məhlul üsulu ilə

D) beton qarışığının sıxlaşdırılması üsulu ilə

E) beton qarışığının kisələrlə verilməsi üsulu ilə



176. Qış iqlim şəraitində, beton işlərinin yerinə yetirilməsinin səhv variantını tapın:

A) torkretləndirmə

B) termos metodu

C) qarışığın elektrik qızdırma ilə termos metodu

D) beton qarışığının kipliyi və konusun çökməsindən

E) vakuumlaşdırılan konstruksiyaların qalınlığından



177. Qış iqlim şəraitində, beton işlərinin yerinə yetirilməsi metodu bu və ya başqa amillərdən asılıdır:

A) konstruksiyanın növü və kütləsi, betonun tərkibi və tələb olunana möhkəmliyi, işin istehsalını meteroloji şəraiti və tikinti meydançasının enerji ilə təminatı

B) konstruksiyanın növü və kütləsi

C) betonun tərkibi və tələb olunan möhkəmliyi

D) işin istehsalını meteroloji şəraiti

E) tikinti meydançasının enerji ilə təminatı



178. Elektrik titrədicisi ilə (vibratoru) işləyən zamanı qadağan edilir:

A) titrədicinin işə hazır və yer ötürücüsünün olmasına əmin olmadan işə başlamaq, cərəyanötürücüsü kaeldən tutub çəkib yerdəyişmək, rezin çəkmə və əlcəksiz işləmək

B) titrədicinin saz (işə hazır) və yer ötürücüsünün olmasına əmin olmadan işə başlamaq

C) cərəyanötürücüsü kabeldən tutub çəkib yerdəyişmək

D) işdə fasilə zamanı, titrədicini qoşulu vəziyyətdə nəzarətsiz saxlamaq

E) rezin çəkmə və əlcəksiz işləmək



179. Düzgün olmayan cavab variantını tapın, - aşırımı L > 15 m-dən çox ol-duqda tağ hansı ardıcıllıqla betonlanır:

A) hər iki dabandan eyni zamanda mərkəzə doğru

B) eyni zamanda üç yerdən ayrı – ayrı zolaqlarla

C) daha sonra aralıq zolaqlarla

D) bir tərəfdən o biri tərəfə

E) zirvədən bir tərəfə aşağı istiqamətdə



180. Yeni beton qarışığın tökülməsindən qabaq, əvvəlki səthdən metal fırça ilə sement təbəqəsini götürmək lazımdırmı?

A) beton pərdəni təmizləmək lazımdır

B) lazım deyil, ona görə ki, bərkimiş beton layının bütövlüyü pozula bilər

C) yox, yalnız beton səthindən toz və zibili təmizləmək lazımdır

D) heç bir tədbir görməməli

E) ancaq 50% sahənin səthini təmizləməli



181. Əvvəlki vəziyyətini bərpa etmək və ya onun sıyıqlığını artırmaq üçün beton qarışığına, qoyulacaq yerdə su əlavə etmək olarmı?

A) qadağandır

B) olar

C) olar, ancaq beton qarışığı mükəmməl qarışdırılmalıdır

D) olar, ancaq sənəddə nəzərdə tutulduğundan çox olmamaqla

E) icraçının icazəsi ilə



182. Qoyulmuş beton qarışığının üst səviyyəsi nə vəziyyətdə olmalıdır?

A) 50 – 70 mm qəlib səviyyəsindən aşağı

B) 10 – 20 mm qəlibin üst səviyyəsindən yuxarı

C) qəlibin üst səviyyəsində

D) nizamlanmır

E) heç bir qaydaya riayət olunmur



183. Səth titrədicisi ilə beton qarışığını sıxlaşdırdıqda, yerdəyişmə addımı əvvəlki sıxlaşdırılan sahənin üstünü örtməlidirmi?

A) 10 sm

B) arakəsmə 5 – 10 sm icazə verilir

C) örtmə tələb olunmur

D) nizamlanmır

E) heç bir qayda nəzərə alınmır



184. Beton qarışığını sıxlaşdıran zaman titrədicilərin armatura, qoyma detal-larına, dartqılara və qəlibi bərkidən başqa elementlərlə dirənməsinə yol verilirmi?

A) yol verilmir

B) buraxıla bilər

C) briqadanın göstərişinə uyğun olaraq buraxıla bilər

D) təkcə ölçüləri 20 mm-dən çox olan polad elementlərə

E) ancaq qəliblə işlək armaturarası məsafə



185. Bilavasitə tikinti meydançasında inşa edilən, gərginləşmiş və gərginləşdirilməmiş armaturlu dəmir – beton konstruksiyalar olurlar:

A) monolit

B) yığma

C) yığma – monolit

D) səsuducu beton

E) hava ilə zənginləşdirilmiş beton



186. Tökülmüş betonu atmosfer çöküntülərindən qorumaq lazımdırmı?

A) bəli, betonun başlanğıc möhkəmliyində

B) tələb olunmur, ona görə ki, çöküntülər onun keyfiyyətini yaxşılaşdırır

C) bəli, bir aydan az olmamaqla

D) həmişə, bütün istismar dövründə

E) ancaq bərkimənin son mərhələsində



187. Monolit dəmir–beton konstruksiyanın hazırını qəbul edərkən, dayaq səthinin səviyyəsi ola bilsin:

A) mənfi buraxıla bilən (aşağı olduqda)

B) müsbət buraxıla bilən (çox olduqda)

C) müsbət – mənfi (yüksək və aşağı olduqda)

D) nizamlanmır

E) heç bir qayda nəzərə alınmır



188. Quru isti iqlim şəraiti, hansı göstəricilərlə xarakterizə olunur:

A) 35 – 400C havanın xarici temperaturu ilə, 10- 25% havanın nəmliyi ilə, günəş radiasiyasının və günvurma intensivliyi ilə, təsadüfi atmosfer çöküntüləri və dəyişkən küləklə

B) 35 – 400C havanın xarici temperaturu ilə

C) 10 – 25% havanın nəmliyi ilə

D) günəş radiasiyasının və günvurma (insolyasiya) intensivliyi ilə

E) təsadüfi atmosfer çöküntüləri və dəyişkən küləklə



189. Quru isti iqlim şəraitində, beton qarışığının temperaturunu hansı üsullarla 200C aşağı endir-mək olar:

A) doldurucuların soyuq su, hava və buz ilə soyudulması üsulları ilə

B) doldurucuların soyudulmuş su ilə isladılması yolu ilə

C) qarışdırıcıya doldurucuların verilməsi zamanı soyuq havanın vurulması ilə

D) su həcminə görə 50% buz əlavə etməklə

E) heç bir tədbir görmədən



190. Beton və dəmir–beton konstruksiyaları, olduqca uzunömürlü olurlar, hərgah onlara, quru isti iqlim şəraitinin spesifik təlabatlarına riayət edilərsə, əsas xüsusiyyəti hansıdır?

A) betondan nəmliyin tez buxarlanması

B) qumun irilik modulunun azaldılması

C) su/sement nisbətinin azaldılması

D) betonun qurumasının sürətləndirilməsi

E) möhkəmliyin 50% itməsi



191. Cavabın düzgün olmayan variantını seçin – betonlanmış konstruksi-yaların, quru isti iqlim şəraitində açıq səthi necə mühafizə olunur?

A) bərkimiş beton səthin əhəng südü ilə örtülməsi

B) meşok materialı ilə

C) qum və ağac kəpəyi səpirlər və vaxtaşırı sulayırlar

D) beton səthi ilə örtülən materialın arası daimi nəm saxlanılır

E) tökülmüş betonun açıq səthi sırf su ilə isladılır



192. Metal qəliblərdən istifadə edərkən, quru isti iqlim şəraitində, nəyin hesabına suyun buxarlanması tezləşir?

A) metal qəlibdə betonun intensiv qızması hesabına

B) aşıq beton səthlərinin hesabına, betonun intensiv qızması

C) kimyəvi əlavələrin və metala korroziyaya qarşı sürtülmüş yağların hesabına

D) metal qəliblərin suyu canına çəkməsi və ekzotermiyanın hesabına

E) ancaq reaksiyanın hesabına



193. Mənfi temperaturda, beton qarışığındakı su donur və nəticədə bərkimə prosesi hansı vəziyyətdə olur?

A) praktiki olaraq tam dayanır

B) betonun kütləsində olan buzun hesabına zəifləyir

C) ekzotermiyanın hesabına zəifləyir

D) qəlib ağacdan olarsa, 45 ÷ 50% zəifləyir

E) möhkəmlik 50%-ə düşür



194. En kəsiyinin qalınlığı 20 sm-dən az olan arakəsmə və divar hansı vəziy-yətdə betonlanmalıdır?

A) şaquli vəziyyətdə

B) tin (qabırğa) üstü vəziyyətdə

C) üfüqi vəziyyətdə

D) işçi vəziyyətdə

E) şaquli vəziyyətdə işçi tikişləri nəzərə almadan



195. Yükü qaldıran zaman qaldırıcı ilgəyin budaqları arasında olan bucağın qiyməti:

A) 900-dən az

B) 900-dən çox

C) 1200-dən çox

D) 1800-dən az

E) ancaq 600



196. Yükün yerdəyişmə yaxınlığında kranın təhlükəli zonası nə vəziyyətdə olmalıdır?

A) qeyd olunur və mühasirəyə alınır

B) qeyd olunmur

C) xüsusi işarələr (siqnal) səsləndirilir

D) xüsusi gözətçilər təyin olunur

E) heç bir mühəndisi tədbir qəbul edilmir



197. Yaşayış, inzibati, sənaye tikintisi üçün istifadə olunan örtük konstruksi-yalarının qalınlıqlarının buraxıla bilən hündürlüyü:

A) 12 – 22 sm

B) 12 sm-dən az

C) ancaq 12 – 14 sm

D) ancaq 26 sm

E) normallaşdırılmır



198. Qəlib və armatur konstruksiyalarının iriləşdirilməsi prosesi binaların tikilmə müddətinə hansı əsas xassələrinə təsir edir?

A) qaldırma əməliyyatlarının sayi azalır, maşınların yükqaldıma səviyyəsi

yüksəlir, əmək sərfi vətikilmə müddəti azalır

B) qaldırma əməliyyatlarının sayı azalır

C) quraşdırıcı mexanizmlərin yükqaldırma dərəcəsi yüksəlir

D) əmək sərfi azalır

E) heç bir amilin təsiri nəzərə alınmır

199. Tikinti–quraşdırma işi üçün kranların əsas texniki parametrləri hansı-lardır?

A) yükqaldırma qabiliyyəti, qolun açılışı və ilgəyin qalxma hündürlüyü

B) yükqaldırma qabiliyyəti

C) yük momenti

D) kran ilgəyinin qalxma hündürlüyü

E) kranın dayanıqlılıq dərəcəsi



200. Yüklərin doldurma–boşaltma və inşa işlərində hansı növ kranlar daha çox mobildir?

A) avtomobil təkərli qollu kranlar

B) relslər üzərində hərəkət edən qülləli kran

C) söykənən qülləli kran

D) pnevmatik təkərli qollu kranlar

E) asma kran



201. Qaldırıcı ilməyin bir budağına təsir edən əsas qüvvə:

A) hər budağına təsir edən dartıcı qüvvə

B) yük momenti

C) kəsici qüvvə

D) qaldırılan yükün çəkisi (kütləsi)

E) yükün ölçüsü



202. Uzun ölçülü yükləri travers neçə ilməklə qaldırır?

A) iki ilməklə

B) dörd ilməklə

C) üç ilməklə

D) bir ilməklə

E) bilavasitə traversin tiri ilə



203. Bir ilmək budağına düşən qüvvə hansı amillərin təsirindən asılıdır?

A) qaldırılan yükün kütləsindən budağın bucağından və budağın sayindan

B) qaldırılan yükün kütləsindən

C) budağın şaquli müstəvi əmələ gətirdiyi bucaqdan

D) ilmək budaqlarının sayı

E) ancaq yüklə budaq arasinda olan bucaqdan



204. Obyektə gətirilmiş daş materialının para daşlarının miqdarı nə qədər ola bilər?

A) 5%-dən çox olmayaraq

B) 50%-dən az olmayaraq

C) icazə verilmir

D) 15%-dən çox olmayaraq

E) normallaşdırılmır



205. Düzbucaqlı daşın uzun tili, necə adlanır?

A) lay


B) yastısına (yanı üstə) böyrü üstə, arxası üstə

C) yataq

D) kəllə

E) yarım yataq



206. Laylar arasında daxilə düzülən cərgəyə nə deyilir?

A) aralıq – doldurma (zabutka)

B) lay cərgə

C) kəllə cərgə

D) ştraba

E) boşuna doldurma



207. Karkas binanın çərçivəsinin daş hörgüsündə məcduri arakəsiləndə, mütləq yerinə yetirilməlidir:

A) ştraba şəklində

B) yalnız sement məhlulu ilə

C) yalnız bütöv kərpicdən

D) diqqətlə kərpic səthini nəmləndirməklə

E) heç bir mühəndisi tədbir nəzərə alınmır



208. Qonşu tutaqda və ya divar birləşmələrində yay mövsümü hörgü işi aparılarsa, onda daş hörgüsünün hündürlük fərqi, - çox olmamalıdır:

A) bir mərtəbədən

B) 1,2 m-dən

C) ½ mərtəbədən

D) iki mərtəbədən

E) hər 1 m-dən



209. Hündürlük etibarı ilə müxtəlif səviyyədə daş hörgüsünün iş yerinin təşkilində istifadə olunan müvəqqəti çoxyaruslu konstruktiv qurğu necə adlanır:

A) taxtabənd

B) ayaqaltı

C) qüllə

D) meydança

E) ayaqları açılan nərdivan



210. Növbənin başlanmasına qədər iş yerində kərpic və başqa materiallardan ehtiyat, - yığılmalıdır:

A) 2 – 4 saat işləmək üçün

B) 40 – 45 dəqiqə işləmək üçün

C) növbə ərzində işləmək üçün

D) bir həftə işləmək üçün

E) bir dekada ərzində işləmək üçün



211. Briqadanın növbə ərzində işlədiyi bina hissəsinə, nə deyilir?

A) tutaq

B) bölgü (delyanka)

C) daş hörgüsü cəbhəsi

D) zona

E) iş cəbhəsinin yarı hissəsi



212. Hörgünün çoxcərgəli bağlama sistemində, kəllə və lay cərgələrinin ardıcıl təkrarı:

A) bir kəllə cərgəyə, bir lay cərgə

B) bir kəllə cərgəyə, bir neçə lay cərgə

C) bütün cərgələr kəllə sıraları ilə aparılır

D) bütün cərgələr lay sıraları ilə aparılır

E) iki kəllə cərgəyə, ancaq beş lay cərgə



213. Binanın yuxarı qoruyucu hissəsi, daşıyıcı rolunu yerinə yetirən, hidroizolyasiya dam örtüksüz, çardaqlı və həm də istiizolyasiya funksuyasını yerinə yetirən:

A) dam örtüyü

B) divar

C) arakəsmə

D) mərtəbəarası örtük

E) dam örtüyü konstruksuyası



214. Hər dalğalı asbestsement lövhələri tir şəbəkəsinə necə bərkidilir?

A) korroziyaya qarşı papaqlı, uzunluğu 100 mm olan üç şifer mismarı ilə

B) qələmə ilə (klyamer)

C) küləyə qarşı basma düymələrlə (knopka)

D) şuruplarla

E) qarmaq tipli xüsusi bərkidici elementlərlə



215. Kirəmitlərin tir şəbəkəsinə bərkidilməsi necə əldə edilir?

A) eşmə məftillə və klyammerlərlə

B) küləyə qarşı basma düymələrlə

C) qarmaq tipli xüsusi bərkidici elementlərlə

D) boltlarla

E) ankerlərlə



216. Sıravi asbestsement lövhələri əsasa bərkidilir:

A) iki sinklənmiş mismarla və küləyə qarşı basma düymələrlə

B) eşmə məftillə və klyammerlərlə

C) küləyə qarşı basma düymələrlə

D) qarmaq tipli xüsusi bərkidici elementlərlə

E) ankerlərlə



217. Polad dam örtük vərəqələri, öz aralarinda necə birləşdirilir?

A) falslarla

B) klyammerlərlə

C) qarmaq tipli xüsusi bərkidici elementlərlə

D) mismarla

E) ankerlərlə



218. Poladdan dam örtüyü bəzəkləri tir şəbəkəsinə necə bərkidilir?

A) klyammerlərlə

B) falslarla

C) qarmaq tipli xüsusi bərkidici elementlərlə

D) mismarla

E) ankerlərlə



219. Metal kirəmit tir şəbəkəsinə necə bərkidilir?

A) özükəsən şuruplarka (vint)

B) klyammerlərlə

C) qarmaq tipli xüsusi bərkidici elementlərlə

D) mismarla

E) ankerlərlə



220. Qaz–suizolyasiyası çoxsaylı dam örtüyündə əsas qatların çarpaz döşən-məsinə:

A) icazə verilmir

B) icazə verilir (buraxıla bilər)

C) icazə verilir, örtüyün mailliyi 15%-ə qədər olduqda

D) icazə verilir, maillik 25% olduqda

E) icazə verilmir, örtüyün sahəsi 100 m2-dən çox olandan başqa



221. Dənəvər materiallardan dam örtükləri nə zaman qəbul edilir?

A) yalnız qurtarmış halda

B) faktiki sahə üzrə

C) ayrı – ayrı elementlərlə

D) obyektin təhvil verilməsindən sonra

E) düzəldici qat çəkildikdən sonra



222. Mailliyi 200-dən çox olan və müxtəlif maillikdə (dam örtüyün) kənarla-rında işçilər, - borcludurlar:

A) qoruyucu kəmərlərdən istifadə etməli

B) təkrar instruksiya keçməlidirlər

C) isti geyimdə işləməli

D) qoruyucu (mühafizə) hasarının olması

E) xüsusi sürüşməyən ayaqaltı işləməli



223. Dam örtüyünün mailliyi 150-dən az olduqda, rulon materialı hansı vəziyyətdə vurulur?

A) damın uzunluğu istiqamətində paralel

B) damın uzunluğu istiqamətində perpendikulyar

C) damın eni istiqamətində paralel

D) damın diaqonal istiqamətində paralel

E) heç bir qayda tələb olunmur



224. Dam örtüyünün mailliyi 150-dən çoxdursa, onda rulon dam materialı necə vurulur?

A) damın uzunluğu istiqamətində perpendikulyar

B) həmçinin, uzunluğu istiqamətində paralel

C) eni istiqamətində paralel

D) eni istiqamətində yanakı

E) heç bir qayda tələb olunmur



225. Suvağl səthə yapışdırmaq üçün təyin edilmiş suvaq qatına, - deyilir:

A) çiləmə

B) astarlama

C) örtük qatı

D) haşiyələmə

E) hamarlama



226. Səthin hamarlanmasına və tələb olunan qalınlığın alınmasına qulluq edən suvaq qatı necə adlanır?

A) astarlama

B) örtük qatı

C) çiləmə

D) haşiyələmə

E) hamarlama



227. Qalınlığı 2 mm-dən çox olmayan, hamarlayıcı və sıxlaşdırılmış suvaq qatı necə adlanır?

A) üzləmə

B) astarlama

C) çiləmə

D) haşiyələmə

E) düzəldici



228. Kərpicdən divar hörgüsü ilə yaş suvağın möhkəm yapışması üçün, necə yerinə yetirilməlidir:

A) boşluqlu tikişlə

B) tikişlərin doldurulması

C) şəp tikişlə

D) sement məhlulu ilə

E) dolu tikişlə



229. Yeni çəkilmiş suvaqda çatlama və möhkəmliyin aşağı düşməsi, baş ver-məsin deyə, - buraxila bilməz:

A) mənzilin çox isidilməsi (230-dən çox) və intensiv küləklənməsi

B) onu zərbədən, titrəmədən və islanmadan qorumaq

C) suvaq çəkilmiş mənzildə, isti xarici havanın bərabər verilməsi

D) donmadan qorumaq

E) istidən qorumaq



230. Plitələraltı məhlul qatını qalınlığı nə qədər olmalıdır?

A) 15 mm-dən çox və 7 mm-dən az olmamalı

B) 2 – 3 mm

C) 5 mm-dən çox və 2 mm-dən az

D) 30 mm-dən çox və 20 mm-dən az olmamalı

E) mayak ölçüdə



231. Plitələrin mastika və yapışqan qatının qalınlığı olmalıdır:

A) 3 mm-dən çox olmamalı

B) 5 mm-dən az olmamalı

C) 15 mm-dən çox və 7 mm-dən az olmamalı

D) 30 mm-dən çox və 20 mm-dən az olmamalı

E) mayak səviyyədə



232. Rəng işlərini yerinə yetirərkən, çatların doldurulması və səthin hamarlanması üçün hansı material lazımdır?

A) şpaklyovka

B) əliflər

C) piqmentlər

D) zamaskalar

E) sement məhlul



233. Divar kağızını üst–üstə yapışdırarkən, tikişin görünməməsi üçün, - başlamaq lazımdır?

A) pəncərə tərəfdən

B) haşiyədən

C) divarın ortasından

D) qapı tərəfdən

E) döşəmə səviyyəsindən



234. Çəkilmiş divar kağızı qurumamış, pəncərələri açmaq və qurumanı tezləşdirən qızdırıcı cihazlardan istifadə etmək:

A) buraxıla bilməz

B) buraxıla bilər

C) sutkada 1 saatdan çox olmamaqla hava dəyişməyə icazə verilə bilər

D) temperatur 300C-dən az olmamaqla buraxıla bilər

E) heç bir tədbir görülümür



Yüklə 375,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin