İkinci İmam İbn Teymiyyə -İbn Teymiyyə – rahmətullahi aleyhi – müxaliflərə qarşı olan mövqeyi: O, da bu əsasa riayət etmişdi. Müəyyən şəxsləri təkfir etməzdi. İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Buna baxmayaraq daima mən və mənimlə oturanlar mənim haqqımda bilir ki, mən müəyyən bir kəsin Təkfirə, Təfsiqə və günaha nisbət olunmasını insanların içində ən çox qadağan edənəm. Yalnız risalət hüccəti ona çatdıqdan sonra ona müxalif olarsa bəzi halda kafir, bazi halda fasiq, bəzi halda asi olur. Mən Allahın bu ümmətin xətasını bağışladığı qərarındayam. Bu həm qövlü xəbəri, həmdə əməli məsələlərdə edilən xətalara aiddir. Onlara bəyan edirdim ki, sələflərdən bu və bunu deyənin Təkfiri haqda nəql edilən mütləq sözləri haqdır. Lakin mütləq ilə müəyyəni ayırmaq vacibdir. Bu da ümmətin böyük əsaslar xüsusunda ixtilaf etdikləri ilk məsələdir. Bu günə qədər Sələflər bir çox məsələlərdə mübahisələr etmişlər, lakin onlardan heç kəs bir-birini kafirlikdə, fasiqlikdə və günahda ittiham etməmişlər Bu da “əzab vəd edən dəlillər” məsələsidir. "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (ən-Nisa 10). Digər əzab vəd edən dəlillərdə belədir. Kim belə etsə ona bu olar, bunlar hamısı mütləq və umumidir. Təkfir də əzab vəd edən dəlillərdəndir. Sözü Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dediyini yalan saya bilər, lakin şəxs İslamı yeni qəbul etmiş olsun və ya uzaq olan bir kənddə böyüsün (yaşasın). Belə insan ona huccət çatmamış inkar etdiyi bir şeyə görə kafir olmaz. Ola bilər bu şəxs bu dəlilləri heç eşitməsin və ya eşitsin lakin onun üçün sübuta yetməsin. Yaxud ona başqa bir şey ərz olsun və təvil etməsini vacib etsin və ya xəta etsin”. Sonra Allah onu həşr etməsin deyə övladlarına onu yandırıb küləyə külünü sovrulmasını əmr edən kişinin və Allahın onu bağışlamsı haqda hekayəni zikr etdi. Sonra isə belə dedi: “Peyğəmbərə – sallallahu aleyhi və səlləm – tabe olmağa həris olub Təvil edən ictihad əhli bağışlnmağa bundan daha layiqdir”489. İbn Teymiyyə – rahmətullahi aleyhi – Təkfirin şərtləri yerinə yetməmiş və maneələr ardan qalxmamış müəyyən bir şəxsin Təkfir edilməməsindən danışdıqdan sonra deyir: “Bu əsasa dəlil Quran, Sünnə , İcma və Etibardır (Ağıldır)! Bundan sonra dəlilləri zikr edir və deyir: “Allahın kitabı və onu təfsir edən Sünnə ilə Allahın bu ümmətə, xətasını və unutqanlığını bağışlaması sabit olubsa, bu ümumi və hifz olunan bir işdir. Şəriətdə Allahın bu ümmətdən xəta edənə əzab verəcəyini vacib edəcək bir şey yoxdur... Bu bilindisə bu və buna bənzər cahil insanlara, fərdi şəkildə şəriət dəlilləri ilə hüccət çatdırılana qədər kafir demək olmaz. Məhz hüccət çatdıqdan sonra həmin insanların peyğəmbərlərə müxalif olduqları aşkar ediləcəkdir. Onların danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın kafir sayılması üçün qayda belədir. Bidətlərin birinin digərindən daha pis olması bir faktdır. Bəzi bidətçilərdə müşahidə olunan iman gücü, digərində müşahidə olunmur. Hüccət çatdırılana və həqiqət bəyan edilənə qədər, heç kəsin səhv edən müsəlmana kafir deməyə haqqı yoxdur. İman gətirdiyi yəqinliklə bəlli olan kimsənin imanı, şəkk etməklə getməz. Onun imanı, hüccət çatdıqdan və şübhəsi dəf edildikdən sonra gedər"490. İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Quran və Sünnədə əzab vəd edən dəlillər, Alimlərin Təkfir, Təfsiq və buna bənzər haqda dəlilləri bunun müəyyən bir şəxsə tətbiq edilməsi demək deyildir. Bu yalnız şərtlər yerinə yetdikdə və maneələr aradan qalxdıqda mümkündür”491. İbn Teymiyyə – rahmətullahi aleyhi – həmçinin Batiniyyə əqidəsinə məxsus bəzi küfr sözləri deyən haqda demişdir: “Bu sözlər küfrdür! Lakin müəyyən şəxs üçün Təkfir hökmü, hüccətin qalxması ilə yerinə yetir. Elə bir hüccət ki, onu tərk edən kafir olar. Belə sözləri deyənlər haqda mütləq Təkfir deyilirsə, bu mütləq deyilən əzab vəd edən dəlillər kimidir ki, bu vədin hökmü müəyyən bir şəxsə şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması sübuta yetdikdə mümkündür. Buna görə də alimlər Mütləq Təkfir deməklərinə baxmayaraq hər söz deyən fərdi şəxs haqda kafirlərə verdikləri hökmü verməmişdirlər”492. İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Mütləq lənət hələ, maneələr varsa lənətin müəyyən bir şəxsə tətbiq edilməsi, ona çatması demək deyildir. Mütləq şəkildə edilən Təkfir və mütləq əzab vədd edən dəllilər də belədir. Ona görədə Quran və Sünnədə olan Mütləq əzab vədi şərtlərin yerinə yetməsinin və maneələrin aradan qalxmasının sübutu ilə şərtdir”493. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Mən Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən (Allahın hər bir insanın daxilində olmasını deyən azğın firqə) və inkarçılardan olan Cəhmilərin fitnəsi baş verən zaman onlara deyərdim: Əgər mən sizin dediklərinizi desəm, mən kafir olaram. Çünki sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazılarına, şeyxlərinə və başçılarına ünvanlanmışdır. Onların cəhalətlərinin əsli isə əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb səhih nəql və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilmədikləri olmuşdur. Ona görə də onların cəhalətlərinə və iftiralarına eyni tərzdə kafir adlandırmaqla cavab vermərik»494. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «(Onun vaxtında) üzlərini qırxmaqla tanınan Qələndəriyyə firqəsi haqqında soruşurlar: Onlar kimlərdir? Hansı təriqətdən sayılırlar? Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların şeyxsi Qələndərə üzüm yedizdirməsi və onunla qeyri ərəb dilində danışması haqqında olan etiqadlarına nə deyə bilərsiniz?». O: «Üzlərini qırxmaqla tanınan Qələndəriyyəlilər yolunu azmışlardan və cahillərdəndir. Onların əksəriyyəti Allaha və Rəsuluna qarşı küfr edənlərdir. Onlar namazın, orucun vacibliyini qəbul etmir, Allah və Rəsulunun haram buyurduqlarını haram saymır, haqq dinə itaət etmirlər. Onların əksəriyyəti Yəhudi və Xaçpərəstlərdən daha kafirdirlər. Onlar nə müsəlman nə də zimmi sayılmırlar. Ola bilər onların arasında, yolunu azmış bidətçi, pis əməllərə uyan fasiq müsəlmanlar da olsun. Qələndərin, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vaxtında olduğunu deyən, yalançı və iftiraçıdır. Şeyx Əbu Hafs əs-Səhrurdinin «Əvarif» adlı əsərində dediyinə əsasən, bu insanlar, farsların ibadətkar təbəqəsi olublar. Belə ki, onlar, fərz əməlləri edib haramlardan çəkindikdən sonra, öz nəfslərinə rahatlıq axtarardılar. Daha sonra onlar vacibləri tərk edib, haramları etməyə başladılar. Onlar bu işdə, etdikləri yaxşı işləri gizlədən, özlərini əməlisalehlər kimi göstərməmək üçün varlılar kimi geyinib, başlarına əmmamə qoyan və bu niyyətlərinə görə savab qazandıqlarını iddia edən «əl-Mələmiyyə» adlı təriqətə daha çox bənzəyirlər. Bundan sonra bir qrup insanlar peyda olub, şəriətin bəyənmədiyi işlərə əl qoydular. Sonralar bu iş daha da böyüdü. Belə ki, bir qrup insanlar haram işlər görür, fərz və vacib əməlləri tərk edirdilər. Bununla onlar özlərinin Mələmiyyə olduqlarını iddia edirdilər. Bu kimi insanlar, haqlı olaraq qınaq obyektinə çevrilmiş, tənqid olunmuş, dünya və axirətdə Allahın əzabına layiq görülmüşlər. Onların hamısını cəzalandırmaq və lənətlənmiş bu adətlərinin icrasına qadağa qoymaq lazımdır. Bidətini və günah işlərini izhar edən hər bir insana qarşı belə davranılmalıdır. Bu tək onlara aid deyil. Hər bir insan, istər ibadətkar, fəqih, abid, sufi, zahid, fəlsəfəçi, istərsə də kəlamçı və ya onlarla razılaşan rəhbərlər, varlılar, yazıçılar, mühasiblər, həkimlər, vəzifəli və sıravi insanlar olsun, bu, heç bir fərq etməz. Kimliyindən asılı olmayaraq, kim, Allahın Peyğəmbəri ilə göndərdiyi hidayət yolundan, haqq dindən çıxarsa, Allahın Peyğəmbərinin dili ilə çatdırdıqlarının hamısını təsdiq etməzsə, Allah və Rəsulunun haram etdiyini haram saymazsa, yaxud zahiri və daxili mahiyyətinə görə Allahın göndərdiyi dinə zidd olan bir dinə qulluq edərsə, məsələn, şeyxinin ona ruzi verdiyini, ona kömək etdiyini, doğru yola yönəltdiyini, onun üçün yağış yağdırdığını, ona kömək olduğunu etiqad edərsə, yaxud şeyxinə ibadət edərsə, dua edib ondan kömək istəyərsə, ona səcdə edərsə, yaxud birmənalı və ya hansısa cəhətə görə Allaha yaxınlaşdıran bir işdə şeyxini Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən üstün sayarsa, özünün və ya şeyxinin Peyğəmbərə – sallallahu aleyhi və səlləm – itaət etməyin vacib olmadığını etiqad edərsə – belə kimsələr kafirdirlər, əgər bunu açıq-ayın edərlərsə, yox əgər gizli etiqad edərlərsə, münafiqdirlər.Artıq belə kimsələr zəmanəmizdə çoxalmışdır elmə və imana dəvət edənləri azalması və bir çox şəhərlərdə Peyğəmbərliyin mirası olan elmin itməsinə görə. Belə kimsələrin bir çoxlarında doğru yolu tapmaq üçün olan Peyğəmbərlik elmi yoxdur və onların çoxsuna bu çatmamışdır. Lakin müəyyən vaxtlarda və müəyyən yerlərdə insan mükafat qazanır onda olan kiçik bir imana görə və Allah belə bir kimsəni dəlil ona çatmadığı üçün bağışlayar, dəlil çatan kimsəni isə Allah bağışlamaz. Bu da məşhu hədisdə zikr edilmişdir: «İnsanlar elə bir vaxtda yaşayacaqlar ki, onlar nə namaz, nə oruc, nə həcc, nə də ümrə tanıyacaqlar. Yalnız qoca kişi və qadınlar deyəcəklər, biz dədə-babamızın bu sözləri: Lə İləhə İlləllah–dediklərini eşitmişik. Huzeyfə İbn Yəməndən – radıyallahu anhu –soruşurlar: «Lə İləhə İlləllah kəlməsi onlara nə fayda verəcəkdir?». O: «Cəhənnəmdən çıxmalarına kömək olacaqdır»495.
Məsələnin sirri belədir. Kitab, sünnə və alimlərin yekdil rəyinə (icmasına) əsasən küfr sayılan bir sözün ümumi mənada küfr olduğu deyilir. Şəriətin başqa dəlilləri də buna dəlalət edir. İman, Allah və rəsulunun dediklərinə əsaslanan bir hökmdür. Bu, insanların öz zənnləri və nəfsi istəkləri ilə hökm edəcəkləri bir iş deyildir. Həmin sözləri deyən hər bir insanın kafir olduğunu demək zəruri deyildir. Bunun üçün o adama kafir deməyə əsas verən şərtlər olmalı və bu hökmə maneə törədən amillər dəf edilməlidir. İslamda yeni olduğundan, yaxud uzaq kənddə böyüdüyündən dolayı və ya bir söz eşidib onun Qurandan və ya Peyğəmbərin hədislərindən olduğunu bilmədən inkar edərək, içkinin və ya sələmçiliyin halal olduğunu deyən insanı bu haqda misal çəkmək olar. Eləcə də bəzi sələflər Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hansısa məsələ haqqında dediklərini eşidənə qədər onu inkar edirdilər. Həmçinin səhabələr, Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – soruşana qədər Allahı görmək və s. bəzi məsələlərdə şübhə edirdilər. Həmçinin öz əhl-əyalına, öləndən sonra yandırılıb külünün göyə sovrulmasını əmr edən insanın496 dedikləri də buna bir misaldır. Bu insanlar, şəriət ilə hüccət çatana qədər kafir sayılmırlar. Bu haqda Allah buyurur: «...Daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın...». (ən-Nisa 165).Allah bu ümmətin unutduqları və yanıldıqları işləri bağışlamışdır»497. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bir kimsəyə bu dünyada dəlil (bürhan) çatmazsa Qiyamət günü imtahan olunar, şeytanın ardınca düşən kimsələrdən başqa heç kəs Cəhənnəm oduna düşməz. Kimdəsə heç günah olmazsa o kimsə Cəhənnəmə girməz. Allah Peyğəmbərlər göndərməmiş heç kimi Cəhənnəm odu ilə cəzalandırmaz. O ki, qaldı Peyğəmbər dəvəti çatmayan: Uşaq, dəli, Peyğəmbərlər olmayan bir vaxta ölən kimsə Qiyamət günü imtahan olunan neçə hədislərdə keçmişdir”498. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Allahdan qeyrisinə dua ilə yönələn və Allah üçün Həcc etməyən kimsə müşrikdir, onun etdiyi isə küfrdür. Lakin ola bilər ki, insan etdiyi əməlin şirk və qadağan olunduğunu bilməyə bilər. Məs: Monqol Tatarlardan İslamı qəbul etmiş və digər insanlar hansı ki özlərində bütlər vardır ki, keçədən (dəridən) və başqa materiallardan hazırlanmışdır. Onlara yaxınlaşmaq, onları əzəmətləşdirmək istəyənlər bunun İslamda qadağan olunduğunu bilmirdilər. Bu cür ibadəti onlar oda da yönəldirlər qadağan olunduğunu bilmədikləri halda. Buna rəğmən şirkin bir çox növləri, İslamı qəbul etmiş bir çoxları üçün qaranlıq və naməlum qalmışdır. Bunu da şirk olduğunu bilmədən edirlər. Belə bir kimsə zəlalətdədir, Allahdan qeyrisi üçün edilmiş əməl isə puç olmuşdur və cəzaya layiq olmaz ta ki, onun etdiyinin qadağan olunduğunu ona dəlil olaraq başa salınana qədər”499. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Muhəmməd Peyğəmbər – sallallahu aleyhi və səlləm – olaraq göndərilməsindən sonra biz qəti olaraq bilirik ki, ölmüş və ya saleh kimsələrdən hər hansınasa dua ilə müraciət etməyi, onlardan kömək və yardım diləməyi qadağan etmişdir. Həmçinin ölmüş kimsəyə və ölüyə tərəf səcdə etməyi belə qadağan etmişdir. Əksinə bizim bildiyimiz qədər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bütün bu kimi əməlləri qadağan etmişdir. Bütün bunlar Allah və Rəsulunun haram buyurduğu (şirk) əməllərdir. Lakin son zamanlar bir çox insanlarda şəriət haqqında cəhalətin çoxalması və elmin azalması (İbn Teymiyyə – rahmətullahi aleyhi - bu sözləri 700 il bundan əvvəl deyir hansı ki, monqollar Bağdadda 1000 yaxın alim öldürmüşdülər) onlara bu əməllərinə görə təkfir etməyi qadağan edir ta ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriətini gətirdiyi onlara bəyan edilənə qədər. Ona görə mən bu məsələni dinin əsaslarını bilən insanlara bəyan etdiyim zaman hamı buna diqqətlə nəzər salardı. Bu İslam dininin əsasıdır. Bizim tərəfdarlarımız olan bəzi böyük şeyxlər deyirdilər: Bu sənin bizə açıqladığın ən önəmli məsələdir. Çünki onlar bunu dinin əsası olaraq qəbul edirdilər»500. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bu fəlsəfəçilərin, batil əhlinin küfrü müsəlmanlara görə açıq-aydındır. Onların sözlərinin həqiqətini bilməyən şəxs onların küfrünü bilməz. Buna görə də onların sözlərinin küfr olduğunu bilməyən cahillər onların sözlərini götürürlər. Bilmədiyinə və cahilliklərinə görə onlar üzürlüdürlər501. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Onlara kafir demək üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır – mənası odur ki, bu insanlara fərdi şəkildə Filankəs kafirdir ifadəsi ilə, kafir demək mümkün deyil. Belə halda bu cür deyilir. Bu küfrdür. Kim bunu edərsə kafir olar. Həmçinin o, bir çox məqamlarda belə əməl sahiblərinin kafir olduqlarını ümumi ifadə etmiş və bu kimi şirk əməllər edənlərin kafir olmaları haqda müsəlmanların yekdil rəyini qeyd etmişdir. O, Qədərilər haqqında soruşulduqda demişdir: «Məsələnin məğzi budur ki, Qurana, Sünnəyə və alimlərin dediklərinə əsasən küfr olduğu vurğulanan sözlər, ümumi məna daşıyır. Buna şəriət dəlilləri də dəlalət edir. İman və küfr Allah və Rəsulundan öyrənilən məsələlərdir. İnsanlar bu işdə zənnə əsaslanaraq hökm edə bilməzlər. Həmçinin küfr söz işlədən bir insana kafir deməyə əsas verən şərtlər olmadığı və bu hökmə maneə törədən amillər dəf edilmədiyi təqdirdə ona kafir adı vermək vacib deyildir. İslamda yeni olduğundan, yaxud uzaq kənddə böyüdüyündən zinanın və ya içkinin halal olmasını deyən kimsəni buna misal çəkmək olar»502. Bu da İbn Teymiyyə – rahmətullahi aleyhi – nin bəzi müxaliflərə qarşı olan mövqeyidir. O, müxaliflər ki, zahiri küfr əməlləri etmişlər. Elə bir küfr ki, müsəlmanlar arasında heç bir şübhə yox idi. Buna baxmayaraq onların fərdlərini təkfir etmədi. Haqqın onlara gizli qaldığına, şəri elmdən uzaq olduqlarına görə.