fəridir. Turlar yuxarıda qeyd olunan xidmətlər kompleksi ilə təmin olunurlar. Ayrı-ayn xidmətləri özündə əks etdirən səfərlər Pekec tur adlamr. Turizm bazarında xidmətlər satışı bir qayda olaraq müqavilə
ilə həyata keçirilir. Turizm bazarında əməliyyatlar həyata keçirilərkən bir tərəfdən turizm xidməti istehsalçıları və turizm firmaları,
digər tərəfdən turizm firmaları ilə turistlər arasmda müəyyən hüquqi münasibətlər yaranır. Yuxanda qeyd edildiyi kimi bu münasibətlər müqavilə ilə tənzimlənir.
Turizm xidməti istehsalçıları ilə onun satıcıları arasmda
bağlanan müqavilə agent müqaviləsi adlanır. Bu müqavilədə tərəflərin öhdəlikləri, hüquqları, komissiyanın məbləği, mübahisələrin
həlli qaydaları göstərilir.
Adətən turizmdə tipik müqavilələrdən istifadə edilir. Belə
müqavilələrdə aşağıdakılar əks olunur:
• Müqavilənin predmeti;
• Tərəflərin öhdəlikləri;
• Turizm xidmətinin bronlaşdırma qaydası;
• Xidmət sənədləri;
• Qəbul, yerləşmə və xidmət şərtləri;
• Tibb xidməti;
• Sifarişin ləğvi qaydası;
• Hesablaşma şərtləri;
• Ziyan vurulmasına görə məsuliyyət;
• Xüsusi şərtlər;
• Münaqişələrin həlli qaydaları;
• Müqavilənin qüvvəyə minməsi, dəyişdirilməsi və xitam
edilməsi qaydası;
• Tərəflərin rekvizitləri.
Beynəlxalq turizmdə vauçerlərdən geniş istifadə edilir. Vau-
çer turistə xidmət göstərilməsi və qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun haqqının ödənildiyini və xidmətlə
rin göstəriləcəyi faktını təsdiq edən sənəddir. Yeri gəlmişkən
qeyd edilməlidir ki, bütün dünyada «Beynəlxalq turizm Vauçeri»ndən istifadə edilir.
Təəssüflər olsun ki, ölkəmizdə dünya təcrübəsi bir kənara
atılaraq «velosiped icad edilməsinə» cəhd edilmişdir. Belə ki, «turizm yollayışı» və «turizm vauçeri» birləşdirilmişdir. Azərbaycan
Respublikası Gənclər İdman və Turizm Naziri 11.07.05 il tarixində
«Xarici ölkələrdən Azərbaycana gələn turistlər üçün «Turizm yollayışı - vauçer»in forma və rekvizitləri və istifadə qaydaları»nı təsdiq etmişdir.
Sənəd aşağıdakıları özündə əks etdirir: