CƏHALƏTİN ÜZR OLMASI
Əhli Sünnə vəl Cəmaata görə imanın şərtlərindən biri də mömin bir kimsənin yetərincə elmə, biliyə sahib olmasıdır. Bu səbəbdən də şəri mövzuda hər-hansı bir məsələni bilmədiyi üçün inkar edən və ona bu bilməməzliyi aradan qaldırmaq üçün doğru məsələ çatmadığı üçün kimsə şirk və küfr içində olsa da belə təkfir edilməz. Ola bilər ki, bu kimsə bilməməzliyin yayıldığı bir ölkədə və elm diyarının, elm adamlarından uzaq bir yerdə yaşaya bilər. Bu məsələ ancaq elm adamlarının biləcəkləri qapalı bir məsələdir. Və ya şəri məsələlərin alt-üst olduğu, unuldulduğu, şirkin tövhid, küfrün iman, bidətin sünnə zənn edildiyi, azmaların çoxaldığı, batilin yayıldığı bir yerdə böyüyə bilər.
Çünki bəzi əqidəvi məslələrdə belə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in zamanında səhabələr arasında da bilgisizlik vardı. Buna baxmayaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları təkfir etməmişdir. Əhli Sünnə vəl Cəmaat elmin yayılması və yayılmaması baxımından insanların durumlarının, yer və zamanlarının fərqliliklərini diqqətə alarlar. Çünki bunların hamısı zəruri məsələlərin bilinməsində eyni dərəcədə və səviyyədə olmazlar. Bəziləri digər bəzilərinin bilmədiyi şeyləri belə bilirlər. Və ya bəzilərinə görə qəbul edilən bir qism məsələlər bəzilərinə bilinməyə bilər. Bununla bərabər onlara görə bilgisizlik bilmədiyini iddia edən hər kəsdən qəbul edilə biləcək bir üzürdü mənasına da gəlməz. Əhli Sünnətə görə bilməməzliyin müxtəlif dərəcələri vardır. Dindən kəsin olaraq bilinməsi lazım olan şeyləri bilməməklə bundan aşağı məsələləri bilməmək eyni deyildir. Soruşmaqdan və öyrənməkdən aciz olan bir cahil, aciz olmayan cahil kimi deyildir. Bu ikincinin Allah qatında keçəcək bir üzürü yoxdur.
Cahillik – Allah barəsində və Onun sevdiyi şeylər barəsində bilməməzlikdir. Yəni, Peyğəmbərlərin gəlməsindən öncə insanların olduqları hallarıdır və bu da öncə gələn Peyğəmbərlərin gətirdiklərinə zidd olandır. Cahillik hər hansısa bir insana və ya hansısa hala aid edilə bilər. 1) Hal olaraq Cahillik – elmi inkar etmək və cahilliyə baş vurmaqdır. Allahın Rəsuluna nazil etdiyini inkar etmək. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, mən bir adama nalayiq söz deyib297 onu anasına görə utandırdım. Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənə buyurdu: “Ey Əbu Zər! Sən onu anasına görə utandırdın? Həqiqətən də, səndə cahiliyyət (əxlaqı) qalmışdır. Kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da geyindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah, onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin”298. “Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?”. (əl-Maidə 50). Yəni, insanın halının, durumunun cahil olması. 2) İnsanın özünün Cahil olması – Hər hansısa bir kimsə haqqında deyirlər ki: “Filankəs Cahildir”. Bu da iki qismdir: 1. Mütləq Cahillik. 2. Müəyyən Cahillik. Həmçinin üç hissəyə də bölürlər: 1. Məkanla bağlı olan Cahillik. 2. Zamanla bağlı olan Cahillik. 3. İnsanlarla bağlı olan Cahillik.
1. Məkanla bağlı olan Cahillik iki qismdir. Mütləq və Müəyyən. Mütləq – Kafirlərin diyarları və s. Müəyyən – Müsəlman ölkələrində olan müəyyən yerlərin Cahillik əlamətlərinin olmasıdır. 2. Zamanla bağlı olan Cahillik iki qismdir. Mütləq və Müəyyən. Mütləq – Peyğəmbərin gəlməsindən öncə olan vaxt. Müəyyən – Peyğəmbərlərin gəlməsiylə mütləq cahillik aradan qalxmışdır. Lakin müəyyən yerlərdə Peyğəmbərlərdən sonra cahilliyin əlamətləri ola bilər. 3. İnsanlarla bağlı olan Cahillik də iki qismdir. Mütləq və Müəyyən. Mütləq – kafirlərdə olur. Müəyyən – isə müsəlmanlarda ola bilər. Yuxarıda qeyd etdiyimiz hədis buna dəlildir. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – demişdir: “Allahın ən çox nifrət etdiyi (insanlar) üçdür: Haram sayılan bölgədə299 dindən dönən kəs, cahiliyyə adət-ənənələrini İslamda saxlamağa can atan kimsə və haqqı olmadığı halda birisinin qanını axıdmağa səy göstərən kimsə”300. Birinci - Səhlənkar cahildir, imkanı olduğu halda Allahın dinini öyrənmək istəmir, etiraz edir və s. belə cahillik üzr sayılmaz. Cahillik üzrdü, cahillik üzrdü icma ilə. Lakin ixtilaf cahilin özündədir. İkinci - cahil isə haqqı axtarmağa, öyrənməyə səyy göstərir, lakin tapa bilmir. Elə bir yerdə yaşayır ki, haqqa çağıranların az olması, bidət və şirkə çağıranların isə çox olmasıdır. Əksər müsəlmanların halı budur. Və bu alimlərdə haqq yolda olanları gözdən salır, onları bidətçi və s. adlarla tanıdırlar. Onlar elə bilirlər ki, öz nəfslərində alimdirlər, həqiqətdə isə cahildirlər, elə bilirlər ki, sünnə üzərindədirlər lakin bidət üzərədirlər. Onlar isə elmi belələrindən alırlar. Əşarilər, Hənəfilər, Rafizilər hardan götürürlər elmi? Öz alimlərindən, təqlid etdiyi kimsələrdən. Elə bilirlər ki, soruşduqda alimlərdən soruşrular, onların sözlərini qanun qəbul edirlər, Allah buyurdu: “Əgər bilmirsinizsə Haqq əhlindən soruşun”. Sən özün hansısa məsələni öyrəndikə kimdən soruşursan? Sıravi tələbələrdən, elm əhlindən yoxsa alimlrdən? Sözsüz ki, alimlərdən. Soruşduğun və aldığın cavabla qane olursanmə? Onunla da əməl edirsən? İndi bu insan nəfsinə görə əməl etmiş olur, yoxsa dəlilə əsasən? Sözsüz ki, dəlilə görə. Görür ki, bu adam TV çıxış edir, xütbələr verir ondan da soruşur. Ayıra bilmir bidət əhli ilə haqq əhlini.... Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlarla onların başa düşdükləri tərzdə danışın, əgər Allah və Rəsulunun inkar edilməsini istəmirsinizsə”. Bu hədis dəlildir ki, insanların hamısı dərk etməkdə eyni deyildir. Problem ayə və hədislərdə, İsim və Sifətlərdə deyildir. Problem insanları başa düşmələrindədir. Şair deyir ki: “İnsan təmiz, saf suyu içir və deyi: “Su acıdır” lakin su acı deyil acılıq onun ağzındadır”. Deyir ki, Lə İləhə İlləlahın mənasını bilmrlər? Onda gərək ümmətin yarısını təkfir edəsən? Heç bir Peyğəmbərin dəvətinin mənhəci hakimiyyət, təkfir məsələləri olmayıb. Yalnız Tövhid olub. Nuh - əleyhissəlam - 950 il dəvət edir, Musa - əleyhissəlam - Fironla hakimiyyət barəsində danışır məgər? Yusuf - əleyhissəlam - zindana düşməsinə baxmayaraq hakimiyyətə qarşı çıxmır? İbrahim - əleyhissəlam - Nəmruda qarşı çıxmır, Peyğəmbərimiz - sallallahu aleyhi və səlləm – hər şeydən imtina edir?301
Dostları ilə paylaş: |