Fayda: Bütün alimlər ittifaq etmişdir ki, “Lə İləhə İlləllah” kəliməsini söyləyən İslam dininə daxil olur və müsəlman olur. Lakin müxaliflər elə anlayıblar ki, kim bu kəliməni deyərsə, fəqət heç bir əməl etməzsə, bununla kafir olar, yəni bu kəlimə ona heç bir fayda verməz. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədislərdə yalnız bu kəlməni deməyi bildirmişdir. Bu hədislər onu göstərir ki, günahkar bu kəliməni deyibsə, cəhənnəmdə yansa belə, onun son mənzili Cənnət olacaqdır. Bu dəlillərin heç birində Rasulullah – sallallahu aleyhi və səlləm – əməli qeyd etmədi, söyləmədi ki: “Əməli sözünü təsdiqləyərsə”, əksinə söylədi ki: “Dili qəlbində olanı təsdiqləyərsə”. Və əgər desək ki, şəhadət kəlməsinin fayda verməsi üçün mütləq əməl lazımdır, onda bu hədislərin əhəmiyyətini itir. Hamı bilir ki, iki Şəhadət kəlməsini deyib əməl etmək cənnətə girmək üçün səbəbdir. Bunu bütün səhabələr bilirdi, çünki buna Quran və Sünnə dəlalət edir. Lakin bu hədislərdə başqa bir müjdə, yeni bir müjdə var idi ki, iki şəhadət kəlməsini sadiq qəlblə demək Cənnətə girmək üçün səbəbdir, hətta müvəqqəti Cəhənnəmdə yanarsa belə... Bu zikr etdiyimiz hədislər dəlalət edir ki, Rasulullah – sallallahu aleyhi və səlləm – qurtuluşu, nicat tapmağı “Lə İləhə İlləllah” kəlməsinə bağlayıb. Əgər bu kəlməni dedikdən sonra, heç bir əməl etməyənə bu kəlimə fayda verməsə idi, Rasulullah – sallallahu aleyhi və səlləm – mütləq onu bildirərdi. Yəni, kim “Lə İləhə İlləllah” söyləmək kifayət deyildir - söyləyirsə, Peyğəmbərə – sallallahu aleyhi və səlləm – qarşı həddi aşmışdır. Axı Rasulullah – sallallahu aleyhi və səlləm – açıq-aşkar buyurur: قُولُوا :لاَ إِلَهَ إِلاَّ اللَّهُ تُفْلِحُوا - Lə İləhə İlləllah deyin və nicat tapın. Və yaxud: أمرت أن أقاتل الناس حتى يقولوا لا إله إلا الله - Mənə əmr olundu ki, insanlar Lə İləhə İlləllah deyənə qədər onlarla vuruşum. Diqqət edin! Peyğəmbər – sallallahu aleyhi və səlləm – “Əməl edənə qədər vuruşum!” söyləmədi, “bu kəlməni söyləyənə kimi vuruşum” söylədi. Eləcə də bu hədis: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Hureyraya – radıyallahu anhu – buyurur: “Get qəlbi ilə yəqin inanaraq “Lə iləhə illəllah” deyən kəsləri Cənnət ilə müjdələ! Ömər – radıyallahu anhu – buyurur: “Yə Rasulullah! أخشى أن يتكل الناس عليها فخلهم يعملون – Qorxuram ki, insanlar buna arxayınlaşıb, əməlləri tərk etsinlər”. Yəni, Ömər bilirdi ki, hədisin zahiri mənası götürülür, əgər bura əməllər də daxil olsa idi, o zaman Ömər – radıyallahu anhu – nədən ehtiyatlanırdı? Həmçinin müxaliflər iddia edir ki, əməl “Lə İləhə İlləllah” kəliməsinin daxilindədir və ya bu kəlimə əməl edilməsinə vadar edir. Şübhə yoxdur ki, bunlar xətadır. Çünki əməl başqa növdən, söz də başqa növdəndir. Bunların cinsi başqadır. Yəni heç bir hədisdə varid olmayıb ki, Rasulullah – sallallahu aleyhi və səlləm – söyləsin ki, Lə İləhə İlləllah kəliməsini deyib, əməl edən. Bu cür hədis varid olmamışdır.
Həmçinin, bilirik ki, hər bir nəticənin bir səbəbi vardır və bu səbəb ya tam, yaxud da naqis səbəb olur. Bunun izahı: Tam səbəb, müəyyən bir nəticənin olması deməkdir. Və ya tam səbəb, müəyyən bir nəticəyə çatdırandır. Misal üçün: Günəşin zəvalı zöhür namazının vacibliyi üçün tam səbəbdir.Naqis səbəbə isə misal məs: Bir insan ağıllı olsa, lakin həddi buluğa çatmasa o hələ mükəlləf olmuş sayılmır. Həmçinin həddi buluğa çatsa, lakin ağıllı olmasa bu kəs mükəlləf olmuş sayılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: “Nəmmam cənnətə daxil olmayacaqdır”. Deməli burda “Nəmmamlıq” səbəbdir ki, insan Cənnətə daxil olmasın. Lakin naqis səbəbdir, nəmmamlıqla yanaşı başqa səbəbdə olmalıdır, o da bunu halal saymaqdır və ya küfr etməkdir. Həmçinin, nəticənin hasil olması üçün maneələrin itməsi gərəkdir. Məsələn: Təkəbbürlük Cənnətə daxil olmamaq üçün səbəbdir, lakin eyni anda tövhidin olması Cəhənnəmdə əbədi qalmaq üçün bir maneədir. Həmçinin məşhur hədisdə o kişi ki, öləndən sonra yandırılmasını əmr edir, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir kişi haqqında buyurur: “O insan heç vaxt xeyir əməl etməmişdir”. Lakin bununla yanaşı Allah onu bağışladı. Çünki o insanda təsdiqdən əlavə Allah qorxusu var idi. Həmin o qorxu Cəhənnəm əzabından qurtulmaq üçün bir səbəb oldu. Deməli mükəlləflik üçün hər ikisinin bir yerdə cəm olması zəruridir. Biri olsa digəri olmasa artıq səbəb - naqis səbəb sayılır. Bunu bildikdən sonra isə Rasulullahın – sallallahu aleyhi və səlləm – bu sözünü aydın şəkildə anlayırıq: “Lə İləhə İlləllah” deyən Cənnətə daxil olacaqdır”. Burada “Lə İləhə İlləllah” kəlməsi Cənnətə əzabsız girmək üçün səbəbdir, lakin naqis səbəbdir, nəticənin baş verməsi üçün və ya hasil olması üçün, bununla yanaşı başqa bir səbəbə, yəni əmələ ehtiyac vardır. Lakin bir insanın son mənzili Cənnət olması üçün “Lə İləhə İlləllah” demək tam bir səbəbdir.
Burada bir mühüm məsələni də qeyd edim: Bəzi kəslər elə anlayırlar ki, biz deyirik ki, “Lə İləhə İlləllah” kəliməsini söylə və heç bir əməl etmə, Cənnətə düşəcəksən!”, “Səndən gözəl oğlan yoxdur”. Xeyr, bu belə deyildir! Bu batildir və murciənin əqidəsidir. Biz deyirik ki, insan Lə İləhə İlləllah kəliməsi ilə İslam dininə daxil olur, yəni o insanda imanın əsli hasil olur. “İmanın şöbələrindən bir hissəsinin getməsi ilə, imanın əsli getmiş sayılmır, o vaxta qədər ki imanın əsli getməyincə”. Yəni bir insanda iman o vaxt olmur ki, ondan imanın əsli getsin. Yoxsa ki hansısa bir hissəsinin olmaması, imanın əslinin getməsi demək deyil. Məs: Ağacın kökü və budaqları olur və əgər ağacın budaqları kəsilərsə, o demək deyil ki, ağac məhv oldu. Xeyr, sadəcə olaraq budaqların olmaması ağacın naqisləşməsinə səbəbdir. Amma ağacın kökü, yəni əsli gedərsə, artıq ağac məhv olmuş sayılar. Eləcə də iman. İmanın Əsli Qəlb ilə təsdiq edib dil ilə demək, budaqları isə bədən üzvlərinin əməlləridir. Yəni əməllərin olmaması imanın tam getməsi demək deyil. Əsli gedərsə isə tam getmiş sayılar. Əgər əməl etməyəcəksə günahkar olacaqdır, Allaha asilik, üsyan edəcəkdir, Cəhənnəmə düşməyə, Cəhənnəmdə əzab çəkməyə səbəbdir, bunların hamısına etiqad edirik. Sadəcə incəlik budur ki, insan Şəhadət kəlməsini söylədikdən sonra əməl etməsə İslam dinindən çıxmır. Yəni bir kəsdə imanın əsli getməsi üçün o mütləq küfr və ya şirk etməlidir. Əhli-Sünnənin əqidəsinə görə insan günah etməklə İslam dinindən çıxmır. Şəhadət kəlməsini söylədikdən sonra əməl etməzsə o insan günah etmişdir – deyə İslam dinindən çıxmır. Çünki ondan imanın əsli getməmişdir və bu cür yaşayarsa günahkar sayılır, imanın əsli onda qaldığı üçün günahlara görə əzab çəksə belə son mənzili Cənnət olacaqdır. Hafiz İbn AbdulBərr – rahmətullahi aleyhi – deyir ki: “...Məgər sən görmürsən ki, İslamı qəbul edən kimsə namaz və orucdan öncə müsəlman olur. Səbəb təsdiq, etiqad və niyyətinə görə. Ona görə insan onu müsəlman edən bir şeyi tərk etmədikcə kafir olmur”1288. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – İslamı qəbul etmək istəyən hər bir kəsdən iki şəhadət ilə onun qanının haram olmasını və müsəlman olmasını qəbul edirdi. Usamə İbn Zeydə – radıyallahu anhu – Lə İləhə İlləllah deyən bir kimsəni öldürdüyü üçün sərt etirazını bildirmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – İslamı qəbul edən kimsə üçün namaz və zəkatı ilə gəlməsini şərt etməmişdir. Əksinə rəvayət olunur ki, İslamı qəbul etmək üçün zəkat (sədəqə) verməyəcəklərini şərt qoşan kimsələrdən də İslamı qəbul etmişdir. Cabir rəvayət edir ki, Səqif qəbiləsi Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qarşısında şərt qoymuşlar: Sədəqə və Cihad etməyəcəklər”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İslamı qəbul etsələr, sədəqə də verəcəklər, Cihad da edəcəklər”1289. Nasr İbn Asim rəvayət edir ki, bir səhabə İslamı qəbul etmək üçün Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gəlir və iki vaxt namaz qılacağı təqdirdə İslamı qəbul edəcəyini şərt qoşur”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ondan bu şərti qəbul edir”1290. İmam Əhməd – rahmətullahi aleyhi – bu hədisə əsasən deyir ki: “İslamın qəbul edilməsi şərtin düzgün olmaması ilə də mümkündür. Lakin bir müdəətdən sonra belə insanlara başa salınmalıdır. Həkim İbn Hizam – radıyallahu anhu – deyir ki: “Mən Peyəmbərə – sallallahu aleyhi və səlləm – beyət edərək şərt qoşdum ki, namazı yalnız ayaq üstə qılacam”. Muhəmməd İbn Mərvəzi – rahmətullahi aleyhi - Zəif isnad ilə - rəvayət edr ki, Ənəs dedi: Peyğəmbər bir kimsədən İslamını namaz qılmadan zəkat vermədən qəbul etməzdi. Çünki bu iki fərz Muhəmməd – sallallahu aleyhi və səlləm – və İslamı qəbul edən üçün vacibdir”. “Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır”. (əl-Mucadələ 13).1291.
Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: «Buna görə də hər bir kəs bu sözlərin nə qədər təhlükəli olması haqqında düşünməlidir. Allahın rəhməti və mərhəməti genişdir və hər bir şeyi də əhatə etmişdir. Allah öz qulunu Cəhənnəmə salmamışdan qabaq onun cüzi bir yaxşı əməlini axtaracaqdır ki, qulunu bağışlasın. «Subhənəllah! Alimin sözlərinə fikir verin». Ey mənim qardaşım! Sənin üçün daha yaxşı olardı ki, sən deyəsən Allah filankəsi bağışlayacaq, nəinki filahkəs Cəhənnəmlikdir və ya kafirdir». Təəccüblü orasıdır ki, onlar öz asiliklərini görmürlər, lakin insanları asiliklərini izləməklə məşğuldular. Özlərini kamil mömin, İslamın keşiyində duran sayırlar. Lakin zahirən fasiqdirlər. Öz etdiklərinə üzr qazandıra bilirlər, lakin digərlərinin üzürlərini keçmirlər. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki: «Sizdən biriniz qardaşının gözündə çöp görür, öz gözündə olan kötüyü isə unudur»1292.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar. Əgər dediyi kimidirsə heç bir eybi yox. Əksi təqdirdə bu söz onun özünə geri dönər»1293. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»1294. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək mənim adımla and içən kimdir? Həqiqətən də Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim»1295. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»1296. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini küfrdə ittiham edərsə bu onu öldürmək kimidir»1297. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah etdiyini gördükdə: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»1298. Əbu Abdurrahman Bilal b. əl-həris əl-Muzəni – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «(Allahın qullarından) bir qulu əhəmiyyət vermədən və fikirləşmədən Allahın razı qaldığı və sevdiyi elə bir kəliməni söyləyər ki, (Yəni: O, insan ağlına da belə gətirməz ki, Allah bu kəliməni elə bir dərəcəyə yüksəldər ki) Allah onunla görüşəcək günə qədər ona rəhmət və mərhəmət diləyər. Bəzən də (Allahın qullarından) bir qulu əhəmiyyət vermədən və fikirləşmədən Allahın qəzəbinə səbəb ola biləcək elə bir kəlimə söyləyər ki, (Yəni: o, insan ağlına da belə gətirməz ki, Allah bu kəliməni elə bir dərəcəyə yüksəldər ki) Allah onunla görüşəcək günə qədər ona qəzəb edər»1299. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin bir kimsə təhqir edən, alçaldan, lənətləyən və söyüş söyən olmaz (həm söz, həm də əməllə)»1300. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Allah buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yer üzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yer üzü qədər bağışlanma verərəm»1301. Əbu Zərr – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – sübh namazına qədər bir Quran ayəsini təkrarladı: «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət və hikmət sahibisən» (əl-Maidə 118) və sonra belə buyurdu: «Mən ümmətim üçün elə bir dua etdim ki, bu dua qəbul edildi. Lakin ümmətimdən bir çox kimsələr bunu bilsələr namazı tərk edərdilər». Əbu Zərr: «Bununla insanları müjdələyimmi?». Peyğmbər: «Bəli, müjdələ!» deyə buyurdu. Ömər: «Sən əgər bunu insanlara desən onlar ibadətlərini buraxırlar». Ömər – radıyallahu anhu – onu arxadan geri dönməsi üçün səslədi. O, da geri döndü1302. İbn Məcə – rahmətullahi aleyhi – öz kitabı olan «Sünən İbn Məcə» əsərində - Lə İləhə İlləllah deyən kimsəyə əl vurmamaq - adlı fəsl də açmışdır. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – öz Rəbbindən rəvayət edərək buyurur: «Kim bir xeyir əməl edərsə, onun (mükafatı) on qat artırılar. Və ya (Allah) bu əməlin qarşılığını daha da çox mükafatlandırar. O, ki qaldı bir pis əmələ onun qarşılığı ona qarşılıq olaraq bir cəzadır və ya Mən onu bağışlayaram. Kim ki, Mənə qarşı bir qarış yaxınlaşarsa, Mən ona qarşı bir qulanc yaxınlaşaram. Kim ki, Mənə qarşı yürüyərək gələrsə, Mən ona qarşı qaçaraq gələrəm. Kim ki, Mənə heç bir şeyi şərik qoşmadan lakin dünyalar dolusu qədər günahlarla qarşıma çıxarsa, Mən də onu bağışlanma ilə qarşılayaram»1303. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına bir Bədəvi ərəb gələrək soruşdu: «Ya Rəsulullah! O, hansı iki səbəbdir ki, (sonları bəllidir). Peyğəmbər: «Allaha heç bir şeyi şərik qoşmadan ölən kimsə Cənnətə girər, Allaha şərik qoşaraq ölən kimsə isə Cəhənnəmə girər»1304. Bəra b. Azib – radıyallahu anhu – rəvayət edir ki, (Uhud döyüşündə) üzü dəmir dəbilqə ilə bağlı bir nəfər Peyğəmbər - sallallahu aleyhi və səlləm – yaxınlaşaraq: «Ya Rəsulullah! (Düşmənlə) döyüşüb, sonra İslamı qəbul edim?» deyə soruşdu. Peyğəmbər: «(İlk öncə) İslamı qəbul et, sonra döyüş» deyə buyurdu. Həmin şəxs İslamı qəbul edərək müsəlman oldu. sonra döyüşə atılaraq şəhid oldu. Bunun üzərinə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Çox az bir əməl etdi, lakin çox əcir qazandı»1305.
Bütün Din – Lə İləhə İlləllah – kəliməsinin ətrafında dövr edir. Bütün Peyğəmbərlərin göndərilməsinin əsasıdır. Bu kəlimənin əzəmətini heç kəs kiçiltmək iqtidarında deyildir. “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür”. (ən-Nisa 116). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Allah kafir kimi ölən bir kimsənin bağışlanmasını qadağan etmişdir. Bununla Muvahhidlərə ümid verərək, ümidsiz olmalarına imkan verməmişdir”1306. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu ayədə yalnız Şirk seçilmişdir. Yerdə qalan hər bir şeyin bağışlanmağını Allah öz istəyi ilə başlamışdır”1307.
Dostları ilə paylaş: |