Cədvəl 10 . Sifarişin yerinə yetirilməsi ilə bağlı olan müstəqim məsrəflər
Məsrəflər maddələri
|
Maya dəyəri (turgedənlərin sayından asılı olan)
|
Sifarişlər
|
Tura gedənlərin sayı
|
1
|
2
|
3
|
Viza(icazə)
|
Bir
|
2
|
10
|
25
|
Bir dəfə
|
25 Azn
|
50
|
250
|
50
|
Iki dəfə
|
40 Azn
|
+
|
+
|
+
|
Bir neçə dəfə
|
100 Azn
|
|
|
|
Yaşayış
|
Bir
|
|
|
|
|
Gəlinən gün
|
768
|
2560
|
480
|
Güzəşt
|
Gün, cəmi
|
06.04.2014
|
06.04.2014
|
|
%
|
O cümlədən işçi günü
|
7
|
7
|
4
|
30%
|
O cümlədən bazar günü
|
5
|
5
|
4
|
3
|
40 Azn
|
2
|
2
|
0
|
4
|
50 Azn
|
|
+
|
|
5
|
60 Azn
|
|
|
|
Ora və geriyə bilet
|
Bir
|
|
|
|
Avto
|
440 Azn
|
880
|
1800
|
880
|
Dəmiryolu
|
180 Azn
|
+
|
|
+
|
Səyyahət
|
Yox
|
|
+
|
|
1-ci növ
|
60 Azn
|
60
|
0
|
0
|
2-ci növ
|
45 Azn
|
+
|
|
|
3-cü növ
|
40 Azn
|
|
|
|
4-cü növ
|
30 Azn
|
|
|
|
Transfer
|
0
|
60
|
35
|
60
|
Dəmiryolu-otel
|
35 Azn
|
|
+
|
|
Dəmiryolu-otel-dəmiryolu
|
50 Azn
|
|
|
|
Aeroport-otel
|
40 Azn
|
|
|
|
Aeroport-otel-aeroport
|
60 Azn
|
|
|
|
III FƏSİL: Auditin təşkilinin təkmilləşdirilməsi istiqamətləri
3.1 Turizm məhsulunun reallaşdırılması və audit xidmətinin təkmilləşdirilmısi.
Turizm məhsulu bir çox mərhələlərdən keçərək reallaşır . Mərhələlər iki cür xarakterizə olunur: satılma həcmi və gəlirin dəyişməsi . Məhsulun bazara çıxarılması və turizm müəssisəsi tərəfindən onun bir məhsul kimitəqdim edilməsi ilk
mərhələ sayılır. İlk mərhələdə satış kifayət qədər olmur və satışın nəticəsi olaraq,gəlirin də az olması bu mərhələ üçün xarakterik xüsusiyyətdir . Marketinq siyasətinə çəkilən xərclər ilk mərhələdə digər xərclərdən hədsiz dərəcədə yüksək olur.
İkinci mərhələ isə inkişaf mərhələsi hesab edilir. Satış həcminin və gəlirin
artması ilə xarakterizə olunan ikinci mərhələdə isə marketinq xərcləri yüksəlir və onun yüksəlməsi ilə də rəqabət başlayır.
Üçüncü mərhələ kamillik mərhələsidir adlanır.Ücuncü mərhələnin xarakterik xüsusiyyəti: satışın zəifləməsi və stabilləşməsidir. Ücüncü mərhələdə müştərilərin sayının artmaması müşahidə olunur. Bu mərhələdə gəlirin miqdarının azalmasına baxmayaraq, onun yenə də yüksək olaraq qalması müşahidə olunur.Sonuncu mərhələdə zəifləmə qeyd olunur. Turist sferasının turist məhsulundan doyması məhz bu mərhələdə baş verir.Bu mərhələdə müntəzəm şəkildə satışın həcmi və gəlirin miqdarının azalması müşahidə olunur.
Yeni məhsullar bazarda meydana çıxmağa başlayır. Üçüncü mərhələ çox vacib mərhələlərdən biri hesab edilir. Turizm müəssisəsi məhsulu yeniləyərək və yaxud da yeni məhsul istehsal etmək kimi cəhdləri məhz bu mərhələnin qarşısını almaq məqsədi ilə həyata keçirir .
İnsanlara Turizm - ekskursiya təşkilatları tərəfindən insanlara təqdim olunan kompleks xidmət - Turizm məhsuludur. Turizm məhsulun istehsal olması üçün təşkil edilmiş kompleksli sistemi isə turizm sənayesi hesab edilir. Səyahəti təşkil edən zaman turisti lazım olan hər bir şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi turizm sənayesidir. Daha ətraflı desək, turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür.
Turizm sənayesi –turistlərin yerləşdirməsi və nəqliyyat vasitələri ilə təmin edilməsi, bir sıra obyektlər olan ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman, turoperator, turagent, ekskursiya və bələdçi-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur. Turizmin kütləvi formada geniş şəkildə inkişaf etməsi bütün dünyada turizm sənayesinin və digər sahələrin, elm və təhsil, həmçinin, mədəniyyət sisteminin adekvat inkişafına səbəb olmuşdur. Turizm sənayesinin yüksək texnoloji standartlara cavab verən maddi-texniki bazaya malik olması əlaqədar yüzlərlə vətəndaşları işlə təmin edir və bununla da turizmin sənayesini bütün sahələri ilə
qarşılıqlı əlaqədə fəaliyyət göstərən bir sənaye hesab etmək olar.
Turizm sənayesinin aşağıda qeyd edilən mənaları mövcuddur:
1. Texniki xidmətinin sərnişin nəqliyyatının (hava, su, avtomobil, dəmiryolu) çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyəti.
2. Müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin, xüsusən turizm
xarakterini birbaşa hiss elətdirməyən və turizm üçün “ikinci dərəcəli” hesab
edilən müəssisələr (o cümlədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti,
kənd təsərrüfatının bir çoxsahələri və s.) ilə birgə fəaliyyət. Buradan bird aha aydın olur ki, turistin istifadə etdiyi geniş xidmət sahələrini özündə
birləşdirən təsərrüfat kompleksi turizm sənayesidir.
Turizmin inkişaf mərhələsində olması ölkənin iqtisadiyyatının inkişafı ilə sıx bağlıdır, belə ki, bu zaman yeni turizm kompleksləri açılır, yeni marşrutlar
mənimsənilir, yeni xidmət növləri yaranır. Əgər müvafiq bir səbəbdənsə ölkə iqtisadiyyatı tənəzzülə uğrasa (siyasi böhran, inflyasiya, təbii fəlakət və s.) bu özünü turizm sənayesində də təzahür eletdirəcək.Ölkə iqtisadiyyatının bir cox sahələrini turizm sənayesi özündə birləşdirir.
Turizm sənayesi ona daxil olan və orada fəaliyyət göstərən bütün sahələrin birgə işləməsi ilə baş tuata bilər. Birbaşa və üzdə olan sahələrə - Turizm firmalarını, otelləri (yerləşdirmə), qidalanma obyektlərini, nəqliyyat sənayesini, əyləncə
obyektlərini, suvenir-hədiyyə emalatxanalarını, tarixi abidələri, mədəniyyət
obyektlərini, KİV və digərlərini missal göstərmək olar. Sadalananların
inkişafı birbaşa istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən asılıdır. Turizm sənayesinin mövcud olmasında yanacaq-energetika sənayesi, yol-
tikinti kompleksləri, otel və iaşə avadanlıqları istehsal və təmir edən,
təmir-tikinti müəssisələri, su, kanalizasiya xidmətləri, yüngül sənaye
müəssisələri, kənd təsərrüfatı müəssisələri də iştirak edirlər. Turizm sənayesinin xüsusiyyətlərinə turizm-rekreasion resursların olması, müvafiq səviyyədə infrastrukturun olması və savadlı, peşəkar kadrların olması aiddir. Bunların hər birinin xüsusi əhəmiyyət vardır.
Turizm sənayesi təbii və süni olan yerlərdə inkişad edir, belə ki, insan tərəfindən yaradılmış yerlər və bu yerlər turistləri özünə müxtəlif fəaliyyət xüsusiyyətləri ilə cəlb edir. Həm materialtutumlu məhsul istehsal etməsi, həm də qeyri-maddi məhsul, yəni xidmət yerinə yetirməsi turizm sənayesinin xüsusiyyətidir. Məhz bu xüsusiyyət turizm sənayesinin əsas xüsusiyyəti hesab edilir.
Xidməti görmək, ona toxunmaq mükün deyil. Servis turizm sənayesinin məhsulu hesab edilir. Servis məhsulu bir sıra müxtəlif xidmətlərdən ibarətdir və göz ilə görünmədiyi üçün onu ölçmək,hesablamaq, dadmaq olmaz və müştəri tərəfindən yoxlana bilməz. Bunu yalnız istifadə zamanı hiss etmək mümkün olur. İstifadə edildikdən sonra onun haqqında rəy vermək mümkündür. Turizm məhsulunda yerləşdirmə yeri, qida, nəqliyyat vasitəsi kimi bir sıra komponentlər cismanidir. Bütün bunlara baxmayaraq onların hamısı ümumilikdə turizm servisinin (əyləncə, təəssürat, komfort və s.) tərkib hissələri sayılır. Turizm məhsulunun bir sıra fərqləndirici xüsusiyyətləri aşağıda qeyd edilmişdir:
❖ Turizm xidmətlərinin hər biri cismani xarakter daşıyır.
❖ İstehsal və istehlak yalnız birgə baş verir.
❖ Xidmət keyfiyyətləri daim dəyişməsi mümkündür.
❖ Xidmətlər istənilkən an saxlanıla bilməz.
Məkanca tamam başqa yerdə, zamanca başqa vaxtda istehlak edilən turməhsulu istehlakçı əvvəlcədən və daimi yaşadığı yerdə alır, lakin burada informasiyanın doğru olub- olmaması təyin edilir. Turun aşağı səviyyədə keçirilməsinə səbəb keyfiyyətin daim dəyişməsi, istehlakçıya xidmət edən insanın hal-əhvalı və ya havanın pis olması ola bilər. Yerləşdirmə biznesində ümumi xidmətin
səviyyəsi onun keyfiyyəti və təqdim olunan əlavələrlə müəyyən olunur (seyf,
xalat, diş fırçası, 24 saatlıq xidmət, tibbi xidmət, internet əlaqəsi və
s.). Müxtəlif ölkələrdə otellərin təminatı və təqdim etdiyi xidmət
növlərindən asılı olaraq onlara keyfiyyət dərəcələri təyin olunur (ulduz,
tac və s.) xidmətin saxlanıla bilməməsi xüsusiyyəti vardır.
Hazır məhsulun buraxılması ilə bağlı olaraq auditin əsas məqsədi məhsulun
tam həcmdə mədaxil olunması, satılmış məhsul üzrə satış pul vəsaitinin və
satılmış məhsulun maya dəyərinin hesablanmasının həyata keçirilməsidir.
Qeyd edilənlərlə bağlı olaraq auditor yoxlama dövrü ərzində aşağıdakı göstərilənləri yerinə yetirməlidir:
- Hazır məhsulların qiymətləndirilməsi üsulunun nə üçün seçilməsini
əsaslaşdırmaq;
-İstehsal olunmuş məhsulların tam mədaxil olunmasını yoxlamaq;
-Alıcıya yüklənmiş və satılmış məhsulların həcminin təyin edilməsi ;
-Yüklənmiş və satılmış məhsulların maya dəyərinin dəqiqləşdirilməsi.
Auditinin turizm məhsulların uçotunun yerinə yetirilməsi üçün əsas informasiya mənbəyi mühasibat uçotunun hesabları üzrə aparılan yazılışlar hesab olunur. Onlar aşağıdakılardır:
Hazır məhsulun ambar uçotu kartı, preyskurantlar, məhsul satışı üzrə təsdiqlənmiş müqavilələr, məhsul buraxılışına aid -qaimələr, satış uçotu jurnalı, alıcıların məhsul almalarına dair vəkalətnamələr, satışdan pul vəsaitinin daxil olmasına dair ilkin bank və kassa mədaxil sənədləri (ödəmə tapşırığı, ödəmə tələbnaməsi, kassa mədaxil orderi və s.)
Dostları ilə paylaş: |