XEYİR ƏMƏLƏ GÖRƏ QÜRRƏLƏNMƏ, O ƏMƏLİ BATİL EDİR.
«Ləalil-əxbar» kitabında belə bir rəvayət nəql olunub: «Həzrəti İmam Səccad (ə) fəqirə bir şey verəndə öz əlini öpərək buyururdu: «Bu əl xeyir iş görmüşdür». Başqa bir rəvayətdə nəql edirlər ki, öz əlindən əlavə, fəqirində əlini öpürmüş. Bu ona görədir ki, həqiqətdə sədəqəni Allah-Təala qəbul edir.1 Zahiri cəhətdən sədəqəni fəqir alsa da o, özü də xeyir işin baş verməsinə səbəb olur.
«Əmrun beynəl əmreyi» insanın gördüyü hər bir işdə öz iradəsilə yanaşı Allaha da möhtac olmağı deməkdir. Məğrur adamlar bir iş görəndə elə təcəvvür edirlər ki, o işi yalnız özləri yerinə yetirmişlər. Elə buna görə də bu cür adamlara «belə fikirləşməyinizlə öz əməlinizi batil edirsiniz!» demək haqdır.
İnsan nəinki adi işlərində, hətta ibadətlərində də Allahın tofiqi olmasa, heç bir şeyə müvəffəq ola bilməz. Ayağa durub oturmağımız da Allahın qüdrət və qüvvəsilədir. Bu qədər dəlil və sübutdan sonra insanın ibadətdə təfviz və məğrurluğa sürüklənməsi çox təhlükəlidir.
Dostları ilə paylaş: |