3. Turist məhsulunun ictimai xarakter daşanast Turizm tələbatı insan cəmiyyətinin müəyyən inkişaf mərhələsində əmələ
gəlir. Yorğunluq əvvəlki mərhələlərdə də olmuşdur. Lakin onu aradan
götürmək və əvvəlki insan qüvvəsini turist səfərlərinin köməyi ilə
bərpa etmək ancaq inkişaf etmiş sivil ölkələrin bünövrəsi əsasında mümkün
olmuşdur.
Beləliklə, turizm tələbatı orqanizmin zəifləməsi nəticəsində meydana
gələn prosesdir. Bu proses düşünülmüş şəkildə insanın normal funksiyalarını
turist səfərləri vasitəsilə bərpa etməyə yönəlmişdir. Deməli, turist tələbatı şəxsi
tələblər qrupuna aiddir və onun ödənilməsi şəxsi istehlak sistemində baxıla
bilər.
Turizm tələbatı özünü və ətraf mühiti dərk etmək məqsədini güdür və bu
sahədə turizmin imkanları sonsuzdur. Dərk etmə evolusiyanın vacib
elementidir. Dərk etmə olmasa, insan sivilizasiyası inkişaf edə bilməz. Digər
tərəfdən, turizmin bir çox elementləri mütəmadi olaraq cazibədarlıq «fonu»
yaradır. Bu iki çox vacib olan element turizm tələbatını insan ehtiyac qrupunun
vacib tələbatına çevirmişdir.
Turizm tələbatının yaranması insanın motivasiya nəzəriyyəsinə əsaslanır.
Bu nəzəriyyəyə görə turizm tələbatı insan davranışının motivləridir. Turizm
sahəsində məşhur tədqiqatçı P. Berneker belə hesab edir ki. turist tələbatının
əsas səbəblərindən biri səyahətin ürəkaçan olması və insana sevinc
gətirməsidir. Tədqiqatçı R.M. Kasımov turist tələbatını insanın təbii tələbatı
kimi qiymətləndirir, bu tələbatı insan turist səfəri zamanı ödəmiş olur. Turist
tələbatının bir sistem kimi öyrənilməsi bu anlayışı dialektik üsulla təhlil
etməyə imkan verir. Sistem nöqteyi nəzərindən turist tələbatının ödənilməsi
insanın özü-özünü tənzimləmə prosesinə bənzəyir. İnsanın şəxsi kontaktlara
olan ehtiyacları, yaşayış mühitini dəyişmək ehtiyacları özünü biruzə verir.
İnsan daim psixoloji uyğunluq axtarır və qrup tərkibində hərəkət etməyə meyl
göstərir.
Turizm tələbatı eyni zamanda ictimai xarakter daşıyır və ictimai
tələbatdır. Siyasi-iqtisadi elmin nəzəriyyəçiləri təsdiq edirlər ki, ictimai
tələbatlar istehsalın inkişafına səbəb olurlar. Onlar öz tələbatlarını ödəmək
üçün istehsalatı dəyişirlər.
Beləliklə, belə bir nəticəyə gəlmək olar. Turizm tələbatı təbii tələbatdır
və insanın inkişafı nəticəsində meydana gəlmişdir. İstehlak prosesi
nöqteyi-nəzərindən, o, insanın şəxsi tələbatıdır. İctimai istehsal nöqteyi
nəzərindən isə, o, ictimai xarakter daşıyır və ictimai tələbatdır. Aparılan təhlil
göstərdi ki. turizm tələbatı cəmiyyət və insan inkişaf etdikcə genişlənir və
dərinləşir. Turizm tələbatı insan yaşadıqca yaşayacaqdır, cəmiyyət dəyişdikdə
onun ancaq strukturu dəyişəcəkdir. Beləliklə, turizmin tələbatını insanın təbii
və tarixi tələbatı kimi qəbul etmək lazımdır. Bu tələbat turist səfərləri zamanı
Ödənilmiş olur.