Turizm və onun təşkili


Turizm məhsulunun istehsal texnalogiyasının təcrübəçi tələbələrə öyrədilməsi



Yüklə 78,69 Kb.
səhifə27/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   20   21   22   23   24   25   26   27   28
turizm texnaloji

18.Turizm məhsulunun istehsal texnalogiyasının təcrübəçi tələbələrə öyrədilməsi.
Turist məhsulu - alıcılara kompleks şəklində göstərilən xidmətlərdir. Bu
xidmətlərin kompleks şəklində hazırlanmasına - tur deyilir. Bu turlar turizm
sənayesində hazırlanılır.
Turizm sənayesinə (buna turizmin infrastrukturu da deyirlər) nəqliyyat,
yerləşdirmə müəssisələri, əyləncə, turist mallan və suvenirləri ticarət
mağazaları, turoperator və turagentliklər, reklam-informasiya müəssisələri,
turizmi idarə edən orqanlar, turizm tədris müəssisələri və elmi- tədqiqat
idarələri, banklar və sığorta kompaniyalan və s. daxildir.
Turist marşrutlarının tərtibi
Turist marşrutlarının tərtibatı turist məhsulunun hazırlanma
texnologiyasının əsas elementlərindən biridir. Bu işin görülməsi yüksək
sənətkarlıq tələb edir. Turist marşrutlan bir neçə mərhələyə hazırlanır və bu
proses bir neçə ayı əhatə edir. Bəzən turu tərtib edən şəxs özü bir neçə dəfə
marşrutla gedir və onun hazırlığını yoxlayır. Tərtibatçı marşrutun
təhlükəsizliyinə xüsusi fikir verir. Məsələn, tur avtobusla təşkil olunursa,
sərnişinlərin avtobusda aparılma qaydalarına və başqa normativlərə riayət
olunmalıdır. Marşrut zamanı harada gecələmək, harada qidalanmaq, harada
idmanla məşğul olmaq, əyləncə və s. bütün təsnifatı ilə göstərilir.
Turist marşrutu tərtib olunanda onun xüsusiyyəti, tarixi abidələrin və
başqa ekskursiyaların təsnifatı verilir. Axırda tərtib olunan marşruta pasport
verilir və marşrut təsdiq olunur. Turist marşrutu təsdiq olunduqdan sonra tur
şəklində formalaşır.
İki cür turun forması yaranır: pekidj tur və inklüziv tur. Pekidj tur turist
xidmətlərinin kompleksidir. Ona yerləşdirmə, qidalanma, nəqliyyat, idman,
tibbi və başqa xidmətlər aiddir. İnklüziv tura isə turistin istəyindən asılı olaraq
bu xidmətlərin ayrı-ayrı növləri aiddir.
Praktikada bu axınncıya çox rast gəlmək olur, yəni turist əwəl minimal
xidmət növü sifariş edir, sonra isə onlardan hansı xoşuna gəlirsə, on- lan əlavə
alır. Bu alınan turun qiymətini aşağı salır və vaxta da qənaət edir.
Kompleks tur xidmətlərdən və turistə lazım olan mallardan təşkil olunur.
Beləliklə, formalaşan turu turist məhsulu hesab etmək olmaz. Onu turist
məhsulu etməkdən ötrü, o, hələ 4 mərhələdən keçməlidir.
L Formalaşması;
2. Təcrübə sınağından keçməsi;
3. Reklam və təqdim olunma mərasiminin keçirilməsi;
4. Turların satılması.
Bu mərhələlərin bir. yerdə yığılması tur adlana bilər. Bundan başqa,
texniki iqtisadi əsaslandırma aparılmalıdır. Ola bilsin ki. formalaşmış tur
iqtisadi cəhətdən səmərəsiz olsun. Belə turların istifadəyə buraxılması
maraqsızdır. Ona görə ki. heç bir gəlir gətirmirlər. Beləliklə, formalaşan turun
2 sərhədi var;
1. yuxarı - cazibədarlıq, xidmətlərin və malların kompleksi;
2. aşağı - gəlirə təsir göstərən iqtisadi səmərəliyi.
Əgər bu iki şərt ödənilirsə, onda turun eksperimental tətbiqinə başlamaq
olar. Turun eksperimental tətbiqi reklam kompaniyası ilə birlikdə aparılır.
Bundan sonra, xərclərin hesabatı və gəlirin miqdarı təyin olunur. Bütün
güzəştlər və xərclər nəzərə alındıqdan sonra hazırlanmış turist məhsulunun
qiyməti təyin olunur və məhsul satışa buraxılır. Bu məhsul turo- peratorun
bazara buraxdığı əsas turist məhsuludur. Bəzi operatorlar turu formalaşdıranda
müştəriləri də dəvət edirlər. Onların gözünün qabağında və onların arzusu
nəzərə alınaraq kompüterin köməyi ilə real masştabda tur formalaşır. Tur
formalaşanda onun cazibədar olmasını, təhlükəsizliyini, kamil olmasını, yəni
tam olmasını, məlumatlı olmasını, çevikliyini və s. xüsusiyyətlərini nəzərə
almaq lazımdır.
Satılma qaydasından və turistin arzusundan asılı olaraq turlar fərdi
şəkildə və ya qrup şəklində təşkil oluna bilər.
Fərdi turlar turistə müstəqillik və səfərdə azadlıq verir. Lakin fərdi turlar
çox baha başa gəlir. Bütün xidmətlərin xərcini turist tək özü ödəyir. Qrup təşkil
olunanda isə bu xərclər qruppanın üzvləri arasında bərabər bölünür. Fərdi
turlar baha olduğuna görə geniş kütlə tərəfindən istifadə olunmur. Bundan
başqa, fərdi turlann təşkili mürəkkəb bir proses-dir. Onları təşkil etmək üçün
yerlərin və biletlərin planlaşdırılmasında kompüterdən istifadə etməyə ehtiyac
vardır. Digər tərəfdən fərdi turlar iqtisadi
cəhətdən çox sərfəlidirlər. Məsələn, 2-3 nəfərdən təşkil olunmuş ovçuluq
turizm səfərini götürək. Bu turizm səfərində tərcüməçi, bələdçi, at sürənlər,
yerli ovçular və başqalan qrupa xidmət göstərirlər. Bu turun təşkili ciddi
hazırlıq tələb edir; ov silahına və bioloji növə lisenziyalann alınması, ov
ərazisinin icazəsi, ov prosesində turistlərin müdafiəsi və s. Ona görə də,
firmanın iş planında turizmin hər iki növünün təşkilində müəyyən yer
olmalıdır.
Qruppalı turların təşkili asan və ucuz başa gəlir. Ona görə dä, geniş turist
kütləsi bu turlarda iştirak edirlər.
Cazibədar turist məhsulunun yaranması
Cazibədar turist məhsulunun yaranması turoperatorun ən vacib
vəzifələrindən biridir. Turist firmasının bu fəaliyyəti, bilavasitə istehsalat
xarakteri daşıyır. Bazar siyasəti turist məhsulunu istehsal edən və satan
müəssisələr arasında razılaşdırılmış qərar qəbul olunmasını tələb edir. Turların
assortimentləri, onların miqdarı və xidmət proqramları adı çəkilən təşkilatlar
arasında razılaşdırılmalıdır.
Turizm məhsulunu yaradanda belə bir sual meydana çıxır. Bu məhsulu
kim alacaqdır və turistə nə lazımdır? Turist mehmanxanada ancaq yer almır,
onu təzə hisslər və sürprizlər maraqlandırır; restoranda onu tək bifşteks və ya
kotlet maraqlandırmır, eyni zamanda onu maraqlandıran rahat şərait, ona
göstərilən qayğıkeşlik və diqqətdir. Ona görə də, turist məhsulunu yaradanda,
birinci onun xüsusiyyətlərindən və alıcılıq qabiliyyətindən və
cazibədarlığından başlamaq lazımdır. Turist məhsulunun istehsalında və
satılmasında bu xüsusiyyətlər əsas götürülür. Bu xüsusiyyətlərin turist
məhsulunda olması, birinci mərhələdə, yəni məhsulun istehsalının
planlaşdırılmasında turistlərin arzularının nəzərə alınması və sonuncu
mərhələdə turdan sonra turistlərin səfərdən nə qədər razı qaldıqlarını
öyrənməklə təyin edilir.
Qonaqpərvərlik
Qonaqpərvərlik - turist məhsulunun ayrılmaz bir hissəsidir. O, turizmdə
çox qədim bir kateqoriyadır. Onu heç nə ilə ölçmək mümkün deyil. Lakin onun
olmaması turist məhsulunu çox solğun və mənasız edir və turistin tələbləri və
arzulan yerinə yetmir. Qonaqpərvərlik nə deməkdir və onu necə başa düşmək
lazımdır? Qonaqpərfərlik elə bir ustalıqdır ki. nəticədə qonaq hiss edir ki, ev yiyəsi doğrudan da, qonağı qəbul etdiyi üçün çox xoşbəxtdir. Qonaqpərvərliyin elementləri - nəzakət, qonağı gülər üzlə
qarşılamaq və qonağa hörmətdir. Bundan başqa,
a) qonağa turizm mərkəzində olan istirahət, əyləncə və tarixi abidələr
haqqında məlumat verib, göstərmək lazımdır ki, onu burada çoxdan
gözləyirlər;
b) turist regionu və burada olan xidmətlər haqqında «ağzı dolu» danışmaq
və qonaq qarşısında turist mərkəzinin müsbət imicini yaratmaq lazımdır;
c) turistə hər cür diqqət yetirmək, onun xahiş və arzularını tezliklə yerinə
yetirmək lazımdır və fikirləşmək gərəkdir ki, qonağa başqa hansı
hörməti etmək olar;
d) turfırma haqqında məlumatları almaqda qonağa kömək etməli və ona
göstərilən xidmətləri yüksək səviyyəyə qaldırmalı.
Bu prinsiplərin hamısı göstərilən xidmətlərin texnologiyasında əsas yer
tutmalıdır. Xüsusi ilə, turistlə ünsiyyətdə ona daim hörmət əlamətlərini
göstərməli, «turist bir qonaq kimi daim haqlıdır» prinsipini rəhbər tutmalıdır.
Qeyd etmək lazımdır ki, qonaqpərvərlik hər xalqın özünəməxsus milli
xüsusiyyətlərini daşıyır. Müasir beynəlxalq turizmdə qəbul olunmuş
qonaqpərvərlik dünya xalqlannın qonaqpərvərliklərinin sintezidir. Buna
baxmayaraq, Azərbaycan xalqının qonaqpərvərliyinin parlaq xüsusiyyətləri
bütün xalqlar tərəfindən böyük minnətdarlıqla qəbul olunur.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin