Turizm müasir dünya iqtisadiyyatının ən böyük xidmət sahələrindəndir. Ümumdünya milli məhsulunun 1/10 hissəsini təşkil edən beynəlxalq turizm dünya iqtisadiyyatında mühüm rol oynayır
1 2
*Statistic Yearbook, 2002/03 - New York, 2004 Ümumdünya Turizm Təşkilatının məlumatlarına görə dünya 15 ölkənin təklif etdikləri turist xidmətlərindən əldə olunan gəlir, onların ixrac etdikləri digər məhsullardan əldə etdikləri gəlirdən dəfələrlə çoxdur. Bir qayda olaraq bu ölkələr subtropik və tropik qurşaqda yerləşən Barbados, Seyşel, Mavriki və s kimi ərazicə kiçik ölkələrdir. Digər tərəfdən dünyanın 45 ölkəsində turizmdən əldə olunan gəlir ümumilikdə həmin ölkələrdən xaricə ixrac olunan əmtəə və xidmətlərdən gələn gəlirin təqribən ¼ -ni təşkil edir. Bu ölkələr əsasən iqtisadiyyatı zəif inkişaf etmiş, inkişafda olan ölkələrdir. İspaniya, Portuqaliya, Avstriya və başqaları belə ölkələr arasında istisna təşkil edir. Beynəlxalq turizmdən əldə olunan gəlirlər dedikdə xarici turistlərə onlar ölkədə olan vaxt təklif olunan mal və xidmətlərin müqabilində ölkəyə daxil olan gəlirlər aid edilir. Beynəlxalq daşımalara sərf olunan ödəmələr buraya daxil deyil. Turizm xərcləmələri isə turistlərin başqa ölkələrdə əmtəə və xidmətlərdən istifadə müqabilində xərclədikləri vəsaitlərdir. 2002 –ci ilin məumatlarına görə dünya miqyasına turizmdən əldə olunan gəlirlərin miqdarı 270006 mln ABŞ dolları miqdarında olmuşdur. Həmçinin ABŞ –dan olan turistlərin xarici ölkələrə səyahətləri zamanı xərclədikləri pulun kəmiyyəti də digər ölkələrə nisbətən yüksək olması ilə seçilir. Müasir dövrdə aparılan hesablamalar göstərir ki, turistlərin digər ölkəyə səfərləri zamanı xərclədikləri vəsaitlərin 40% -i qidalanma xərclərinə, 30% -i yaşayış və yerləşmə xərclərinə, 8% -i ölkənin içərilərinə səyahətlər zamanı nəqliyyat xərc-lərinə, qalan 22% -i isə digər məqsədlərə sərf olunur. Turizm hər hansı ölkənin iqtisadiyyatına müxtəlif səviyyələrdə təsir göstərə bilir. Beləki ilk növbədə səyahətləri təşkil edən ölkələr dəki turizm firmaları gəlir əldə edir (birbaşa təsir), gələn və gedən turistlərin tələbatına uyğun əmtəə və xidmətlər istehsal olunur (dolayı təsir), əmtəə və xidmətlərin istehsalı isə öz növbəsində məşğulluğu təmin edir və nəticədə gəlirin təkrar bölgüsü çərçivəsində hər bir işçidə xaricə səyahət etmək həvəsi yaranır. Bütün bunlara baxmayaraq turizmin ölkə iqtisadiyyatına verdiyi ən böyük tövhə ölkəyə valyuta axınını təmin etməkdir. İnkişafda olan ölkələr üçün isə yaranan bu “artıq” valyutanın bir hissəsini turistlərin rahatlığı naminə xarici ölkələrdən daha çox əmtəə almağa sərf edilməsi və digər hissəsini isə ölkə ərazisində digər sahələrin inkişafına yönəltmək xarakterikdir. Dünya bankının məlumatlarına görə, ölkəyə daxil olan valyutanın 15-55% i ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı olaraq ölkədə digər sənaye sahələrinin inkişafına sərf olunur. Digər 35-40%-i isə dövriyyə vəsaiti olaraq hərəkət edir. Bundan başqa ölkəyə gələn turistlərin təqdim etdikləri yeni əmtəələri görən yerli əhalidə belə məhsullara tələb yaranır və “canlı reklamların” hesabına xaricdən ölkəyə məhsul idxalına stimul formalaşır. Beləliklə də, ölkə iqtisadiyyatı inteqrasiya edir. 2003-cü ildə Baş Assambleya BMT və Ümumdünya Turizm Təşkilatı arasında razılaşmanı təsdiq etdi. Bu razılaşmaya əsasən ÜTT –ına BMT-nin ixtisaslaşmış təşkilatı statusu verilirdi. Bu təşkilatın bu cür statusda ən öndə vəzifələri turizmin inkişafını dəstəkləmək, inkişafı həvəsləndirmək, iri miqyasda inkişafa nail olmaq və kasıblığın aradan qaldırılmasıdır. Ümumdünya Turizm Təşkilatı və BMT –nin 29 yanvar 2008 ci il tarixli “Dünya turizminin barometri” adlı hesabatında qeyd olunan məlumatlara görə xaricə səfər edən turistlərin sayı 2007 –ci ildə 2006 –cı ilə nisbətən rekord həddə--52 mln nəfər artaraq 900 milyona çatmışdır. 2005 –ci ildən 2007 –ci ilədək xaricə səyahət edən turistlərin sayı 100 milyon nəfərə qədər artmışdır. 2007 –ci ildə də turistlər üçün ən cəlbedici region Avropa olaraq qalmaqda idi. Bura səyahət edən turistlərin sayı ümumilikdə xarici turistlərin yarıdan çoxunu təşkil edirdi—təqribən 480 milyondan nəfərdən artıq—bu isə öz növbəsində 2006 –cı ilin göstəricisindən 19 milyon nəfər artıqdır. 2007 –ci ildə turizmi ən nəzərəçarpacaq miqyasda inkişaf etmiş ölkələr Türkiyə, Yunanıstan, Portuqaliya, İtaliya və İsveçrə olmuşdur. Yaxın Şərq regionuna səyahət edən turistlərin sayı isə 2006 –cı ilə nisbətən 5 milyon nəfər artaraq 46 milyon nəfərə çatmışdır. 6 milyon nəfərlik artımla Şimali Amerika, 3 milyon nəfərlik artımla isə Afrika regionu növbəti sıralarda dayanır. Ümumdünya Turizm Təşkilatının 2009-cu ilin 27 yanvar tarixli eyni adlı hesabatında isə verilən məlumatlara görə isə 2008-ci ildə xarici turistlərin sayı 2007-ci illə müqayisədə 16 milyon nəfər artaraq 924 milyona çatmışdır. Hesabatın müəllifləri əsas diqqəti ona ayırırlar ki, 2008 –ci ildə beynəlxalq turizm cəmi 2% artmışdır və yalnız ilin əvvəllərində səyahətlərdə fəallıq hiss olun-muşdur. Əksinə ilin ikinci yarısında isə xaricə səyahət etmək istəyənlərin sayında kəskin azalmalar müşahidə olundu. Mütəxəssislər turizmin inkişafında bu ləngiməni beynəlxalq maliyyə böhranı və digər iqtisadi sarsılmalarla əlaqələndirirlər. Onlar bu mənfi tendensiyanın 2009 –cu ildə də qalacağından ehtiyat edirlər. 2008 –ci ilin son 6 ayı ərzində 2007 –ci ilin analoji dövrü ilə müqayisədə Avropa və Asiyaya səyahətlərin kəmiyyətində 3% kəsr nəzərə çarpır. Ümumilikdə 2008 –ci ildə turistlər üçün ən cazibədar ölkələr Honduras, Nikaraqua, Panama, Uruqvay, İndoneziya, Misir, Hindistan, İordaniya, Mərakeş və Türkiyə olmuşdur. Nəticə
Turizm də digər beynəlxalq fəaliyyət sahələri kimi çox çətin sahədir və onun inkişafı bütövlükdə ölkənin iqtisadi inkişafından asılıdır. Turizm müəsisələrinin səmərəli fəaliyyətini inkişaf etdirmək üçün aşağıdakı şərtlərin həyata keçirilməsi vacibdir : a) istifadə olunan nəqliyyat növündəni asılı olmayaraq fərdi və kollektiv qaydada həyata keçirilən turizm səyahətlərini sadələşdirmək. b) pasport, viza, tibbi və valyutar yoxlamaları və xaricdəki turizm təmsilçiliyi statusu üzrə rəsmiyyətçiliklərin sadələşdirilməsi üzrə müvafiq qəraların qəbul edilməsi ilə turizm səfərlərinin, səyahətlərinin genişləndirlməsinə səmərəli töhfə vermək. c) turistlərə tətbiq olunan hüquqi müddəaların liberallaşmasına imkan verən və turistlərə xidmət edən turizm müəssisələri, turizm agentliklər və digər təşkilatların fəaliyyətinə aid olan texniki normalara uyğun olaraq turizm səyahətlərinin sadələşdirilməsi məqsədilə qəbul edilmiş və icra olunan Budapeşt Konvensiyası ilə birgə əməkdaşlıq edilir. Turizm sahəsi beynəlxalq aləmdə neft sektorundan sonra ən gəlirli sahə hesab olunur. Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu nəhəng neft strategiyası sayəsində əmin addımlarla inkişaf edir. Eyni zamanda məlum olduğu kimi neft tükənən sərvət olduğundan və müəyyən sektorlar üzrə sürətli inkişaf meyillərinin sonradan acı fəsadlar törətdiyinin şahidi olduğumuzdan yalnız neft sahəsi ilə kifayətlənməməli, yeni istehsal və xidmət sahələrinə maliyyə vəsaiti yönəldilməlidir. Bu nöqteyi nəzərdən turizm sektoru ən perspektivli sahə hesab olunur. Belə ki, ölkəmizin keçdiyi şanlı tarixi inkişaf yolu, əlverişli coğra-fi iqtisadi mövqe, təbii sərvətlər, gözəl, bənzərsiz təbiət nümunələri, tariximizin möhtəşəm şahidləri olan tarixi və mədəniyyət abidələrimiz hər bir dövrdə xariciləri arasında Azərbaycana marağı artırmağa sövq etmişdir. Balneoloji sərvətlərimiz, mineral bulaqlarımız, müalicə -istirahət komplekslərimiz isə bu marağı məcburiyyətə çevirmişdir. Hal hazırda prezidentimizin apardığı məqsədyönlü investisiya siyasəti büdcəmizin neftdən asılılığını azaltmağa yönəlmiş tədbirlər sisteminin bir parçasıdır. Bununla bele respublikada infrastrukturun yenilənməsi, yeni mehmanxana və turizm obyektlərinin istifadəyə verilməsi bu paketin bir növ davamıdır. Tikilməkdə olan Qusar –Şahdağ qış istirahət mərkəzi ölkəmizin təbiətinin nəinki yay fəsli üçün həmdə qış fəslində də çox gözəl olduğunu nümayiş etdirəcəkdir və bununla da biz dünyaya 8 iqlim tipinin mövcud olduğu ölkəmizin qapılarını açaraq hər bir iqlim tipinin gözəlliklərinə uyğun istirahətlər təklif edəcəyik. Böyuk və Kiçik Qafqaz dağlarının ağuşunda yerləşən Azərbaycana gələn turistlərin yerləşdirilməsi, onlara yüksək səviyyəli xidmətin təklif edilməsi, xalqı-mızın qonaqpərvərliyi onları bizim turizmimizin “canlı reklamları” rolunu ifa etmə-lərinə səbəb olacaqdır. Qloballaşan dünyada inteqrasiya siyasətini prioritet seçmiş Azərbaycn Respulikası digər sahələrdə olduğu kimi turizm sektorunda da dünya miqyasında lider mövqelərdə durmağı hədəf qəbul etmişdir və bu yolda Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq aparır. Turizmin özünün spesifik xüsusiyyətlərinə və cəmiyyətin iqtisadi, sosial, mədəni həyatındakı roluna, hətta beynəlxalq münasibətlərdəki əhəmiyyətinə görə onu kifayət qədər mürəkkəb bir sahə kimi göstərmək olar. Tədqiqat obyekti kimi nəzərdən keçirilən keyfiyyət problemi isə turizm məhsuluna qarşı qoyulan baza kriterilərindən əlavə həmin spesifik xüsusiyyətlərin də nəzərdə saxlanılmasını tələb edir. Ədəbiyyat «Turizmin əsasları»--İlqar Hüseynov, Nigar Əfəndiyeva Bakı 2007 Azərbaycan Milli Ensiklopediyası «Turizmin əsasları»--Soltanova H.B. , Hüseynova Ş.H. “Mütərqim” Bakı 2007 «Turizmin menecmenti»—Bilalov B.Ə. “Mütərqim” Bakı 2005 «Turizm və ekskursiya işinin təşkili və idarə edilməsi». Sabir Rəhimov “Mütərqim” Bakı 2004 В.А. Квартальнов, «Туризм» Москва «Финансы и статистика» 2002 «Экономика туризма» РМАТ. Москва «Финансы и статистика» 2001 Е.Н. Ильина, «Туризм-путешесвия создание туристической фирмы, агентский бизнес, Москва РМАТ,1998 Пузакова Е.П., Честникова В.А. «Международный туристический бизнес» Москва 1997 Фомичев В.И., «Международная торговля» Москва 1998 Сапрунова В., «Туризм: эволюция, структура, маркетинг» Москва 1997 Гульяев В.Г., «Организация туристической деятельности» Москва 1996 Yearbook of tourism statistics. New York 2003 Internet resurslar: www.fairex.az/index-a.php Marketing and advertaising keys-www.mak az Ekologiya və təbii sərvətlər nazirliyi — eco.gov.az Mədəniyyət və turizm nazirliyi— mct.gov.az/?/az/turizm Yüklə 178,5 Kb. Dostları ilə paylaş: 1 2 |