Turizmdə mühasibat uçotu və auditin təşkili istiqamətləri” mövzusunda magistr dissertasiyasi


Turizmdə ödənişli xidmətlərin göstərilməsi və uçotunun auditi



Yüklə 6,26 Mb.
səhifə22/30
tarix10.01.2022
ölçüsü6,26 Mb.
#106216
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
3.2 Turizmdə ödənişli xidmətlərin göstərilməsi və uçotunun auditi

Turizm sənayesinə bir-birini tamamlaya bilən tərkib hissələri daxil olmalıdırlar.


Turməhsulun bölüşdürülməsinə turizm sənayesində təqdim olunan xidmətlərin müxtəlifliyi təsir göstərir.

Turizm sənayesində xidmətlər 2 qrupa ayrılır və bunlar


turizm xidməti istehsalçıları hesab edilirlər: 

➢ Özəl bölmə 1-ci dərəcəli xidmətlər göstərir - turizm məhsulunun


təşkili üzrə xidmətlər, turistsığortası, turizm sahəsində peşə təhsili, turizm
məlumat mərkəzləri, bələdçi xidməti, marketinq, reklam, ictimaiyyətlə əlaqələr, maliyyə xidməti və s.

➢ İctimai bölmə 2-ci dərəcəli xidmətlər göstərir - Dövlət və


ictimai bölməyə bunlar daxildirlər: milli turizm təşkilatları, yerli turizm
təşkilatları, vizaların təqdim edilməsi , hava və dəniz limanlarının xidmət göstərməsi, turizm təhsil müəssələri, sərgi, festival, yarmarkaların təşkili və s.
Sadalananların hamısı birlikdə turizm məhsulunu təşkil edirlər, və bu turizm
məhsulunu turşirkətlər turpaket şəklində və ya hissə-hissə istehlakçılara satırlar. Məhz bu məhsulun turistlərə təklif olunması xidmətlər şəklindədir.  Turizmin ödənişli xidmət sahələri də vardır ki, onlar aşağıda qeyd edilmişdir:

- Turistlərin yerləşdirilməsi aid olan xidmətlər (mehmanxana, motel, otel,


pansionat, sanatoriya, turist bazarları və s.)

- Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evlərində , karvaninqlər, gəmi, qatar, yaxta, və s. –də yerləşdirilə bilərlər.

- Turistin qidalanmasının təmin edilməsinə aid olan (restoran, yeməkxana,
kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.

- Turistin qonaq olduğu ölkədə sərnişin nəqliyyatının müxtəlif


növləri (qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri,
avtobuslar və. S) üzrə hərəkətinə göstərilən xidmətlər.

Qeyd edək ki, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli edən nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turist nəqliyyatının meydana çıxmasıdır. .


Nəqliyyat vasitələrinin seçilməsi , turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından, həmçinin turistin qonaq olduğu ölkənin coğrafi mövqeyindən, turisti gəldiyi ölkənin hansı məsafədə yerləşməsindən asılıdır.

- Reklam xidməti. Bu ictimai informasiyanın , düzünü desək insanlar arasında mövcud olan münasibətlərin müxtəlifliyindən biridir. Yeniliyin fəal elementləri özündə daşıyan məhz bu informasiyadır.

Turizmdə reklam çox mühüm əhəmiyyətə malikdir , çünki reklam turist məhsuluna olan təlabatının xüsusiyyətinə və ölçülərinə birbaşa öz təsirini göstərir. 
- Turist agentlikləri tərəfindən yerinə yetirilən xidmətlər (yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, yerlərin bronlaşdırılması, gömrük və sərhəd rəsmiyyəti, səyahət marşurutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində valyuta
məzənnəsi və s. haqqında informasiya verilməsi). 

- Turistlərin mənəvi təlabatlarının təmin edilməsi (teatr, kino, konsert zalları, muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, musiqi festifallarında iştirakı, tarix və mədəniyyət abidələrinə ekskursiyaların təşkili, idman yarışlarında, və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.


- Turistlərin işgüzar və elmi maraqların ödənilməsi (konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) fəaliyyət göstərən xidmətlər.
- Ticarət müəssisələrinin həm ümumi, həm də məqsədli şəkildə (suvenir, hədiyyə, açıqca və s. satışı) göstərdiyi xidmətlər.

- İnzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanması) yerinə yetirdiyi xidmətlər.

- Təbiətin mühafizəsinə dair , tarixi və mədəni irsin qorunması sahəsindəki bir sıra xidmətlər.
- İnformasiya vasitələrinin yerinə yetirdiyi (qəzet, jurnal, radio, televiziya və s.) xidmətlər.
- Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.) göstərdikləri xidmətlər.
Turizm sənayesinin inkişafına bir sıra amillər təsir göstərir. 

Əgər bu amillər turizm məhsulunun formalaşdırılması zamanı nəzərə


alınmazsa, məhsulun satılmasında bir sıra problemlər meydana gələ bilər.  Uğurlu marketinq siyasəti həyata keçirmək, turistlərin təlabatına uyğun turizm məhsulu istehsal etmək turizm müəssisələrinin də qarşısında duran əsas məqsəd hesab olunduğundan bu amillər  xüsusilə nəzərə alınmalıdırlar.

Müəssisələrdə məhsul satış göstəriciləri birbaşa satış, faktının


yerinə yetirilməsi , yəni satılan əmlak üzərində mülkiyyət, hüququnun satıcıdan alıcıya keçməsizamanı hesab edilir. 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergilər xidmətlərin (məhsul) və malların satışından əldə olunan mənfəət (zərər) və digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsulların (iş və xidmətlərin) satışından gələn gəlirlə onların istehsalına və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyənləşdirilir.

Azərbaycan Respublikasının «Müasibat uçotu haqqında» Qanununda müəyyən edildiyinə görə müəssisələrdə satışdan əldə edilən gəlirin təyin edilməsinin aşağıdakı formaları mövcuddur:

a) Satışdan gələn gəlir müəssisənin təsərrüfat xüsusiyyətlərdən və bağlanmış müqavilələrin şərtlərindən asılı olur, o ya satılmış (yəni nağsız hesablaşma zamanı cari hesabına ödəniş sənədləri əsasında daxil olan məbləğlər üzrə və ya nağd hesablaşma zamanı müəssisənin kassasına daxil olan məbləğlər üzrə) dəyəri ödənilmiş məhsullara, mallara, işlərə, xidmətlərə görə yüklənib alıcılara göndərilmiş məhsullara, mallara, təhvil verilmiş işlərə, görülmüş xidmətlərə görə ödəniş sənədləri alıcıya (sifarişçiyə) təqdim edildikcə müəyyən edilir.

Hesabatın yerinə yetirildiyində məlum olmuş, lakin keçmiş illərdə baş verən əməliyyatlara aid olan mənfəət, yaxud zərər hesabat ilinin təsərrüfat fəaliyyətinin nəticələrinə daxil edilir. 

Xidmət göstərilməsi ilə əlaqədar olaraq auditor 601-2 No-li «


Xidmətlərin göstərilməsi üzrə gəlir», 204 No-li «Hazır məhsul», 221 No-li
«Kassa», 223 No-li «Hesablaşma hesabı», 211 No-li «Alıcılar və sifarişçilərlə
hesablaşmalar», 443 No-li «Alınmış uzunmüddətli avanslar üzrə hesablaşmalar» hesablarında qeyd edilmiş mühasibat uçotu əməliyyatlarının qeydlərini daha dərindən yoxlamaq lazımdır.

Kommersiya xərclərinin uçotda əks olunması xidmətin göstəricilərinin audit yoxlamasında bilavasitə satışla bağlı olmasıda yoxlanılmalıdır.  Xidmət satışı ilə əlaqədar sərf olunan xərclər kommersiya xərcləri olmaqla istehsal maya dəyəri ilə birlikdə hazır məhsulun tam maya dəyərini təşkil edir. Bu zaman auditor xüsusilə mühasibat uçotu yazılışında qeyd olunmuş göstəricilərin kommersiya xərclərinə aid edilməsinin doğruluğulunu təyin etməlidir.

Auditor 711 No-li «Kommersiya xərcləri» hesabı üzrə ilkin hesablaşma
ödənmə sənədlərinin və uçot yazılışlarına bird aha nəzər salaraq , müqayisə
edilir və analitik uçot göstəricilərinin doğru qeyd edildiyi təyin edilir
və həmin xərclərin satılmış məhsullar üzrə doğru təyin edilməsi dəqiqləşdirilir.
Auditor xidmət göstərilməsi ilə bağlı olaraq mütləq əlavə dəyər vergisini (ƏDV) və maliyyə nəticəsinin doğru təyin edilməsini yoxlamalıdır. Yoxlama
nəticəsində ƏDV-si üzrə çatışmamazlıqlar aşkarlansa, onda onun
səbəbləri mütləq müəyyən olunmalı və buraxılan nöqsana düzəliş edilməlidir.  


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin