Məliki Məzhəbinin davamçıları isə, camaat şəklində qılınması şərtinə böyük məsciddə toplaşaraq əlavəsini etmişlər. Qalan hamısı eyni şərtdir.
Hənəfi Məzhəbinə görə cümənin məqbul sayılması üçün Biirnci şərt ölkənin böyük məscidində və ya namaz üçün ayrılmış iri həcmli xüsusi sahələrdə (musallə) qılınmalıdır. İkinci şərtə görə cüməni sultan (xəlifə) və ya onun təyin etdiyi şəxs qıldıra bilər. Üçüncü şərt isə, onun təntənəli şəkildə icrasıdır.
Əbu Hənifənin – rahmətullahi aleyhi – cümənin qılınması üçün təyin etdiyi bu şərtlərin heç birinin əsaslı sübutu yoxdur. Birinci: Cümə namazının ölkənin böyük məscidində qılınması şərtini, Əlidən - radıyallahu anhu – rəvayət edilən zəif əsərə etimad edərək söyləmişdir. Həmin əsərin mətni aşağıdakı kimidir: “Cümə və bayram günləri yalnız ölkənin böyük məscidlərində qeyd edilə bilər”1230. Bu hədisin əsli yoxdur. Bu rəyin zəifliyini bir daha sübut edən Əbu Hureyranın - radıyallahu anhu – rəvayətidir. Onlar Bəhreyndə olduqları zaman Ömər İbn Xəttaba - radıyallahu anhu – məktub yazaraq cümənin qılınması barədə soruşurlar. Ömər ibn Xəttab: “Harada olursunuz olun, cümənizi qılın” – cavabını yazır. Həmçinin İbn Ömər - radıyallahu anhu – Məkkə ilə Mədinə arasında yerləşən sulu ərazilərdə yaşayan insanların yanından keçərkən onların cümə namazını qıldıqlarını görürdü. Lakin buna öz etirazını bildirmirdi”1231. İkinci: Sultanın izni şərtini aşağıdakı hədisə əsaslanaraq demişlər: “Kim ədalətsiz və ya ədalətli başçısı ola-ola cümə namazını tərk edərsə, Allah onun topladıqlarını parçalayar.” Onlar hədisdəki “başçısı ola-ola...” sözlərini dəlil götürərək, başçının olmasını cümənin qəbul olması üçün şərt hesab etmişlər1232.
1 - Şübhə Və Cavab: Təkfir camaatının iddiasına görə onların cüməni tərk etmələrinə səbəb ölkənin küfr ərazisi Darul Küfr olmasıdır. Sübut olaraq Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl Məkkədə ikən oranın küfr ərazisi olduğuna görə cüməni tərk etməsini deyirlər. Təkfirçilərin iddia etdikləri Cümə yalnız Darul İslamda qılınmalıdır Rafizilərin nümayiş etdirdikləri mövqe ilə üst-üstə düşmüşdür. Rafizilər deyirlər ki: Mehdi gəlmədikcə biz Cümə namazını qılmayacağıq. Təkfirçilər deyirlər ki: Allahın onları yer üzərində möhkəmləndirəcəyi (təkfirçilərə görə yəni, hakimiyyət verəcəyi) anadək cümə namazı qılınmamalıdır. Həmçının bu kəslər deyirlər ki, "Cümə namazının şərtləri var. Bu şərtlər tamamlandığı təqdirdə, fərz yerinə yetirilər. Əks təqdirdə isə, cümə namazının şərtləri yerinə yetirilənə qədər biz onu qılmayacağıq”. Onlar İslam qanunlarının tətbiq edildiyi ərazinin olmasını cümə namazının qılınması üçün şərt sayırlar. İddia edirlər ki, müsəlmanların zəif və gücsüz olduqları yerlərdə cümə namazı qılınmaz". Cavab - Birincisi alimlər hicrətdən əvvəl yəni, Məkkə dövründə cümənin hökmünün vacib olmadığını bildirmişlər. Məgər Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hicrətindən əvvəl hər hansı bir yer Darul İslam idi? Axı siz, ey təkfirçilər! Cümənin yalnız şəriət qanunları ilə idarə olunan Darul İslamda qılındığını iddia edirsiniz. Elə isə cavab verin görək hicrətdən əvvəl Mədinə şəriət qanunları ilə idarə olunan ərazi idi? Cüməni tərk edənlərin bir neçəsinə sual verdikdə ki, əgər hicrətdən əvvəl Məkkə Darul Küfr olduğu üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – orada cümə qılmayıbsa, həmin an cümə qılındığı Mədinəmi Darul-İslam idi? Cavab yoxdur???? Soruşanda ki, sizin bu söylədikləriniz hansına məzhəblərə məxsusdur? Və ya bu fikir sizdən öncə hansı alimlər tərəfindən söylənilib? Yenə də Cavab yoxdur.....
2 - Şübhə Və Cavab: Məgər, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – həmin şəhərə göndərdiyi dəvətçi səhabə şəhəri Kitab və Sünnə ilə idarə edən xəlifə və ya şəriət hökmlərini tətbiq edən qazi idi? Cavab, xeyr. Həmin səhabə digər küfr ərazilərə göndərilən dəvətçilərdən biri idi. Lakin bu küfr əraziləri İbn Həcərin “Fəthul-Bari” 1/21, “Əməllər niyyətə görədir” hədisinin şərhində dediyi kimi iki qismə bölünürdü. O deyir: “Hicrət İslamda iki cür baş vermişdir. Birincisi, qorxu içində yaşanan ərazidən (Darul Xovf) aman verən əraziyə (Darul Əmn) köçməklə, necə ki, Həbəşistana və ilk vaxtlar Məkkədən Mədinəyə hicrət edilmişdir. İkincisi isə, küfr ərazidən (Darul küfr) iman olan əraziyə (Darul İman) köçməklə hicrət edilmişdir. Bu isə, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Mədinədə qərar tutmasından sonra baş vermişdir...”. Əgər hicrətdən əvvəl Mədinə Darul Küfr idisə, lakin bununla yanaşı orada cümə qılındısa, deməli ərazinin küfr olmasını deyil, Darul Əmn və ya Darul Xovf olmasını nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |