MÜSƏLMANLARI (ŞƏHADƏT KƏLİMƏSİNİ) SÖYLƏYƏNLƏRİ TƏKFİR ETMƏK
Təkfirçilərin sevdikləri bir sualları var: Filan rəqqasə, filan müğənni onda bizim bacımızdır (müsəlmandır)? Əstəğfirullah! Sənin kimi cahildən başqa heç kəs bu sualı verə bilməzdi. Ay cahil! Harada qeyd olunub ki, müğənnilik etmək, rəqqasəlik etmək böyük küfrdür və İslamdan çıxardır? Sonra da deyirsən ki, nə üçün mənə Xəvaric deyirsiniz? Bəs sənə Xəvaric deməyib nə deyək? Çünki sən böyük günah sahiblərini kafir sayırsan. Əhli Sünnənin etiqadına görə bir insan asidirsə, biz ona demiriki onun imanı kamildir. Müsəlman asi ola bilər, zina edə bilər, oğurluq edə bilər, lakin bununla kamil mömin sayılmırlar. Onlarda imanın bəzi şöbələri olduğu üçün müsəlman, asiliklərinə görə isə fasiq sayılırlar. Əbu Sufyan deyir ki: “Bir gün Cabirdən – radıyallahu anhu – soruşdum: “Hər hansı bir müsəlmanı kafir adlandırmısınızmı?”. O: “Xeyr”. Mən: “Bəs müşrik?”. O: “Allah bizi bundan qorusun”. Cabir – radıyallahu anhu – bundan qorxaraq dedi: “Məgər siz müsəlmanlardan kimisə kafir sayırsınız?”. Mən: “Xeyr” dedim1250. İbn Abidin – rahmətullahi aleyhi – deyir ki: “Küfr – təhlükəli bir şeydir. Mən mömin bir kimsəni küfrdə ittiham etmirəm, əgər onda bir dənə də olsa üzr taparamsa, o küfrdən uzaqdır”1251. İmam İbn əl-Vazir – rahmətullahi aleyhi – deyir ki: “(Müsəlmanı təkfir etmək barəsində) olan hədislər müsəlmanları təkfir etmək və onları İslam dairəsindən çıxarmağın nə qədər təhlükəli olmasını bildirir. Əgər bir kimsə Tövhidi şəhadət edərsə, Risaləti qəbul edərsə, bununla bərabər İslamın dayaqlarını yerinə yetirər və böyük günahlardan çəkinərək doğruluq nümayiş etdirərsə belə bir kimsəni İslam dairəsindən bidət və azmasına görə İslam dairəsindən çıxarmırlar. Çünki ola bilər ki, küfrdə ittiham edən özü belə bir bəlaya düşməkdən sığortalanmayıb. Çünki heç kəs günahsız deyildir”1252. Şeyx Abdullah İbn Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Hər bir kəsin üzərinə vacibdir ki, Allahdan dəlil və burhan olmadıqca bu məsələ barəsində danışmasın. Ona görə də hər bir kəs həzər etsin bir kimsəni İslam dairəsindən öz nəfsinə və ağlına görə çıxarmaqdan. İslam dairəsindən çıxarmaq və ya İslama aid etmək – Dinin mühüm məsələlərindəndir”1253. Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar: “Bəzi alimlərdən eşitmişəm ki, küfr etiqadi və əməli olur. Əməli olan küfr kiçik küfr olub özündə böyük küfrü daşımır. Hətta insan namazı tərk etsə və digər başqa əməlləri etsə də belə”. Cavab: “Düzdür, bəzi alimlər o rəydədirlər ki, küfr yalnız etiqadı olur, əməli deyil. Lakin doğru olan bunun əksidir. Küfr əməldə də özünü göstərə bilər. Məs: Namazı tərk etmək kimi. Çünki Quran, Sünnə və səhabələrin sözləri buna dəlildir ki, namazı tərk edən kimsə namazın fərziyyətini qəbul etsə də belə dindən çıxır. Daha doğru rəy budur. Lakin diqqətinizi bir məsələyə çəkmək istərdim ki, günümüzdə cavanlar öz həyatlarının başlıca məqsədlərini rəhbərləri və digər insanları kafir sayıb saymamağa yönəltməməlidirlər. Elə bil ki, bu insanlar kimin kafir, kimin isə kafir olmadığını araşdırmaq, öyrənmək üçün yaradılıblar. Əksinə onlara daha yaxşı olardı Allahın Rəsuluna nazil etdiyi şəriəti və digər şəriət məsələlərini öyrənməyə yönəlsinlər. Kiminsə kafir olub olmamağı ilə məşğul olmaq böyük xəta və vaxtı israf etməkdir. Hətta sonda onlar belə bir nəticəyə gəlsələr ki, bu və ya digər bir rəhbər kafirdir onlar nə edə bilərlər? Onlar yalnız fitnələrin yaranmasına, insanları əmin-amanlıqdan məhrum etməkdən, sonu görülməyən şərrə təkan verməkdən başqa bir şeyə nail olmazlar. Çox vaxt onlar rəhbərləri küfrdə dəlilə əsasən deyil öz nəfsi istəkləri əsasında ittiham edirlər. Onları öz hissləri idarə edir. Onlar bu və ya digər bir insan barəsində: Kafirdir – deyirlər. Lakin onlar nəzərə almırlar ki, hər küfr sözü və ya əməli edən kafir olmaz. Buna Quran və Sünnə dəlildir. “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır”. (ən-Nəhl 106). Allah məcburiyyət qarşısında qalaraq küfr sözü söyləyən və ya küfr əməli edən kimsənin küfrünü inkar emişdir. Həmçinin sünnədə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölüm anında oduğu zaman öldükdən sonra yandırıb, külünü isə dənizə sovurmağı nəsihət edənin qissəsi vardır. Həqiqətdə belə bir nəsihət şübhədir? Nədə? Allahın qüdrətində. Digər bir hədis isə: Səhrada bütün yemək və içməyini itirən kimsə barəsindədir. Şiddətli Sevinc anında: Mən sənin Rəbbin, sən isə mənim qulumsan” sözünü söyləməklə küfr etmişdir. Lakin sevinc anında söylədiyi üçün bağışlanılmışdır. Mən buradan bizim övadlarımıza, cavan nəsillərimizə ibrət almalarını ümüd edərək üz tutub deyirəm: Öz həyatınızın başlıca məqsədini bu kimi şeylərə yönəltməyin: Sən filan hakim haqqında nə deyə bilərsən? Filan hakim kafirdirmi? Bu heç bir fayda gətirməyən və heç nədən xilas etməyən əhəmiyyətsiz bir məşğuliyyətdir. Əlcəzairdə baş verən hadisələr buna sübutdur. Nə baş verdi Əlcəzairdə? Bildiyim qədər 5 milyona yaxın insan öldürüldü. Zalda iştirak edən bir nəfər onun sözünü kəsərək deyir: 50 min insan – dedi. Şeyx: 50 min insan 3 il ərzində. Bu şər və bəladır. Cavanlar hansı ki xeyrə can atırlar bu fikirlərinizdən çəkinin, bu zərər, fitnə, hərci-mərcilikdən başqa bir şey gətirməyəcəkdir. Həmd Allaha məxsusdur! Əlimizdə Allahdan açıq-aydın dəlil olduğu halda. Açıq-aydın bir küfr gördüyümüz zaman onu düzəldə bilmiriksə onda faydası nədir?”1254.
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğruluq edən, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»1255. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi. Bir müddətdən sonra mən gurultulu səslər eşitdim. Kiminsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzərinə hücum edib ona zərər yetirməsindən qorxduğum üçün qərara gəldim ki, səs gələn tərəfə gedim. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənə dediyi sözlər yadıma düşdü və o, geri qayıdana qədər yerimdən tərpənmədim. O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətən də bu səsləri eşitdin». Mən: «Bəli. Ya Rəsulallah!». O: «O, Cəbrail – əleyhissəlam – idi. Mənə müjdə verərək dedi: «Ümmətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?». O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi1256. Muaz İbn Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kimin son sözü Lə İləhə İlləllah – olarsa Cənnətə daxil olar”1257. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim ixlas ilə: Lə İləhə İlləllah – deyərsə, böyük günahlardan çəkindiyi müddətdə göyün qapıları ona açılar və o, kəlimə Ərşə yüksələr”1258. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Musa – əleyhissəlam – öz Rəbbinə dedi: "Ey Rəbbim! Mənə elə bir kəlimə öyrət ki, Səni onunla yada salım və dua edim". Allah: "Ey Musa! De: "Lə İləhə İlləllah" deyə buyurdu. Musa – əleyhissəlam – dedi: "Ey Rəbbim! Axı Sənin bütün qulların bu kəlməni Lə İləhə İlləllah - deyir". Mən (Səndən) özümə xas olacaq bir şeyi istəyirəm. Allah: "Ey Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri (və Məndən başqa) əhli ilə bir yerdə tərəzinin bir gözünə, Lə İləhə İlləllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlimə ağır gələr"1259. Əbu Hureyra – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"1260. Əbu Hureyra – radıyallahu anhu – deyir ki, bir gün: Ya Rəsulallah! Sənin şəfaətinlə Qiyamət günü ən xoşbəxt olan insan kimdir?”. Peyğəmbər: “Ey Əbu Hureyra, mən elə də bilirdim ki, bunu səndən öncə heç kəs soruşmayacaqdır, sənin (elmə) olan hərisliyindən. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt olan insan, qəlbində ixlas ilə Lə İləhə İlləllah - kəlməsini deyəndir"1261. Rifəi əl-Cuhəni – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər çıxdıq, hətta Kəbid adlanan yerə çatdıq... Allaha həmd etdi və buyurdu: “Allah yanında şahidlik edirəm ki, ölən elə bir qul yoxdur ki, sıdq qəlb ilə Şəhadəti söyləsin və düz yolda olsun bu kəlimə onu Cənnətə aparmasın”1262. Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir ömür boyu: Lə İləhə İlləllah – deyərsə, bundan öncə nə etməsinə baxmayaraq bir gün ona fayda verər!”1263. Fafda - Bəzi insanlar qeyd edirlər ki: “Bu hədislər İslamın əvvəlində, ilk dəvət günlərində söylənilmişdir. Nə vaxt ki, əhkamlar, qadağalar, hökmlər hələ də nazil olmamışdır. Lakin bir çox alimlər bu görüşün səhv olduğunu söyləmişlər. Bax: İmam Nəvəvi “Şərh Sahih Muslim” 1/184-186, İbn Rəcəb “Kəlimətul İxlas” 24,25. Bu kəlimənin əzəmətindəndir ki, bunu söyləyən bir kimsəni nə qədər Cəhənnəm əzabı çəksədə bir gün mütləq oradan qurtulacaqdır. Bunu da gücləndirən yuxarıda qeyd etdiyimiz Şəfaət hədisi əyani sübutdur. Biz demirik ki, namaz qılmayan gözəl insandır, öldüyü zaman bir başa Cənnətə gedəcəkdir. Əsla, lakin biz deyirik ki, bu kəlimənin əzəmətidir ki, gec-tez sahibini Cəhənnəm əzabından qurtaracaqdır. Lə iləhə illəlah – kəliməsinə görə cəza çəkmədən bir başa Cənnətə girmək və Lə iləhə illəllah – kəliməsinə görə əbədi Cəhənnəm əzabından qurtulmaq ayrı ayrı şeylərdir. Birinci kamil imanın təzahürü, ikinci isə zəif imanın təzahürüdür.
Muaz İbn Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölərkən Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir kimsə bunu yəqin ilə inanan bir qəlb ilə söyləmiş olarsa mütləq Allah o kimsənin (günahlarını) bağışlayar”1264. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur Cənnətə daxil olar”1265. Ubadə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur və Muhəmməd onun qulu və Rəsuludur Allah ona Cəhənnəmi haram edər”1266. Osman – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər”1267. Əbu Məlik atasından rəvayət edir ki, Rəsulullahın – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: "Lə İləhə İlləllah deyib, Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın malına, canına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir"1268. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, bir gün səfər ərəfəsində Peyğəmbərin – sallallahu aleyhi və səlləm – miniyinin arxa hissəsində oturmuş Muaza – radıyallahu anhu – buyurdu: «Ya Muaz!». O, da: «Buyur, hüzurundayam Ya Rəsulullah!» əmrinizə hazıram. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri üç dəfə təkrar etdi. Hər dəfə də Muaz – radıyallahu anhu – eyni müraciət ilə ona cavab verirdi. Peyğəmbər: «Hər hansı bir qul Allahdan başqa ibadətə layiq İlah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna (Başqa rəvayətdə: Doğruluq və səmimiyyətlə) şəhadət edərsə, heç şübhəsiz ki, Allah ona Cəhənnəm odunu haram edər». Muaz: «Ya Rəsulullah! Bunu insanlara xəbər verimmi ki, sevinsinlər?» deyə soruşdum. Peyğəmbər: «(Xeyr, söyləmə) o, zaman buna arxayın olub (xeyirli işlər etməzlər) deyə buyurdu. Muaz – radıyallahu anhu – günahdan qaçınmaq üçün vəfatı əsnasında bu hədisi insanlara xəbər verir»1269. Abdullah İbn Amr İbn əl-As – radıyallahu anhu – rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və onun qarşısına günahlarla dolu doxsan doqquz ədəd kitab qoyulacaq. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafə qədər olacaq. Sonra Allah buyuracaq: “Bunlardan hansınısa inkar edə bilərsənmi? (Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi?”. O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Bu qədər kitabın qabağında sənin savabın (yaxşə əməlin) varmı? (Bəlkə üzürün var?)”. O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah: “Əksinə, dərgahımızda sənin üçün savab (yaxşı əməlin) vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “Əşhədu Əllə İləhə İlləllah Və Ənnə Muhəmmədən Abduhu Və Rəsuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər günahla dolu (kitabların) bu kağız parçası nə fayda verə bilər?” Allah: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq. Bu kağız parçası ağır gələcəkdir. Bu gün Allahın İsmi ilə yanaşı heç bir şey ağır gələ bilməz (kitablar havaya qalxacaq)»1270 Ubadə İbn Samit – radıyallahu anhu – Ölum ayağında ikən, onun yanına getdim. Sonra ağladım, o məndən: “Bir dayan, niyə ağlayırsan?” deyə soruşdu və belə dedi: “And olsun Allaha! Şahidlik etmək tələb olunsa sənin üçün şahidlik edərəm. Şəfaətçilik etmək tələb olunsa sənin üçün şəfaət edərəm, bacarsam sənə faydalı olam, olaram”. Sonra: “And olsun Allaha! Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – eşitdiyim, sizin üçün xeyirli olan hər bir hədisi sizin üçün danışdım, yalnız bir hədisdən başqa, onu da sizə bu gün danışacağam. Artıq nəfəsim kəsilib, ölüm məni haqlayıbdır. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə dediyini eşitdim: “Kim Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına və Muhəmmədin Onun Rəsulu olduğuna şəhadət edərsə, Allah ona Cəhənnəmi haram edər”1271. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, bir dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – əynində ağ paltar yatmış ikən mən onun yanına gəldim. (Mən onun yatdığını görüb çıxıb getdim və bir müddətdən) sonra yenə onun yanına gəldim. O artıq oyanmışdı. (Məni görəndə) buyurdu: “Lə İlahə İləllah”– deyib ölən hər bir qul mütləq Cənnətə daxil olacaqdır!”. Mən: “Zina və oğurluq etsə də belə?”. Peyğəmbər: “Zina və oğurluq etsə də belə”. (Yenə) soruşdum: “Zina və oğurluq etsə də belə?”. Peyğəmbər: “Zina və oğurluq etsə də belə”. (Bir daha) soruşdum: “Zina və oğurluq etsə də belə?”. O: “Zina və oğurluq etsə də belə, Əbu Zərin xoşuna gəlməsə də belə”. Əbu Zərr – radıyallahu anhu – hər dəfə bu hədisi danışarkən deyərdi: “Əbu Zərin xoşuna gəlməsə də belə!”1272. Əbu Hureyra – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"1273. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Elə ki, bunu etdilər, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir”1274. Ubadə İbn Samit – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Allahdan başqa ibadətə layiq heç bir İlahın olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın qulu və elçisi olduğuna, Məryəmə göndərdiyi kəlməsi və Ondan gəlmə ruh olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun (və ya əməlindən aslı olmayaraq), Allah onu Cənnətə daxil edər”. Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: "Cənnətin səkkiz qapısından hansından istərsə, onu oradan içəri salar"1275. İtban İbn Məlik – radıyallahu anhu – rəvayət edir ki: “Biz Peyğəmbəri – sallallahu aleyhi və səlləm – bir qədər yubatdıq ki, onun üçün hazırladığımız Xəzirəni1276 (yeyə bilsin). Namaz qıldıqdan sonra Peyğəmbərin – sallallahu aleyhi və səlləm – gəldiyini eşidən insanlar bizə axışmağa başlaılar. Onlardan biri: “Malik b. Duxşun (Duxşum) haradadır? onu heç görmürəm» deyə soruşdu. (Cəmaatda) onlardan biri: «O, münafiq, hansı ki, Allah və Rəsulunu sevmir (Başqa rəvayətdə: Kaş ki, ona dua edərdi və o həlak olardı, kaş ki, ona bir şey olardı)». Peyğəmbər: “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “Lə İlahə İlləllah (Başqa rəvayətdə: Onun Rəsulu olduğunu)” – demişdir? Adam: “Allah və Onun Elçisi daha yaxşı bilir! (Başqa rəvayətdə: O, qəlbində olmadığı bir şeyi deyir)”. İtban: “Biz onun münafiqlərə qarşı (mehriban) mövqedə olduğunu və onlara məsləhət verdiyini görürük”. Peyğəmbər: “Allah, həqiqətən də, Onun Üzünü diləyərək “Lə İlahə İlləllah (Başqa rəvayətdə: Onun Rəsulu olduğunu)” deyən kimsəyə, Cəhənnəm odunun toxunmasını haram etmişdir (Başqa rəvayətdə: Cəhənnəmə girməz və ya dadmaz)”1277. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – xidmət edən Yəhudi bir uşaq var idi. Bu uşaq (bərk) xəstələnmişdir. Onu ziyarət edən Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşağın baş tərəfində duraraq buyurdu: «İslamı qəbul et!». Uşaq yanında dayanmış atasına baxdı. Atası: «Əbul Qasimə itaət et!» dedi. O, da İslamı qəbul etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşağın yanından çıxaraq deyərdi: «Onu Cəhənnəm odundan qoruyan Allaha həmd olsun»1278. Cundub İbn Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanlardan təşkil edilmiş bir dəstəni müşriklərin bir qövmü üzərinə göndərir. İki ordu bir-biri ilə qarşılaşdılar. Müşriklərdən biri müsəlmanlardan istədiyini göz-altı edib izləyərək onu öldürürdü. Müsəlmanlardan bir nəfər isə (biz deyirik ki, bu Usamə İbn Zeyd) idi. O, müşrüki izləyərək münasib (bir an) yetişdikdə Usamə qılıncını o, müşrikin üzərinə qaldırdıqda o: «Lə İləhə İlləllah» deyərək qışqırdı. Usamə buna əhəmiyyət vermədən o, kimsəni zərbə ilə öldürdü. (Döyüşdən sonra) Müjdəçi Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələrək ona döyüşdə baş verən hadisələri və (Usamə) haqqında məlumat verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Usaməni yanına çağıraraq: «Nə üçün onu öldürdün?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! O, müsəlmanlara əziyyət verərək filankəsi-filankəsi öldürdü deyə (bir çox müsəlmanların isimlərini zikr etdi)» dedi. Mən də onun üzərinə hücum etdikdə o, qılıncımı görəcək Lə İləhə İlləllah deyə qışqırdı. Peyğəmbər: «Sən də onu öldürdünmü?» deyə buyurdu. Usamə: «Bəli» deyə cavab verdi. Peyğəmbər: «Qiyamət günü qarşına Lə İləhə İlləllah kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! Mənim üçün Allahdan bağışlanma dilə!» dedi. (Lakin) Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir söz demədən bu kəlimələri bir neçə dəfə təkrar edirdi: «Qiyamət günü qarşına Lə İləhə İlləllah kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?»1279. Usamə İbn Zeyd – radıyallahu anhu – rəvayət edir ki, vaxtı ikən Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizi Cuheynə qəbiləsinin Huraqa qolu üzərinə göndərmişdir. Sübh tezdən biz onlar su hövuzlarının yanında olarkən onlara basqın etdik. Ənsarlardan bir nəfər ilə onlardan birini izləyərək ona yaxınlaşdıqda (o, kimsə qorxudan) Lə İləhə İlləllah kəliməsini dedi. Mənimlə olan ənsar yoldaşım ondan əl çəkdi, mən isə qılıncımla onu vurub öldürdüm. Mədinəyə gəldikdə isə artıq bu xəbər Peyğəmbər – sallallahu aleyhi və səlləm – çatmışdır. Peyğəmbər: «Ey Usamə! Sən onu Lə İləhə İlləllah dedikdən sonramı öldürdün?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! O, canını qurtarmaq üçün belə dedi» dedim. O, mənə yenə də: «Ey Usamə! Sən onu Lə İləhə İlləllah dedikdən sonramı öldürdün?» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri dayanmadan mənə o, qədər təkrar etdi ki, mən kaş ki, bu günə qədər müsəlman olmazdım təmənna edənə qədər peşman oldum (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Lə İləhə İlləllah dedikdən sonramı sən onu öldürdün?» Mən: «Ya Rəsulullah! O, bu kəliməni mənim silahımın qoxusundan söylədi» dedim. Peyğəmbər: «İçindən söyləyib söyləmədiyini öyrənmək üçün qəlbinimi yarıb baxdın?» deyə buyurdu və bu kəlimələri o, qədər təkrar etdi ki, mən kaş ki, elə o günü müsəlman olardım deyə təmənna etdim)»1280.
Usamə b. Zeyd – radıyallahu anhu – «Lə İləhə İlləllah» deyəni şübhə əsasında öldürdü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onu qınayaraq: «Sən zahiri ilə kifayətlənməli idin. Batini isə Allaha aiddir». İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: «Bizlər zahiri ilə mühakimə edirik, batini isə Allah mühakimə edir». Peyğəmbər - sallallahu aleyhi və səlləm – qəti etirazını görən səhabə gör özünə nə arzulayırdı. Bu da bir dəlildir ki, insanlara hökm verərkən işi dəqiqləşdirmək və təmkinli olmaq lazımdır. Hökm elmə əsaslanmalı və hökm verilən kimsənin vəziyyəti dəqiqləşdirilməlidir. Saleh əl-Fovzan – Allah onu qorusun - deyir ki: «Elmə yeni qədəm qoymuş tələbələrin sadəcə Quran oxuya bilənlərin və ya hansısa insanın kiməsə kafir deməsi, kimisə İslamdan çıxarmaq hüququ yoxdur. Onlar İslamdan çıxaran amilləri bilmədikləri halda bu hökmü necə verə bilərlər? Bu çox təhlükəli məsələdir. Kim belə bir iş tutubsa o, əməlindən Allaha tövbə etməli, dilini təkfirdən qorumalı, danışmazdan əvvəl öyrənməli, elm adamların-dan soruşmalı, tutduğu iş haqda düşünməli, qarşısındakı adamın vəziyyətinə üzürlü olub-olmamasına baxmalıdır. Ona görə də məsələnin təfsilatının düzgün açıqlanmasına və düzgün anlayışa ehtiyacı vardır. Haqsız olaraq bir insanı öldürmək ən böyük günah olduğu halda, başqasına küfr hökmü vermək bundan daha böyük cinayətdir. Bilərəkdən mömin bəndəni öldürmək haqda şiddətli əzab vəd edilmişdir: «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!». (ən-Nisa 93). Bu qana olan hörmətdir. Dinə olan hörmət isə daha önəmlidir. Kimisə dindən, İslamdan çıxarmaq Allah yanında onu öldürməkdən daha böyük günahdır. Əgər kiminsə bütün malını götürüb müsadirə etsən haram iş tutmuş olarsan. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin qanınız, malınız və namusunuz bir-birinizə haram edilmişdir»1281. Onun malını zalımlıq və düşmənçiliklə qəsb etməyin, haqsız yerə ona kafir və mürtəd deməyindən daha yüngüldür». Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar bütpərəstləri tərk edərək, iman əhli ilə döyüşərlər»1282. Saleh əl-Fovzan – Allah onu qorusun - deyir ki: «Deməli onlar kafirlərə qarşı deyil, müsəlmanlara qarşı döyüşürlər. Tarix boyu Xəvariclərin halı belə olmuşdur. Kim bu məzhəbə qulluq edibsə müsəlmanlara, onların rəhbərlərinə, alimlərinə kafir deyərsə demək o, da bu azğın tayfanın yolçusudur… Bu çox təhlükəli və pis bir fitnədir. Müsəlman bu işdə ehtiyatlı olmalı, Allahdan qorxmalıdır. Heç kəsə elmsiz, ehtiyatsız, araşdırmadan kafir və ya mürtəd hökmü verilməməlidir. Alimlər Allahın və Rəsulunun təkfir etdiyindən başqasına kafir demirlər. Elmdə qüvvətli olanlar Quran və Sünnədə açıq-aşkar küfr olması deyilən və bu küfrü edəndən başqasını təkfir etmirlər. Çox təəssüf ki, cahillər, təmkinli olmayanlar və adi öyrənənlər üçün ən ucuz şey təkfirdir. Kim onların fikrinə, məzhəbinə müxalifdirsə ona kafir hökmü verirlər. Həqiqətən bu ən alçaq və ən pis xislətdir… Xülasə: Bu məsələ çox təhlükəli məsələdir. Ona görə də elmsiz, bəsirətsiz müsəlmanları və onların rəhbərlərini təkfir edən, müsəlmanların qanlarını, mallarını halal hesab edən, bu azğın firqə ilə oturub-durmaq, dostluq və ya yoldaşlıq etmək insana yaraşmaz. Biz belələrindən uzaq olmalı, onların sözlərini dinləməməli, onlara arxa çevirməli, onlardan uzaq olmalı, onlarla yoldaşlıq etməməliyik»1283.
Əbu Mabəd əl-Miqdad b. əl-Əsvəd – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər - sallallahu aleyhi və səlləm – soruşdum: «Ya Rəsulullah! Əgər (döyüşlərin birində) kafirlərdən biri ilə qarşılaşsam və biz bir-birimiz ilə vuruşsaq və o, (döyüş əsnasında) mənim iki əlimdən birini qılınc ilə vurub kəssə, sonra da məndən canını qurtarmaq üçün qaçıb bir ağaca dırmaşsa və mən Allaha təslim oldum (müsəlman oldum) desə mən onu bu sözü söylədikdən sonra öldürə bilərəmmi?». Peyğəmbər: «Onu öldürmə» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Axı o, bu sözləri mənim əlimi kəsdikdən sonra söyləmişdi» dedim. Peyğəmbər: «Xeyr! Onu öldürmə. Əgər sən onu öldürsən (o) sən onu öldürməzdən əvvəl o, sənin durumunda olacaqdır (sən onu müsəlman olaraq öldürmüş olacaqsan). Sən isə onun (Kəlimeyi Şəhadəti) söyləməmişdən əvvəlki durumuna (vəziyyətinə) düşəcəksən»1284. Əbu Mabəd əl-Miqdad b. əl-Əsvəd – radıyallahu anhu – öz hisslərinə əsasən mühakimə yürütdü və dedi ki: «Ya Rəsulullah! Axı o, bu sözləri mənim əlimi kəsdikdən sonra söyləmişdi». Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onu başa saldı ki, İslam dini bizim hisslərimizə görə deyildir. İslam dini Allah və Rəsulunun buyurduğu kimidir. Buna görə də Lə İləhə İlləllah – kəliməsini söylədiyi andan sonra bu kəlimə onun malını və canını qoruma altına almışdı. Artıq sənin onu öldürməyin bir müsəlmanı öldürmək kimidir. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Bir insan şəhadət kəliməsini açıq şəkildə dilinə gətirərsə o, həmin şəxsin canını qoruyar və onu söyləməklə o müsəlman olur»1285. Usamə – radıyallahu anhu – məsələ ilə bağlı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mövqeyini bildikdən sonra Lə İləhə İlləllah deyəni bundan sonra öldürməyəcəyinə and içmişdir»1286. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərlərin gətirdiyi dində məcburiliyi məlum olan və ümmətin barəsində bir rəydə olduğu məsələ, İslamın əsli və insanların deməsi buyrulmuş: «Lə İləhə İlləllah Muhəmmədin Rəsulullah» kəliməsidir. Bu kəliməni söyləməklə kafir müsəlmana, düşmən dosta, adamın canı və malı halal olduğu halda harama çevrilir. Bu kəlməni söyləyərkən qəlbində təsdiq olan şəxs mömin, təsdiq yoxdursa o zahirən müsəlman olur, batində isə mömin deyildir»1287.
Dostları ilə paylaş: |