Turizmdə mühasibat uçotu və auditin təşkili istiqamətləri” mövzusunda magistr dissertasiyasi


Turizm xidmətində mühasibat uçotunun və auditin MMUS-nın standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətləri



Yüklə 6,26 Mb.
səhifə23/30
tarix10.01.2022
ölçüsü6,26 Mb.
#106216
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
3.3. Turizm xidmətində mühasibat uçotunun və auditin MMUS-nın
standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətləri.

Hər bir turizm fəaliyyəti idarəetmə qərarlarının qəbul edilməsi vacib olduğundan   müəyyən informasiyalar əsasında formalaşır. 

İlk əvvəl təşkilatın maliyyə vəziyyətini və onun kontragentlərini xarakterizə eden məlumatlar üçün zəruriyyət hiss edilir. Mühasibat hesabatında təşkilatın əmlak və öhdəliklərin səviyyəsi, onun gəlirləri, xərcləri və fəaliyyətin maliyyə nəticələri haqqında informasiyalar qeyd edilir.

Qüvvədə olan qanunvericiliyə əsasən mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir. Hesabata əlavə olaraq auditor qərarlarında və auditor rəylərində onun etibarlığı, dəqiqliyi və şəffaflığı qeydə alınır.

Mühasibat hesabatının tərkibinə təşkilat, mühasibat hesabatlarının auditinin aparılmasına aid olan sərbəst qərar çıxaran hallarda, mühasibat hesabatının etibarlığını təsdiq edən auditor qərarı da daxil edilməsi mümkündür.

Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli “ Mühasibat uçotu haqqında” Qanununda uçot siyasətinin əsas istiqamətləri müəyyən edilmişdir. Həmin Qanunda konseptual baxımdan standartlara uyğun uçotun aparılması qaydaları qeyd olunmuşdur. Bu Qanunun tələblərinə əsasən 2006-ci ilin versiyası üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcümə olunmuş rəsmi mətnlərinin Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi Fondu tərəfindən təsdiq edilməsi işi təşkil olunmuşdur. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına adı çəkilən Fondun müəyyən etdiyi qaydalara uyğun olaraq beynəlxalq audit şirkətləri (PricewaterhouseCoopers, Ernst&Young, Moore Stephens) tərəfindən
rəy verilmişdir. Bu standartlar əsasında Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən 37 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartı, 27 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tətbiqinı aid Şərhlər və Tövsiyələr, bundan başqa İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında 24 adda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, 1 adda Qeyri-hökumət Təşkilatları üzrə Milli Mühasibat Uçotu Standartı, habelə “ Kiçik sahibkarlıq subyektlərində bir qədər sadələşdirilmiş uçotun aparılması Qaydaları” hazırlanmışdır.Milli standartlar “Mühasibat uçotu haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2005-ci il tarixli 250 s nömrəli Sərəncamı ilə yaradılmış Muhasibat Uçotu üzrə Məsləhət Şurası tərəfindən rəy verildikdən sonra təsdiq edilmişdir. Qanunun 6.0.2 və 6.0.3-cü maddələrinə əsasən Milli Mühasibat Uçotu Standartları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə nizamlanan
bütün məsələləri əhatə etməlidir. Lakin milli standartlarla beynəlxalq
standartlar arasında konseptual baxımdan fərq olmasa da müəyyən texniki
fərqlər mövcuddur. Belə ki beynəlxalq standartlarda maliyyə hesabatlarının
nümunəvi forması əks etdirilməmiş, yalnız bu hesabatlar üzrə minimum
tələblər göstərilmişdir.

“Mühasibat uçotu haqqında” Qanunun 10.1-ci maddəsinə uyğun olaraq


ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıqilə məşğul olan subyektlər istisna olmaqla, kommersiya təşkilatları maliyyə hesabatlarını Kommersiya
Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib 
etməlidirlər. Kommersiya Təşkilatları üçün müəyyən edilmiş Milli Mühasibat Uçotu
Standartları Maliyyə hesabatlarının Beynəlxalq Standartlarının əsasında
hazırlandığı üçün bu təşkilatlar aşağıda adı çəkilən maliyyə hesabatlarını
tərtib etməlidir:

- Mühasibat balansı;

- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

- Uçot siyasəti və izahlı qeydlər;

- Mənfəət və zərər haqqında hesabat;

- Kapitalda dəyişikliklər haqqında hesabat;

-Eyni zamanda Qanunun 9.0.2-ci maddəsinə əsasən kiçik sahibkarlıq
subyektləri  Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotunu öz seçimlərindən asılı olaraq Standartlara əsaslanaraq tərtib edə bilərlər.

Turizm təşkilatlarında mühasibat uçotunun aparılması zamanı Milli


Mühasibat Uçotu Standartlarına əsaslanan ehtimallara (prinsiplərə və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına), həmçinin maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərinə üstünlük verilir. Qanunvericilik aktlarında mühasibat uçotunu tənzimləyən tələblərin göstərilməsi və ya təşkilatın iş prinsiplərinin dəyişdirilməsi ilə bağlı, turizm təşkilatları uçot siyasətinin müvafiq müddəalarında da düzəlişlər etməli və bunu mütləq istifadəçilərin diqqətinə çatdırılmalıdır.
Hadisə və şərtlərin onların baş verdiyi zaman (və yalnız pul vəsaitinin və
ya onun ekvivalentinin alınması və ya ödənilməsi zaman deyil) uçota
alınması mühasibat uçotunun hesablama metodu kimi dərk edilir. Maliyyə hesabatlarında mühasibat uçotunun hesablama qaydalarına əsasən uçota
alınan maliyyə hesabatlarının elementləri (aktivlər, öhdəliklər, xalis
aktiv/kapital, gəlirlər və xərclər) onların yerinə yetirildiyi zaman dövrlər üzrə tanınır. Təşkilatın fəaliyyətinin fasiləsizliyi konsepsiyasına malik olması  təşkilatın fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin, həcminin əhəmiyyətli şəkildə ixtisara salınması zərurətinin və ya məqsədinin olmadığını nəzərdə tutur.Dövlət büdcəsindən maliyyələşən təşkilatın fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə
qiymətləndirilməsinin tətbiq edilməsinə imkan yaradır. Əgər ehtimal olunursa ki, təşkilat ləğv ediləcək, onda aktivlərin qiymətləndirmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan
satış dəyərindən (yəni satış üzrə xərclər çıxılmaqla, satış qiyməti)
istifadə olunmalıdır.

İstifadəçilər üçün maliyyə hesabatlarında təqdim edilən informasiyaları daha yararlı etmək üçün keyfiyyət xüsusiyyətlərinə aşağıdakı amillər ayırd


edilə bilər:

Anlaşıqlıq: İstifadəçilər tərəfindən maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti anlaşılmalıdır. 

Müqayisəlilik: Maliyyə hesabatları arasında müqaviləliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək istifadəçilər informasiya müqaviləsi hesab olunur. 


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin