Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə140/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   136   137   138   139   140   141   142   143   ...   218
Dəlilləri: 1. İbn Abbasın – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl cümə namazı qılmasına izn verilmişdi. Lakin o, Məkkədə bunu edə bilmədi. Ona görə də Musab İbn Umeyrə – radıyallahu anhu – məktub yazaraq belə buyurdu: "Yahudilər toplaşaraq Zəburu yüksək səslə oxuduqları günə diqqət et! Sonra qadınlarınızı və övladlarınızı toplayın! Cümə günü günəş zenitindən meyl etdiyi zaman iki rükət namaz qılmaqla Allaha yaxınlaşın!" İbn Abbas – radıyallahu anhu – deyir ki, "İlk dəfə cümə namazını qıldıran Musab – radıyallahu anhu – olmuşdur. O, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Mədinəyə gəlişinə kimi hər cümə günəşin zenitindən meyl etdiyi vaxt aşkarda cümə namazı qıldırırdı"1237. İbn Abbasın – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Cümə namazı fərz olunan zaman Məkkədə müşriklər olduğuna görə, Rəsulullah – sallallahu aleyhi və səlləm – onu orada qıla bilmədi. Mədinəyə Musab İbn Umeyrə (Mədinəyə hicrət etmişdir. Rəsulullahın – sallallahu aleyhi və səlləm – hicrətinə qədər Mədinə camaatının müəllimi olmuşdur) məktub yazaraq buyurdu: "Yahudilər şənbə günlərinə hazırlıq üçün toplaşdığı gün, günəş zenitdən keçənə qədər gözlə! Sonra xütbə verin və iki rükət namaz qılmaqla Allaha yaxınlaşın!". İbn Sədin "Təbaqat" əsərinə isnad edilən hədisi adı çəkilən mənbədə çox araşdırmağıma baxmayaraq tapmadım.

5. İbn Sirinin belə dediyi rəvayət olunur: "Mədinə camaatı Rəsulullahın – sallallahu aleyhi və səlləm – gəlişindən və cümə ayəsinin nazil olmasından əvvəl cümə namazı qıldı. Həmin günü Cümə adlandıran da elə onlardır. Ənsarlar: "Yəhudilərin hər həftə bir yerə toplaşdıqları bir günləri var. Xaçpərəstlərdə də belədir. Gəlin, biz də bir gün seçək ki, həmin gün bir yerə toplaşıb Allahı zikr edək, namaz qılaq, şükr edək. Dedilər: "Şənbə günü yəhudilərin, Bazar günü xaçpərəstlərindir. Elə isə Ərubə gününü seçin!". Onlar Cümə gününü Ərubə günü adlandırırdılar. Sonra onlar Əsad İbn Zuraranın – radıyallahu anhu – ətrafında toplaşdılar. O da həmin gün onlara namaz qıldırdı, öyüd-nəsihət verdi. Onlar həmin gün bir yerə toplaşdıqları üçün bu günü cümə adlandırdılar. Əsad İbn Zurara – radıyallahu anhu – onlara bir qoyun da kəsdi. Az olduqları üçün bir qoyunla həm nahar, həm də şam etdilər. Həmin hadisə-dən sonra Allah bu haqda ayə nazil etdi: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin!". (əl-Cumə 9)1238 1239

İkinci Fikrə Gəlincə Cümə Namazı Mədinədə Fərz Edilmişdir. Bu, əksər alimlərin görüşüdür. İbn Həcər deyir ki, "Əksəriyyət onun Mədinədə fərz edilməsi fikrini dəstəkləmişlər". Buna Allahın aşağıdakı ayəsini dəlil gətirirlər: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumə 9) Hafiz İbn Həcər – rahmətullahi aleyhi – bu rəyə öz münasibətini belə bildirmişdir: "Bu ayə cümə namazının Mədinədə fərz olmasına dəlalət edir. Çünki həmin ayə Mədinə ayələrindəndir"1240. Ən üstün görünən rəyə əsasən, Məkkə dövründə cümə namazı vacib hökmündə deyil, sadəcə caiz şəklində tətbiq edilmişdi. Bundan sonra Mədinə dövründə ayə nazil oldu və onun vacib hökmü qərarlaşdı. İmam Məqdisi – rahmətullahi aleyhi – deyir: "İbn Teymiyyə – rahmətullahi aleyhi – belə demişdir: "Məkkədə caiz şəklində yerinə yetirilmiş, Mədinədə isə fərz edilmişdi"1241.

Dəlilləri - 1. Urva ibn Zubeyrdən – radıyallahu anhu – rəvayət olunur ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldikdən sonra on gündən bir qədər artıq Bəni Amr İbn Avf adlandırılan məhəllədə qaldı.1242 Ənəs ibn Malik – radıyallahu anhu – isə həmin müddəti daha dəqiq şəkildə qeyd edərək demişdir: "Rəsulullah – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldiyi zaman on dörd gün Mədinənin yüksəkliyində Bənu Amr İbn Avf adlandırılan məhəllədə qonaq qaldı". Cümə də bu ərəfədə qılınmışdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Bəni Amr İbn Avfdan ayrılıb Mədinəyə çatana kimi səhabələrə cümə namazı qılmağı əmr etmədi. Namaz vaxtı gəldiyi zaman Ranuna vadisində Səlim İbn Avf oğullarının məscidində cümə namazını qıldırdı1243. Bu, Onun – sallallahu aleyhi və səlləm – Mədinədə1244 qıldığı ilk cümə namazı idi. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bu zaman kəsiyində cümə namazını qıldırmaması onun əvvəllər vacib deyil, yalnız caiz hökmündə olmasına dəlildir. Belə ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Mədinəyə cümə günü daxil olması haqda alimlər arasında ixtilaf yoxdur. Rəsulullah – sallallahu aleyhi və səlləm – şəhərə daxil olduğu ilk gün Bəni Səlim məscidində cümə namazını qıldı. Ayə isə bundan bir müddət sonra nazil oldu. Çünki azan hələ buyurulmamışdı.

2. Kəb İbn Malikin – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Allah Əsad İbn Zurarayə – radıyallahu anhu(Əsad İbn Zurara İbn Uds İbn Malik əl-Buxari əl-Ənsari əl-Xəzraci Əbu Uməmədir. İlkin İslamı qəbul edən səhabələrdəndir. Hər iki Aqabə beyətində iştirak etmiş və qrup rəhbəri olmuşdu. Bədr döyüşündən əvvəl vəfat etmiş və Bəqi qəbirsanlığında dəfn olunmuşdu) rəhmət eləsin! İlk dəfə bizi Xadimət adlı su olan ərazidəki Bəyada (Bəni Bəyada İbn Amir İbn Zureyq İbn Abd İbn Harisədir. O, Əzd qəbiləsinin Xəzrəc qolundandır) oğullarına məxsus Həzmun Nəbitdə cümə namazına toplamışdı. O, gün neçə nəfər idiz? Qırx nəfər"1245.

3. Zuhrinin – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Rəsulullah – sallallahu aleyhi və səlləm – Musab İbn Umeyri – radıyallahu anhu – insanlara Quran oxumağı öyrətmək üçün Mədinəyə göndərdi. O isə Mədinə camaatına cümə namazı qıldırmaq üçün Rəsulullahdan – sallallahu aleyhi və səlləm – icazə istədi. Rəsulullah – sallallahu aleyhi və səlləm – da ona icazə verdi. Həmin vaxt o, əmir deyildi. Sadəcə o, Mədinə camaatına elm öyrətmək üçün getmişdi"1246.

4. Zührinin rəvayəti: "Rəsulullahın – sallallahu aleyhi və səlləm – dəvəsi onun indiki məscidinin yerində dizi üstə yerə çökdü... Əsad İbn Zurara – radıyallahu anhu – öncədən oranı tikmiş və öz yoldaşları ilə orada namaz qılmağa başlamışdı. Rəsulullah – sallallahu aleyhi və səlləm – hələ Mədinəyə gəlməmiş-dən əvvəl, Əsad hər cümə günü onları orada namaza toplayırdı”1247.

5. Dəraqutninin İbn Abbasdan – radıyallahu anhu – rəvayət etdiyi hədisdən də belə başa düşülür ki, cümə namazının hökmü sadəcə caiz hökmündə idi. İbn Abbas – radıyallahu anhu – deyir ki, "Cümə namazını qılmağa Peyğəmbərə – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl icazə verilmişdi". Buradakı "İcazə" sözü vacibliyə deyil, caizliyə dəlalət edir. Həmçinin, buna Zuhrinin rəvayəti də dəlildir. Bu rəvayətə əsasən, Musab İbn Umeyr – radıyallahu anhu – Rəsulullahdan – sallallahu aleyhi və səlləm – camaatına cümə namazı qıldırmaq üçün icazə istəmiş, O – sallallahu aleyhi və səlləm – da icazə vermişdi1248.

6. Nəvvar Ummu bint Malik İbn Surma, Zeyd İbn Sabitin – radıyallahu anhu – rəvayəti: O, Rəsulullahın – sallallahu aleyhi və səlləm – Mədinəyə gəlməsindən əvvəl Əsad ibn Zuraranın insanlara beş vaxt namaz qıldırdığını və onları Rafi İbn Əbu Amr İbn Aiz İbn Sələbə İbn Ğunum İbn Malik ən-Nəccarın oğulları olan Səhl və Süheylin ərazisində tikdiyi məsciddə cümə namazı üçün topladı-ğının şahidi olmuşdu. Nəvvar deyir ki, "Rəsulullahın – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldiyi vaxt həmin məsciddə namaz qıldığını gördüm. Sonra Rəsulullah – sallallahu aleyhi və səlləm – məscidi tikərək bugünkü vəziyyətə gətirdi"1249.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin