Turizmdə mühasibat uçotu və auditin təşkili istiqamətləri” mövzusunda magistr dissertasiyasi



Yüklə 6,26 Mb.
səhifə27/30
tarix10.01.2022
ölçüsü6,26 Mb.
#106216
1   ...   22   23   24   25   26   27   28   29   30
Nəticə və təkliflər

Azərbaycan Respublikasında da dünya təcrübəsində olduğu kimi,


iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizm inkişaf edərək bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətin, bütün təbəqələri üçün demək olar ki, gəlir mənbəyi rolunu oynayır. 

Dünyanın hər bir yerində dövlətlər və sivilizasiyalar səviyyəsində turizmin inkişafına böyük maraq göstərilir. Məhz buna görə də, hazırda turizmin inkişafına beynəlxalq maliyyə qurumları və təşkilatları öz maraq və diqqətlərini artırırlar. Keçirilən sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının isə orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur.


İnsanların dünyanın öyrənilməsinə dair artan marağı, əhalinin həyat
səviyyəsinin yüksəlməsi, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı, qloballaşma və s. əsas artım faizinin artmasının səbəblərindən biridir.

Azərbaycanda Respublikasında Gənclər, İdman və Turizm Nazirliyinin fəaliyyət planında turizmin inkişaf etdirilməsi əlaqədar məhz regionlarda yeni turizm infrastrukturunun qurulması, yerli və xarici sərmayəçilərin regionlara cəlb olunması və orada yeni turizm müəssisələrinin yaradılması ilə əhalinin


məşğulluğunu təmin etmək planın ilkin istiqamətlərindən hesab edilir.

Əsasən zəngin insanlara xidmət edən turizm əvvəllər yalnız nəqliyyat və yerləşmə xidmətlərini təklif edirdi. Bu hələ müasir " XX əsrin


fenomeni" olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi.
Beynəlxalq səviyyə malik olan turizmin olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı
iqtisadi, siyasi və mədəni əlaqələrin olması ilə mümkün olmuşdur. Bu isə
beynəlxalq bazarın formalaşma dövrü, beynəlxalq ticarətin artması və
yeni nəqliyyat vasitələrinin meydana gəlməsi ilə eyni vaxta təsadüf edir.
İstirahət və əyləncənin ən fəal formalarından biri turizmin təşkili işi olmaqla yanaşı onun həyata keçirilməsində bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyalar xüsusi əhəmiyyət malikdir.

Müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi


əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı
münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən bir sahəsi turizm hesab edilir.

Aparılmıs tədqiqatdan belə bir nəticəyə gəlmək mümkün olmuşdur ki, hal-hazırda  turizm müəssisələrində gəlirlərin və xərclərin uçotunun təkmilləsdirilməsi


aktual məsələlərdən biridir.

Turizm müəssələrində mühasibat uçotu və auditin təkmilləsdirilməsi


ilə əlaqədar aparılan tədqiqatdan bir sıra nəticələrə nail olunmuşdur, onlar aşağıda qeyd edilmişdir:

1. Bazar iqtisadiyyatı  səraitində yeni turizm müəssisələrinin


yaranması, innovative yeniliklər, xidmət çesidlərin müxtəlifliyi, bir sıra yeni
rəqabət istiqamətlərinin əmələ gəlməsi, turizm müəssisənin gəlirlərinin
artırılmasında olan marağı və bu artımın müasir
dövrdə bu sahənin öyrənilməsində vacibdir.

2. Bu yolda görülən islərdən biri Milli Mühasibat Uçotu Standartlarının Mühasibat Uçotunun Beynəlxalq Standartları uyğunlasdırılmasının daha da dərindən öyrənilməsidir. İndiki hesablar planında analitik hesabların


köməyilə daha çox hesabların əldə edilməsi mümkündür. Onun üç rəmzli şifrələrdən ibarət olması əsas səbəblərdən biridir.

Bu isə öz növbəsində gəlirlərin və xərclərin uçotunun daha  təkmilləsdirilmiş formada və dəqiq əks etdirilməsinə


sərait yaradır.

3. İstehsal xərclərinin uçotunda mühasibat uçotunda ən informativ yöndə məlumatlar və maya dəyəri əks olunur. Gəlirlərin və xərclərin uçotunda müasir sistemlərin tətbiqi (misal üçün ABC sistemi) müasir bazar iqtisadiyyatındamühasibat uçotunda informasiyaya nail olunmasında yüksəliş əldə edir. Maya dəyərinin hesablanmasının dəqiqliyi məhz bu zaman də nəzərə çarpacaq qədər artır.Buna misal olaraq son zamanlar zamanla idarə olunan  ABC sistemi yaradılmışdır. Belə ki, müasir dövrdə bir çox məsələlərin həllində zaman amili mühüm rol oynayır.

4. Turizm müəssisələrində gəlirlərin və xərclərin uçotunun
təkmilləşdirilməsi sahəsində mühasibat sisteminin avtomatlaşdırılması və kompüterləsdirilməsi irəli sürülən məsələlərdən biridir. Bunlar müəssisənin
fəaliyyətinə çox böyük dərəcədə təsir göstərir, hesabatların tərtib
olunmasını əsaslı şəkildə  asanlasdırır.

5.Auditor təskilatı auditor yoxlamasının gedisində müəssisənin


muhasibat uçotu sisteminin təskilinin mövcud normativ sənədlərə uygunlugunu
mütləq müəyyənləsdirməli və askara çıxarılan səhvləri isçi sənədlərində əks
etdirməlidir.
6. Müəssisənin muhasibat uçotu və uçot siyasətinin təşkilinin auditor
yoxlamasının nəticələri üzrə auditor rəyinin bölməsi kimi auditor 
səhadətnamə tərtib etməlidir.

7.Aauditor yoxlanılması zamanı istehsal xərclərinin doğruluğu,


istehsal xərclərinin kalkulyasiya maddələri üzrə uçotunun düzgünlüyü;
material xərclərinin uçotunun və bölüsdürülməsinin, istehsala xidmət və idarəetmə üzrə məsrəflərin düzgünlüyü, sosial sığorta orqanlarına ayırmaların, əmək haqqı xərclərinin, istehsalın hazırlanması və sınanması məsrəflərinin, müəyyənləsdirilməlidir.
8. Audit Bazar iqtisadiyyatının zəruri elementi kimi  audit hesab edilir,çünki istifadəçilərin  qəbul olunmuş qərar ilə istifadə etdikləri muhasibat uçotunda

müəyyən səhvlərə yol verilə bilər və bu səhvliklər onun etibarlılıq dərəcəsi istifadəçilərin əksəriyyəti tərəfindən sərbəst şəkildə  müəyyənləsdirilməsi qeyri


mümkündür.
Turizm sahəsində çoxlu çatışmazlıqlar da göz önündədir. Bunlar
aşağıdakılardır:
1.Aparılan araşdırmalar nəticəsində Qanunvericiliyə uygun olaraqməcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması kütləvi xarakter daşıdığı müəyyən edilmisdir. Aparılan təhlillərdən məlum olmuşdur ki, bu növ qanun pozuntularına görə məsuliyyətin müəyyən edilməsinə baxmayaraq cərimənin tətbiq edilməsi mexanizmi müəyyən edilməməsi  auditdən yayınmanın əsas səbəbidir.
2. Hal- hazırda respublikamızda Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə, BMT-nin Statistika Komissiyasının standartlarına uygun olan, dünya təcrübəsinə cavab verə biləcək  statistik məlumatlar mövcud deyil. Azərbaycana gələn turistlərin dəqiq sayı, onlara göstərilən xidmətə görə büdcəyə daxil olan vəsait, turist vizası ilə xarici ölkələrə səyahətə gedən Azərbaycan vətəndaşlarının sayı haqqında müxtəlif göstəricilər verilir.Dəqiq statistik məlumatların olmaması isə öz növbəsində turizm sahəsində mövcud olan vəziyyəti daha dəqiq təhlil etməyi çətinləşdirir.
3.Respublikamızda auditin təskili sahəsində yerinə yetirilməsi vacib
olan tədbirlərdən biri də, respublikada fəaliyyət göstərən auditorlar
arasında sağlam rəqabət mühitinin təşkil edilməsidir. Təcrübə göstərir ki,
sifarisçilər auditor seçərkən onun mütəxxəssisliyini,  səriştəliliyini, iş təcrübəsini və
digər dəyərli keyfiyyətlərini nəzərə almaq yerinə onlardan hansının
daha ucuz məbləğə audit aparacağını nəzərə alaraq və onlarla müqavilə
bağlayırlar. Auditorlar isə respublikada audit fəaliyyət dairəsinin dar 
oldugunu, həm də qanunvericilikdə məcburi audit aparılması nəzərdə tutulan
təsərrüfat subyektlərinin sayı az olduguna görə audit dəyəri barədə
sifarisçilərin təklifi ilə razılasmaq məcburiyyətində qalırlar. Məhz bu səbəbdən də qanunvericilikdə audit aparılmasının minimum məbləği mütləq təyin edilməlidir. Həmçinin auditor üçün lazım olan şəraitin yaradılmasında sifarişçi məsuliyyət dasımalı, belə ki, lazım olan sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və həmin sənədlərin düzgünlüyünə məsuliyyət dasımalıdır.

4. Audit nəzarəti standartları ölkə üzrə hazırlanmalıdır. Audit nəzarəti standartlarında nəzarətin icrasının vahid norma və qaydaları təyin edilməli, hesabat sənədlərinin dəqiq və düzgün təsviri verilməli, baş verən pozuntuların və normativ aktlardan kənarlaşmaların formaları bir –bir qeyd edilməlidir. Bu standartlarda həm hər bir nəzarət orqanın yerinə yetirəcəyi   islər, həmçinin mütləq yoxlanılmalı və aydınlasdırılmalı olan məsələlər və ya suallar əks olunmalıdır. 

5. Hesablama Palatasının fəaliyyətinin təhlili bir daha sübut edir ki, bu qurumun bütövlükdə dövlət maliyyə nəzarəti sistemində ali orqan kimi tutduğu yer və mövqeyində bəzi məsələlərin istər hüquqi müstəvidə, istərsə də metodiki təminat baxımından həll olunmasına ehtiyac vardır. Misal olaraq, xarici və daxili
nəzarət orqanlarının səlahiyyətlərinin kifayət qədər ayrılması baş verməmişdir;

6. Bütövlükdə vahid maliyyə nəzarəti standartları ölkə miqyasında formalasmamışdır;


dövlət maliyyə orqanlarının təqdimat və göstəricilərinin baxılması və icra
edilməsinin, həm də maliyyə pozuntularına görə inzibati məsuliyyət
sanksiyalarının reqlamentləşdirilmiş qaydaları yoxdur. Məhz bütün bunları nızırı alaraq birinci növbədə Hesablama Palatasına inzibati pozuntulara qarşı konkret cəza qərarı çıxarmaq səlahiyyəti verilməlidir.

Təkliflər:


Qarşıya qoyulan məqsədlərin reallaşması üçün aşağıda qeyd edilmiş
tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

- Turizmin yüksək səviyyədə olması üçün turistlərə təklif olunan turizm


məhsullarının da inkişaf etdirilməsi ən mühüm işlərdən biridir. Ona görə ki, turizm məhsullarının inkişaf etməsi turizmdə uğurlu fəaliyyət xidmətlərin və turizm məhsulunun keyfiyyətindən hədsiz

asılıdır. Bu vaxt turizm məhsulunun keyfiyyəti ilə onun qiyməti arasında uyğunluğun düzgün olması, istər yerli , istərsə də xarici turistlər üçün turizm məhsullarının qiymətləri cəlbedici olmasıni təmin etmək lazımdır; 

-  Müasir tələblərə uyğun olaraq fəaliyyət göstərən turizm obyektlərinin qurulması ;

- turizm xidmətinə dair mütərəqqi vasitələrin və standartların hazırlanması və tətbiq edilməsini reallaşdırmaq lazımdır; 

- turizm sahəsində çalışan mütəxəssislərin peşə hazırlığı səviyyəsini daima
yüksəltmək,turizm bölməsi üzrə kadr hazırlığı sahəsində geniş təcrübəyə malik ölkələrlə beynəlxalq əməkdaşlığı daha da genişləndirmək ,turizm ehtiyatlarının qorunmasını təşkil etmək və bu ehtiyatlardan səmərəli şəkildə
istifadə etmək. 

- qeyri-qanuni əldə edilmis gəlirlərin aşkarlanması , dondurulmasını və onların müsadirəsi üsullarını  asanlasdıra biləcək mövcud hüquqi vasitələrin


möhkəmləndirilməsi. Azərbaycanda da turizm sənayesinin  daha da inkişaf etdirilməsi üçün müxtəlif tipli dövlət proqramları işlənib hazırlanmışdır (2002-2005, 2008-2016). Bilirik ki, ölkəmizdə turizmin inkişafına nail olmaq üçün ixtisaslı kadrların olması mütləqdir. Məhz bu səbəbdən Azərbaycan Turizm İnstitutu 2006- cı ildə yaradıldı. Bu gün ATİ öz fəaliyyətini uğurla yerinə yetirir və bu institutda hazırlanan kadrların gələcəkdə turizm sənayesinin inkişafına öz töhvəsini verəcəklərinə biz inanırıq.

 


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin