Torpağın strukturu



Yüklə 494,91 Kb.
səhifə3/7
tarix20.05.2022
ölçüsü494,91 Kb.
#116085
1   2   3   4   5   6   7
111a -5,6,7,8

Torpağın xüsusi müqaviməti - layın kəsilməsinə, çevrilməsinə və işçi orqanının səthinə sürtülməsinə sərf olunan güvvədir. Xüsusi müqavimət 1sm2 görə kq-la ifadə olunur. (kg/sm2). Torpağın qranulometrik tərkibindən, rütubətlilik dərəcəsindən və aqronomik vəziyyətindən asılı olaraq torpağın xüsusi müqaviməti 0,2-dən 1,2 kq/sm2 hüdudlarında dəyişir:
Əsaslarla doymamış yüngül qranulomtrik tərkibli torpaqların xüsusi müqaviməti aşağı, ən çox xüsusi müqavimət isə şoran tipli ağır gillicəli və gilli, tərkibində 20-30% udulmuş Na olan torpaqlar malikdrlər. Xüsusi müqavimətin qiyməmtinə torpağın rütubətlənməsi xeyli təsir göstərir.
Torpaqların xüsusi müqaviməti
( Kaçinskiyə görə )

Torpaq tipləri

Qranulometrik tərkib

Yayarliq vəziyyəti

Xüsusi müqavimət q/sm2

Çimli podzol

Gil

Şum

0,68

Çimli –podzol

Ağır gillicə

Şum

0.48

Çimli podzol

Orta gillicə

Şum

0,35

Çimli-podzol

Yüngül gillicə

Şum

0,27

Çimli-podzol

Qumsal

Şum

6,18

Adi qaratorpaq

Gil

Xam

0,7-0,8

Adi qaratorpaq

Gillicə

Xam

0,6-0,8

Adi qaratorpaq

Gillicə

Şum

0,4-0,5

Şorakət qaratorpaq

Gil

Şum

0,82

Şorakət

Gil

Xam

1,21

Şorakət

Gillicəli

Xam

0,90

Boz torpaq

Ağır gillicə

Şum ( suv .)

0,49

Boz torpaq

Orta gillicə

Şum ( suv.)

0,41

Boz torpaq

Ağır gillicə

Şum ( dəmyə)

0,34

Boztorpaq

Yüngül gillicə

Şum ( dəmyə)

0,27

Müxtəlif əkin sahələrində xüsusi müqavimətin qiyməti xeyli dəyişir. Xam və köhnə dincə qoyulan torpaqlar becərilərkən xüsusi müqavimət 45-50% ( köhnə əkin torpaqları ilə müqayisədə) artır; cərgə araları becərilən bitkilərdə onun qiyməti dənli bitkilər və xüsusilə çoxillik otlar altında olduğundan xeyli aşağıdır.


Becərmə zamanı torpaqların müqaviməti k/t maşınlarının sürünən hissələrinin yeyilməsinə eyni təsir göstərmir. Qranulometrik tərkibdən asılı olaraq hissələrin yeyilməsi və onun tərkibindəki müxtəlif qranulometrik elementlərin miqdarı arasında bir başa asılılıq vardır. Belə ki, gavahinin yeyilməsi torpaqda iri və orta qum hiossəciklərinin miqdarının artmasından asılı olaraq artır. Torpaqların fiziki və fiziki-kimyəvi xassələri k/t-da istifadə edilərkən onlara edilən aqrotexniki, kimyəvi və bioloji təsirlər nəticəsində dəyişə bilər. Aqrotexniki üsulların köməyi ilə ( əkin kultivasiya, malalama və s) əkin və əkin altı qatlarının sıxılığının və ümumi məsaməliyin. Onların xüsusi müqavimətinin xüyli dəyişilməsi ilə nəticələnir. Müxtəlif aqrotexniki üsulların tətbiq olunması nəticəsində torpaqların üst qatlarının əlverişli quruluşu əmələ gəlir. Əkin qatının optimal sıxlığı kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətləri, habelə iqlim şəraitləri ilə müəyyən olunur.
Kimyəvi meliorasiya üsullarının köməyi ilə udulmuş əsasların tərkibini və onunla yanaşı torpaqların fiziki, fiziki-kimyəvi xassələrinin dəyişirilməsinə mane olur, su keçiriciliyi artır və sıxlığı azalır. Gipsləşdirmə şoran torpaqların qələvi reaksiyasının aradan qaldırır, fiziki xassələrin və strukturasını yaxşılaşdırır.
Becərərkən müqaviməti, bərkliyi, yapışqanlığı, udulmuş “ Na”-un “Ca”-la əvəz olunması nəticəsində digər fiziki mexaniki xassələri aqronomiki cəhətdən daha əlverişli olur.
Torpaqların fiziki xassələrinin bioloji yaxşılaşdırılması üsulları mədəni bitkilərin bilavasitə təsiri, siderat səpinlərinin tətbiqi və üzvi qübrələrin tətbiq edilməsidir. Torpaqların fiziki xassələrinin müsbət istiqamətə doğru dəyişirilməsinə bitgilərin düzgün növbələşdirilməsinin, onların seçilməsinin ( növbəli əkin) böyük təsiri vardır. Üzvi gübrələr torpağın ümum fiziki xassələrinin, onun aerasiyasının yaxşılaşmasına səbəb olur. Becərmə zamanı müqavimətinin azaldır. Torpaqların kimyəvi meliorasiyasını (əhəngləmə, gipsləmə) üzvi gübrələrin tətbiqi ilə birlikdə həyata keçirdikdə torpasğın münbitkliyi xeyli yüksəlir. Ümumyyətlə belə kompleks tədbirlərinin həyata keçirilməsi nəticəsində k/t bitkilərindən yüksək və sabit məhsul almaq olar.


Fənn: Torpaqşünaslıq

Yüklə 494,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin