Ardıcıllıq: Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən biri ardıcıllıq hesab edilir. Maliyyə hesabatlarında göstərilən informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini müqayisəlik prinsipi tələb edir. Təşkilat tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini informasiyanın ardıcıllığı göstərir.
Münasiblik: İstifadəçilərin keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab edilir.Münasiblik informasiyanın mahiyyəti və əhəmiyyətlərindən asılır.
Əhəmiyyətlilik: Maliyyə hesabatlarını təqdim edənlər tərəfindən nəzərə alınmaması və təhrif olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarların qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur.
Etibarlılıq: Tərkibində əhəmiyyətli dərəsəcə hesab edilən səhvlər və əvvəlcədən yaranan yanlış (qərəzli) fikirlərin olmadığı informasiya etibarlı hesab edilir. Etibarlı informasiya bir sıra keyfiyyətlərə malik olmalıdır: neytrallıq, ehtiyatlılıq, düzgün təqdimat və tamlıq kimi keyfiyyətlər.