Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu sualı dəqiqləşdirməyə ehtiyac vardır. 1) Alkoqolun qatılma miqdarı nə qədərdir, az miqdarda qatılır, yoxsa çox. 2) Doğrudurmu ki, istehsal zamanı bu alkoqol buxarlanır?
Sual verən:Bəli, az miqdarda alkoqol qatılır və istehsal zamanı alkoqol buxarlanır.
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu suala əsaslanaraq mən deyirəm ki, biz bu suala dərmanlarla bağlı suala cavab verdiyimiz kimi verəcəyik. Hər birimiz bilirik ki, (günümüzdə) dərmanların əksəriyyətinə spirt qatılır, həmçinin odekolonlar da belədir. Həm dərmanla, həm də şokoladla bağlı suala biz belə cavab veririk: Əgər vəziyyət sənin dediyin kimidirsə, bu cür dərman və şokoladları istifadə etmək, satmaq və kafirlərin məmləkətindən gətirmək olar. Lakin İslam dövlətlərində belə şeyləri istehsal etmək qadağandır. Belə ayırma nə üçündür? Şübhəsiz dərman şokoladdan daha əhəmiyyətli və mühüm bir şeydir. Çünki, şokolad - artıq, dərman isə - birinci yardımdır. Lakin bütün bunlara baxmayaraq, biz İslam dövlətlərində spirtli dərmanların istehsalını etməməliyik. Nə üçün? Çünki, dərman istehsal edən kimsədən spirt hazırlamağı, spirti isə üzümü sıxmaqla Xamr hazırlamağı tələb edəcək. Bütün bunlar qadağandır. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana, paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə lənət edib”.1185 Buna görə də spirtli dərmanları hazırlamaq üçün biz istehsal etməməliyik, istehsal edən kimsə lənətlənmişdir. O ki qaldı kafirlərin dövlətlərindən gətirilən spirtli dərmanlara: Əgər dərmanı çox miqdarda qəbul etmək və ya içmək insanı sərxoş etmirsə icazəlidir. Burada biz sokoladla bağlı suala qayıdırıq. Əgər sual, sənə sual verənin dediyi kimidirsə (yəni: spirt istehsal zamanı şokoladın içərisində) buxarlanaraq yoxa çıxırsa, bu zaman şokolad öz halında sərxoş etmir. Lakin mən bir daha xatırladıram: Onları İslam dövlətində istehsal etmək olmaz”.