Torpağın strukturu



Yüklə 494,91 Kb.
səhifə1/7
tarix20.05.2022
ölçüsü494,91 Kb.
#116085
  1   2   3   4   5   6   7
111a -5,6,7,8


Torpağın strukturu.

Plan:


  1. Struktur anlayışı.

  2. Torpağın struktur elementləri.

  3. Struktur aqreqatların formaları.

  4. Torpaq strukturunun itirilməsi və bərpa edilməsi

  5. Strukturun aqronomik əhəmiyyəti

Torpaq çoxfazalı sistem olmaqla, fazalar aşağıdakı kimi paylanır:


Torpağın ümumi həcmi

  • Mineral hissə - 50-60%

  • Üzvi maddə - 10%

  • Torpaq havası -15-25%

  • Torpaq suyu -25-35%

Torpaq 2 halda : strukturlu və ya struktursuz ola bilər. Struktursuz halda ayrı-ayrı mexaniki elementlər ( qum, toz və lil hissəcikləri ) bir-birinə bitişməyib sərbəst halda olurlar. Strukturlu halda isə qranulometrik elementlər bitişib müxtəlif irilikdə aqreqatlar əmələ gətirir. Torpağın bu, yaxud başqa ölçü və şəkildə aqreqat əmələgətirmə qabiliyyətinə strukturluq deyilir.
Torpağın struktur elementlərini 3tipdə qruplaşdırmaq olar:
- kubşəkill
- prizma şəkilli
- təbəqəşəkilli
Kubşəkilli struktura 2 –üfüqi və şaquli istiqamətlərdə təqribən bərabər inkişaf etmiş aqreqatlar daxildir. Prizma.əkilli strukturda isə aqreqatlar şaquli istiqamətdə uzanmı., təbəqə şəkilli aqreqatlar isə əsasən üfüqi istiqamətdə inkişaf etmiş olurlar.
Strukturun hər növü müəyyən torpaq, yaxud torpaq profilinin müəyyən qatı üçün xarakterikdir. Buna görə struktur – torpağın bu və ya başqa tipə aid etməyə kömək edən mühüm genetik əlamətdir.



iri dənəvər dənəvər xırda dənəvər

Aqronomik baxımdan aqreqatın şəkli deyil, onların ölçüsü, suya davamılığı və məsaməlik dərəcəsi mühüm əhəmiyyətə malikdir.


Strukturun suya davamlılığı dedikdə - torpaq aqreqatlarının suyun yuyucu təsirinə qarşı davamlılıq qabiliyyəti anlaşılır. Suya davamlı aqreqatlar 2 qrupa bölünür: həqiqi və .ərti. Əgər havada quru torpağa su əlavə etdikdə torpaq aqreqatları formalarını itirmir və 0,25 mm kiçik hissəciklərə parçalanmırsa – buna həqiqi suya davamlı aqreqat deyilir. Bu xassəyə malik olmayan aqreqatlara şərti aqreqat deyilir.
Torpaqda makrostruktur 2 proses nəticəsində əmələ gəlir:

  1. torpağın mexaniki hissələrə bölünməsi – xırda kəltənlərin əmələ gəlməsi

  2. suyun yuyucu təsirinə davamlı aqreqatların əmələ gəlməsi nəticəsində torpaq kəltənlərinin bölünməsi

Suya davamlı aqreqatlar - qranulometrik elementlərin kolloidlərlə birləşməsindən əmələ gəlir.
Struktur aqreqatlarının məsaməliyi dedikdə - onların daxilində olan və faizlə ifadə olunan məsamələrin ümumi həcmi anlaşılır. Struktur aqreqatların məsaməliyi 50%-ə yaxın olan torpaqlar – aqronomik cəhətdən yaxşı məsaməli torpaq hesab edilir.

Aqreqatların məsaməliyi, %-lə ( N.A.Kaçinskiyə ğörə)





ölçüsü



Qiymətləndirilməsi

> 50

ən yaxşı

45 - 50

Yaxşı

40 - 45

Kafi

< 40

Qeyri kafi

< 30

Tam pis

İriliyinə görə ölçüsü 1 -10mm-ə qədər olan aqreqatlar aqronomik cəhətdən qiymətli hesab olunur.


Struktur aqreqatlarının formaları (S.A.Zaxarova ğörə)





Struktur aqreqatları



Diametr, mm-lə

Kubşəkilli-kəsəkli – üz və tillər kəskin deyil

20-dən böyük

Kəltənvari - üz və tillər pis görünür

İri kəltənvari

20 – 10

Orta kəltənvari

10 - 1

Xırda kəltənvari

1 - 0,5

Qozvari - üz və tillər kəskin götünür

İri qozvari

20 - 10

Orta qozvari

10 - 7

Xırda qozvari

7 - 5

Dənəvari - üz və tillər kəskin ğörünür

Iri dənəvari

5 - 3

Orta dənəvari

3 - 1

Xırda dənəvari

1 - 0,5

Prizmaşəkilli -sütunvari ( eni mm-lə)

50 - 30

Prizmatik

50 - 30

Yastışəkilli ( qalınlıq, mm-lə)

Yastışəkilli təbəqəvari

5 - 3

Lövhəvari

3 - 1

Vərəqvari

1-dən kiçik

Strukturun əmələgəlməsi çoxillik və birillik bitkilərin iştirakı ilə gedən bioloji prosesdir. Bitkilərin kök sistemi qol-budaq ataraq torpağı mexaniki sürətdə birsıra topacıqlara ayırır və onların hər birini sıx kökcüklər şəəbəkəsi ilə əhatə edir. Köklər məhv olub parçalandıqda təzə ( fəai) çürüntü əmələ qəlir, bunlar isə topacıqlara hoparaq onları bitişdirir.


Torpaqda olan əsaslar şürüntünü pıxtalaşdırır, onu suda həll olmayan şəklə salır şevirir və bununla da topacıqları daha sıx yapışdırır. Kök sisteminin təsirilə struktur əmələ gəlməsinin effektliyi əsasən torpaqda köklərin yayılması sıxlığından və kütləsindən, onlar parçalananda əmələgələn humusun miqdarından və uducu kompleksdə kalsiumun olmasından asılıdır. Buna görə də güclü kök sistemi inkişaf etdirməyə və torpağı əsaslarla doydurmağa yönəldilmiş hər bir tədbir strukturun əmələ gəlməsinə kömək edir. Nelə tədbirlərdən üzvi gübrələrin verilməsi və torpaqların əhənglənməsi də aiddir. Yağış qurdlarının fəaliyyəti, torpaqların donması və s. struktur əmələ gəlməsində müəyyən rol oynayır.
Bir sıra amillərin təsirilə torpağın strukturu pozulur. Bunlara misal olaraq torpaqların normadan artıq suvarılmasını, həddən artıq rütubətlənmiş torpaq becərilsi, tarlalarda mal-qara otarılmasını, humus minerallaşmasını, fizioloji turş gübrələrin verilməsini və s. qeyd etmək olar.
Torpaqların münbitliyinin formalaşmasında strukturun böyük əhəmiyyəti var, belə ki o, əlverişli su-hava rejimi yaradır, rütubətin torpağa yaxşı hopub qalmasına və kül elementlərinin tədricən toplanmasına kömək edir.
Struktur torpağın ən mühüm xassələrinə təsir göstərməklə bitkilərin məhsuldarlığını artırır, torpaqlarda canlılar üçün əlverişli şərait yaratmaqdan ötrü su, hava, istilik və qida maddələrinin rejimini nizamlayır. Aqronomik cəhətdən ən əlverişli struktur aqreqatlarının böyüklüyü 0,25 – 10 mm. olan dənəvər kəltəncikli makrostrukturun yaranmasıdır.
Aqreqatların məsamələri torpağın aerasiya şəraitinə və bitkilərin kök sisteminin normal inkişafına müsbət təsir göstərir.
Torpağın fiziki və fiziki- mexaniki xassələri.
Plan:
1.Torpağın xüsusi və həcm kütləsi
2.Torpağın məsaməliyi
3.Torpağın bitişkənliyi, kipliyi və yapışma qabiliyyəti
4.Torpağın şişməsi və sıxılma qabiliyyəti.
5.Torpağın fiziki və fiziki-mexaniki xssələrinin idarə olunması.
Torpağın qranulometrik və struktur tərkiblərinin xarakteri ilə onların fiziki xassələri sıx əlaqədardır. Torpaq daima inkişaf edir, onda arası kəsilmədən mürəkkəb fiziki-kimyəvi və bioloji proseslər gedir. Buna göra də torpağın fiziki xassələri sabit qalmır, həm təbii şəraitdən, həm də aqrotexniki tədbirlərin təsirilə daima dəyişir. Torpağın fiziki xassələri bitkilərin inkişafına təsir göstərir. Torpağın ümumi fiziki xassələrinə onun həcm kütləsi, xüsusi kütləsi və məsaməliyi aiddir.
Temperaturun 40 S şəraitində torpağın bərk fazası çəkisinin bərabər həcmdə suyun çəkisinə olan nisbətinə torpağın xüsusi çəkisi deyilir. Torpağın xüsusi çəkisi onun mineraloji tərkibindən və çürüntünün miqdarından asılıolaraq 2,4 – 2,8 q/s m3 arasında dəyişir.

Torpağın əsas minerallarının və üzvü komponentlərinin xüsusi kütləsi


( Kauriçevə görə )



Mineralların və üzvi komponentlərin adları

Xüsusi kütləsi q/sm3

Mineralların və üzvi komponentlərin adları

Xüsusi kütləsi q/sm3

Gips

2.30-2.35

Yalançı buynuz

2.90-3.40

Kvars

2.60-2.65

Limonit

3.50-4.00

Plagioklazlar

2.67

Üzvi qatışıqlar (çürüntü, torpaq, meşə döşəməsi

1.25-1.80

Muskovit

2.76-3.00

Torpağın xüsusi kütləsi aşağıdakı düsturla hesablanır:


m
A = -----
M
Burada :
m – mütləq quru torpağın çəkisi
M – m qram torpaq hissəçiklərinin bərabər olan suyun çəkisinə çəkisidir.
Torpağın xüsusi kütləsi həm torpağın mineraloji tərkibini, həm də üzvi maddə humusun iştirakını xarakterizə edir.Üzvi maddələrlə kasıb olan çimli podzollu torpaqlar alümosilikat süxurlar üzərində əmələ gəlmişlər və 2,65-2,70 q/sm3 xüsusi kütləyə malikdirlər. Subtropik torpaqların az humuslu qatları daha yüksək xüsusi kütlə göstəriciləri ilə xarakterizə olunurlar ( 2,7-2,8). Üzvi qatışıqlarla zəngin olan torfun xüsusi kütləsi 1,4-1,8 q/sm3 – dir.
Torpağın həcm kütləsi. Quruluşu pozulmamış torpağın vahid həcminin havada quru halda mütləq çəkisinə torpağın həcm kütləsi deyilir və q/sm3-lə ifadə olunur. Bu göstərici torpağı təşkil edən mineralların xarakterindən,çürüntünün miqdarından, strukturdan və məsaməlikdən asılıdır.
Həcmi kütlənin qiymətləri geniş hüdudlar daxilində tərəddüd edir. Mineral torpaqlarda 0,9-dan, 1,8-qədər, torflu bataqlı torpaqlarda 0,15-dən 0,40q/sm3-ə qədər olur.
Həcmi kütlənin qiymətinə torpağın mineroloji və qranuometrik tərkibi, onlardakı üzvi maddənin miqdarı, strukturluğu, habelə yatım vəziyyəti, daha doğrusu, torpaqların bərk fazasının hissəciklərinin qarşılıqlı yerləşməsi təsir göstərir. Yumşaq, daha doğrusu becərmədən sonra qısa dövrdə torpağın həcmi kütləsi az olur, sonra onun sıxlaşma prosesi başlayır, həcm kütlə göstəricisi artır.
Həcmi kütlənin qiyməti torpağın su, hava və istilik rejimlərinə, deməli bitkilərin inkişafına təsir edir. K/t-ı bitkilərinin çoxusu üçün gillicəli və gilli torpaqlarda optimal həcmi kütləsi 1,00-1,25q/sm- dir. Bundan yuxarı olarsa k/t-ı bitkilərinin məhsuldarlığı azalır.

Gilli və gillicəli torpaqların həcm kütləsinə görə qiymətləndirilməsi.


( N.A. Kaçinskiyə görə)



Həcmi kütlə q/sm3

Qiymət

Həcmi kütlə q/sm3

Qiymət

<,0

Torpaq üzvi maddə ilə zəngindir.



1,3-1,4

Çox kipləşmiş şum

1,0-1,1

Mədəni, təzə şumlanmış torpaq

1,4-1,6

Şumaltı horizont



1,2

Kipləşmiş torpaq ( şum )

1,6-1,8

Çox kipləşmiş illüvial
horizont

Məsaməlik. Torpağın ümumi həcminə nisbətən faizlə ifadə olunan bütün məsamələrin ümumi həcminə məsaməlik deyilir.Ümumi aqreqat daxili (kapillyar) və aqreqatlararası ( qeyri kapillyar ) məsaməlik də fərqlənir. Məsaməlik torpağın üst qatlarında alt qatlara nisbətən yüksək olur. Məsaməlik torpağın su, hana xassələrini müəyyən etdiyi üçün onun qiymətləndirilməsi vacibdir. Torpağın strukturluğu yaxşı oldüqda, ümumi məsəmılik yüksək olur. Tədqiqatlar göstərir ki, strukturlu torpaqların məsaməliyi struktursuza nisbətən 1,5 dəfə yüksək olur. Torpağa təbii və antropogen aillərin təsiri ilə ümumi məsaməlik göstəricisi aşağı düşür. Strukturlu torpaqların ümumi məsaməliyi, torpağın müəyyən həcminin 55 -65 %-i, bəzən isə 70%-ə çatır. Torpaq üzvi maddə ilə zəngin olduqda onun məsaməliyi yüksək olur. Təqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qumun ümumi məsaməliyi 30,4 %, qilinki isə - 62,7 % olmuşdur. Torfun məsaməliyi 85,2 %-ə çatır.


Torpaq qatının darinliyindən asılı olaraq, məsaməlik dəyişir: üst humus və ya şum qatının məsaməliyi yüksək, alt qatlara getdikcə azalır. N.A.Kaçinski torpaq məsaməliyini aşağıdakı qruplara ayırır: ümumi məsaməlik, aqreqat məsaməliyi, aqreqatarası məsaməlik, kapillyar məsaməliyi, su ilə dolmuş məsaməlik, hava ilə dolmuş məsaməlik(aerasiya məsaməliyi). Müxtəlif torpaqların məsaməliyi fərqlidir: çox kip gillərdə 20 %-ə qədər enir, bəzi bataqlıq torpaqlarda isə 80%-ə çatır, mineral torpaqlarda isə çox vaxt 40-50 % olur.
Müxtəlif böyüklükdə aqreatların məsaməliyə təsiri
( A.Q.Doyarenko, həcmə görə %-lə).

Məsaməlik

Aqreqatların diametri, mm-lə

0,5

0,5-1,0

1-2

2-3

3-5

Ümumi

47,5

50,0

54,7

59,6

62,6

Kapillyar

44,8

25,5

25,1

24,5

23,9

Qeyri kapillyar

2,7

24,5

29,6

29,6

38,7


Yüklə 494,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin