Turizmdə mühasibat uçotu və auditin təşkili istiqamətləri” mövzusunda magistr dissertasiyasi



Yüklə 6,26 Mb.
səhifə20/30
tarix10.01.2022
ölçüsü6,26 Mb.
#106216
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
Cədvəl 9.

Respublikamızın bölgələrində çox zəngin təbiət resursları, meşələrin sıx və çox olması, dağ landşaftının gözəl və geniş şəkildə yayılması ekoturizmin inkişaf etdirilməsi çox geniş vürsətlər yaradır.

Həmçinin, Azərbaycanda bir çox  idmannövlərinin inkişafı üzrə bir sıra tədbirlərin keçirilməsi də, olkəmizdə turizmlə vəhdət təşkil edən yeni bir turizm növü olan- idman turizminin yaranması və inkişafına üçün əhəmiyyətli dərəcədə təsir
göstərir. Ölkədə turizm növlərinin çox olması , respublikamızın turizm bazarında rəqabət imkanlarınını daha geniş formada artmasına imkan verir.  Onu da qeyd etmək lazımdır ki, indiyənə qədər Respublikamızın  vətəndaşları qış mövsümündə istirahət etmək məqsədilə xarici ölkələrə üz tuturlar. Amma indi Azərbaycanda Qusarda “Şahdağ” Yay-Qış istirahət kompleksi və 2014- ci ilin yanvar ayında Qəbələ rayonunda vətəndaşların istifadəsinə verilən “Tufan” Dağ-Xizək Mərkəzi adlanan iki qış turizm müəssisəsi fəaliyyət göstərir.

Ölkələr arasında iqtisadi-mədəni əlaqələrin daha da genişlənməsinə turizmin inkişafı səbəb ola bilir. Buna görə də, daha çox səyahət olunan ölkələr haqqında məlumatlar onlara olan təlabatın yaranması, turizm infrastrukturunun mövcud olduğu səviyyənin`araşdırılması və inkişaf planlarının işlənib hazırlanması bu sahədə olan statistik uçotun aparılması zərurətini gündəmə gətirmişdir.



Turist fəaliyyəti ilə məşğul olan təşkilatlarda turist məhsullarının
planlaşması, uçotu və maya dəyərinin kalkulyasiyası, maliyyə nəticələrinin
reallaşması üzrə metodiki göstəriclərdə, idarəetmə sistemində tətbiq edilə
bilən sifariş metodundan istifadə edilməsini nəzərdə tutur. Bu zaman uçot
obyekti kimi, konkret turist xidmətinin yerinə yetirilməsinə çəkilən ayrı-
ayrı məsrəflər, nümunəvi turist xidmət qrupları, yaxud turist xidməti
göstərmək üçün sifarişlər məcmuu əsas göstərilir.

Bütün sifarişlərin (turist qruplarının) maya dəyəri, qruplar üzrə
bütün məsrəflərin məbləğini toplamaqla müəyyən edilir. Bir turist
gedişatının maya dəyəri isə qrupun ümumi məsrəflərini, qrupdakı turistlərin
sayına bölməklə hesablanıb təyin olunur. Turist təşkilatı üçün maya
dəyərinin kalkulyasiya obyekti, ayrı-ayrı tur məhsulları çıxış edir. Onun
maya dəyərinə, hər bir turməhsulunun istehsalı, hərəkəti və satışı ilə
bağlı olan məsrəflər daxil edilir. Tur məhsulunun hər bir vahidinin həqiqi
maya dəyəri turdan qayıtdıqdan sonra tura dair şikayət ərizəsi olduqda, baş
verən məsrəflərə düzəliş verməklə sifariş yerinə yetirildikdən sonra təyin
edilir.
İdarəetmə uçotu prosesində 202 "İstehsalat məsrəfləri", 202/10
"Köməkçi istehsalat” və 601 "Satış" sintetik hesablarına, turizmin növləri
(su, dağ, piyada və i.a.), yaxud digər nişanələr üzrə turfəaliyyətini
göstərən turfirmaların turist fəaliyyətinin istiqamətləri üzrə subhesab-
lar açılır. Bundan başqa, birbaşa (müstəqim) məsrəflərin, verilmiş
(alınmış) sifarişlərə düzgün daxil edilməsini təmin etmək üçün sifarişlərin
kodu (şifrəsi) göstərilməklə ilk sənədlərin uçotu təşkil edilməlidir (bax
paraqraf 2.3-ə). Kalkulyasiyanı düzgün aparmaq məqsədilə sifarişlərin
tərkibində, onların növlərini ayırmaq mümkündür. Bu cür işin təşkili,
məsrəflərin xidmət növləri üzrə uçotunun aparılma qaydasını müəyyən
hallarda sadələşdirir. Turist təşkilatı, vasitəçi kimi fəaliyyət göstərən
hallarda onun uçotunda ancaq komisyon (yaxud agent) mükafatlandırılması əks
etdirilir. Bu cür halda sözügedən fəaliyyəti ayrı uçota almaq lazımdır.
Bunlardan başqa, turoperator, özünün turməhsullarından, eləcə də digər
kommersiya xidməti göstərməkdən başqa xidmətin hərəkəti və satışım aparan
zaman turist təşkilatı ticarət, təchizat, yaxud digər vasitəçilik
fəaliyyətini yerinə yetirən sahə kimi fəaliyyət göstərir. Bu cür halda
turoperator və vasitəçilik (turagent) fəaliyyətini ayrı uçota almaq
lazımdır.
Qeyri-müstəqim (dolayı) məsrəflər dedikdə turist məhsulunun
istehsalının təşkili və onların idarəedilməsi ilə bağlı olan xərclər başa
düşülür və onlara turist təşkilatının fəaliyyətinə ümumilikdə, həm də
xüsusi metodla müvafiq obyektin maya dəyərinə daxil edilən məsrəflər
daxildir. Bu məsrəflər, öz növbəsində, ümumistehsalat, ümumtəsərrüfat və
kommersiya xərclərindən ibarətdir.

Ümumistehsalat məsrəflərinə, turməhsullarını bilavasitə formalaşdıran
bölmələrin, eləcə də məsrəflərini sifarişə birbaşa aid etmək mümkün
olmayan, o cümlədənturist xidməti göstərmək üçün istifadə olunan binaların
saxlanması və icarə haqqı üzrə köməkçi bölmələrin məsrəfləri aid edilir.
Ümumtəsərrüfat məsrəflərinə isə inzibati-idarəetmə məsrəfləri, eləcə də
idarəetmə üçün məsləhət, informasiya və sair xidmətlərlə bağlı olan
məsrəflər daxildir.
Sifariş metodu, üç mərhələni: hazırlıq, sifarişin yerinə yetirilməsi
və xüsusi kalkulyasiyaetmənin keçilməsini nəzərdə tutur. Turist fəaliyyətində sifarişin yerinə yetirilməsi mərhələsi, turu əldə etmək üçün müştərinin (sifarişçinin) müraciətindən başlanılır.

Sifarişin açılmasına dair, adətən sifarişçi ilə müqavilə bağlanılır
Onda sifarişçinin fərdi nömrəsi (kodu, yaxud sifarişin şifri), turist
xidməti və onların miqdarı, qısa xarakteristikası, hansı struktur bölmələri
tərəfindən və xidmətin hansı müddətə yerinə yetiriləcəyi, plan maya dəyəri,
satış qiyməti və digər informasiyalar göstərilir. Sifariş, onun yerinə
yetirilmə prosesində iştirak edən struktur bölmələri üçün zəruri olan
miqdarda xüsusi blanklarda tərtib edilir.

Hər bir sifarişin kalkulyasiyası üçün sifarişə aid qeyri-müstəqim
xərclərin bölüşdürülməsinin bazasını: əsasını (miqdar ifadəsində) düzgün müəyyən etmək lazımdır.

Turist fəaliyyəti ilə məşğul olan təşkilatlarda da turist məhsullarının və maliyyə nəticəsinin reallaşmasının planlaşdırılması, uçotu və kalkulyasiya edilməsi üzrə metodiki göstərişdə aşağıdakı bölüşdürmə baza variantı göstərilir:
- müstəqim (birbaşa) məsrəflər;

-işçilərin əməyinin birbaşa (müstəqim) ödənişi;

Qeyri-müstəqim məsrəflərin sifarişə aid edilməsi üçün qeyri-müstəqim xərclərin (qrupların), bölüşdürmə bazasına (qrupuna) olan nisbətiniti kimi, büdcə stavkası (norması) hesablanır.

Misal. 2014-cü ilin aprel ayında turist təşkilatı aşağıda göstərilənüç sifarişi yerinə yetirməyə dair sifariş qəbul etmişdir.

l-ci sifariş. Fərdi turist göndərişi, gənclər tərəfindən verilmişdir.
Onlar, ailə qurulmasına dair yeddi gün ərzində (aprel ayının 6-dan l2-ı tarixinə kimi) ən mühüm hadisəni Krakovda (Polşa) bayram etməyi qərara almışlar. Xaricə getmək üçün ilk növbədə əvvəlcədən viza (icazə) almaqzəruridir. Viza (icazə) müxtəlif formalarda olur.

Məsələn,gənc ailələr, tura ancaq "evliliyin ilk ayım" qeyd etmək üçün getdiklərindən onlara birdəfəlik viza (İcazə) alınması daha səmərəli sayılır. Vaxta qənaət etmək məqsədilə müştərilər səyahəti dəmir yolu ilə deyil, uçuş yolu ilə (təyyarə ilə) yerinə yetirməyi məqsədəuyğun hesab etmişlər. Şəhəri, daha ətraflı
öyrənmək üçün müştərilər ekskursiya rəhbəri əvəzinə "nümunə-1" sifarişini
vermişlər. Bundan başqa, sifariş təyyarə limanından mehmanxanaya qədər
gəlməyin tez və etibarlı transfer edilməsini və mehmanxanadan təyyarə
limanına qayıtmasının transfer edilməsini təmin etməyə imkan yaradır.
2-ci sifariş. Konsaltinq şirkəti öz 10 işçisini Varşavada (Polşada)
təşkil edilən biznes turda iştrak etmək üçün zəruri sənədlərin
rəsmiləşdirilməsinə dair turist təşkilatına müraciət etmişdir. Sifarişçi,
Polşa bazarında ilk dəfə təqdim olunduğundan və onun sifariş verənlərin
xidməti necə qəbul edəcəyini bilmədiyindən viza (icazə) almaq üçün turist
təşkilatına bir neçə dəfə müraciət etmişlər. Reklam və informasiya
ədəbiyyatlarında kifayət qədər zəruri materiallar verildiyindən müştəri
üçün dəmir yolu bileti almaq daha səmərəli sayılır. Bununla əlaqədar
olaraq müştərilər üçün fərdi bilet əvəzinə ən səmərəli variant hesab edilən
qrup şəklində biletlər bronlaşdı- nlmış və alınmışdır. Bu zaman müştərinin
yükü ağır olduğundan müştərilər informasiya ədəbiyyatlarında tərəf
müqabillərinə dair kifayət qədər məlumat olmasına əsaslanaraq nəinki
dəmir yolu vağzalından mehmanxanaya və genyə transfer sifarişi vermişlər.
Müştərilər, biznes - proqramının geniş planlaşdmlmasmdan asılı olaraq
səyahət xidmətindən imtina etmişlər. Sifa- nşm rəsmiləşdirilməsinin
təcililiyi, sənədlərin sifarişçiyə çatdırılması ücün kuryerın xidmətindən
istifadə etməyi zəruri hesab etmişdir.

3-cü sifariş. Bazar günlərində təşkil edilən turlar daha böyük
tələbata rinin xərclərinin azalmasına şərait yaradır. Onların xüsusiyyəti
mehmanxana və aviaşirkətləri arasında razılaşmanın mövcudluğundan
ibarətdir. Bütün sadalanan məhdudiyyətlər bazar günlərində təşkil edilən
tur yaşayış uçuş, bir neçə dəfə viza (icazə) açılışını özündə
birləşdirdiyindən Azərbaycanda dincələnlərdə heç bir problem yaratmır. Bu
cür turda yemak və seçmə yolu ilə iki dəfə səyahətin pulsuz təqdim edilməs,
uçun rahatdır Cədvəl 10- da üç sifarişi icra etməklə bağlı, olan mustəqım
məsrəflər haqda informasiya təqdim edilmişdir. Çıxış informasiyaları,
yazılış və sifariş blanklarımn qeydiyyat jurnalında müvafiq yazılışların
aparılmasına şərait yaradır.


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin