Giriş
Mövzunun aktuallığı – Turizm iqtisadiyyatın ən güclü vasitəsidir, o həmdə təsirli bir sosial institut hesab edilir, cəmiyyətin ictimai səviyyəsinin və mədəniyyətin göstəricisi kimi insanların həyat səviyyələrinin inkişafına, mənəvi
zənginləşməsinə xidmət edir. Azərbaycan respublikası milli turizm sahəsinin
yüksəlməsinim iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet
istiqaməti elan etmişdir. Son illər ərzində turizmin inkişafı ilə bağlı həyata keçirilən işlər, qəbul edilən dövlət proqramları, normativ- hüquqi bazanın
təkmilləşdirilməsi bunu bir daha təsdiq edir. Hər bir səviyyədə istər dövlət, istərsədə regional səviyyədə həyata keçirilən siyasətdə turizm çox əhəmiyyətli
məsələ kimi çıxış edir.
Azərbaycan Respublikasının iqtisadiyyatı yüksəldikcə və onun dünya
təsərrüfat sisteminə inteqrasiyası inkişaf etdikcə iqtisadi-maliyyə
münasibətlərində şəffaflığın təmin olunmasında audit kadrların bacarıqlarından
geniş şəkildə istifadə etmək zərurəti əmələ gəlir.
Müasir dövrün auditi yerli, regional və dünya bazarlarının tədqiqində səmərəli maliyyə nəzarətini həyata keçirməklə yanası, həmçinin sahibkarlıq subyektlərinin maliyyə sisteminin möhkəmlənməsində, onların bizneslərinin inkişaf etməsi üçün planların hazırlanmasında da xüsusi əhəmiyyət malikdir.Sahibkarlığın yüksək səviyyədə idarə olunmasının təmin edilməsində ,onun fəalliyyətinin təşkilinə müsbət təsir edən audit sistemi həmçinin busubyektlərin maliyyə fəaliyyətinin hal-hazır ki, səviyyəsini və inkişaf istiqamətlərini qiymətləndirərək, bu istiqamətdə öz fikrini bəyan edir. Daxili auditin olması çox vacib faktorlardandır, belə ki, daxili audit – təsərrüfat subyektlərinə gündəlik nəzarətin lazımı səviyyədə təminbacarığa malik olan, müəssisənin təşkilati-iqtisadi quruluşuna mükəmməl sahib olan,qanunvericilik haqqında geniş məlumatı olan xüsusi nəzarət xidməti sistemidir. Beynəlxalq təcrübələr bir daha sübut edir ki, yüksək səviyyədə, inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrində şəxsi mülkiyyət əsas mülkiyyətin vahid forması olduğu məkanlarda daxili audit sistemi geniş tətbiq sahəsinə malik olur.
Daxili audit bazar münasibətləri olan bir şəraitdə müəssisələrin idarə olunmasında nəzarətin çox vacib və əvəzolunmaz bir elementidir. Sahibkarlar müəssisənin və aşağı idarəetmə strukturlarının fəaliyyətinə gündəlik nəzarətlə edə bilmədiklərində daxili auditə ehtiyac yaranır. Daxili audit bu fəaliyyət barədə məlumatları əldə edir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiq edir.
Daxili audit çox əhəmiyyətlidir, belə ki, risklərin idarə edilməsi üçün və müəssisənin maliyyə səviyyəsinin hansı vəziyyətdə olması haqqında informasiyanının ani surətdə əldə edilməsi baxımından daxili audit vacib hesab olunur.
Audit maliyyə nəzarətinin xüsusi növüdür - hər hansı bir dövlətin maliyyə-iqtisadi
siyasətinin müvəffəqiyyətlə yerinə yetirilməsi və maliyyə sabitliyinin təmin etmək üçün, qanunçuluğa əməl olunmasının, mülkiyyətin qorunması və saxlanmasını təmin etmək üçün , maliyyə vəsaitlərindən düzgün qaydada, səmərəli istifadə olunmasını təşkil edir, o həmçinin büdcə də və yaxud maliyyədə hər hansı bir pozuntunun askar olunmasını təmin edir, qanundan kənar sərf olunmuş vəsaitləri müəyyən etməyə və onların yenidən bərpa olunmasına şərait yaradır. Sərf edilən kapitalın artması və yüksək gəlirin əldə edilməsi və nəticə etibarilə dividendlərin daim artmasının təşkil edilməsi müəssisənin sahibkarı, səhmdarlarının maraq dairəsindədir. İndi ki, dövrdə satıcı təşkilatlara olan borclarının ödənilməsi, mühasibat uçotunun düzgün qaydada yerinə yetirilməsində, dövlətə ödənilən vergi və digər ödənişlərin təmin edilməsində, material-pul vəsaitlərin təyinatına uyğun sərf olunması, çox vacib faktordur. Hər hansı bir müəssisənin maliyyə ehtiyyatlanın istifadəyə yönləndirilməsinin müvafiq təyin olunmasında, rasionallığı və zamana uyğunluğunu müəyyənləşdirərək, maliyyə resurslarının formalaşdırılmasında və xərclənməsində ehtiyat resurslarını aşkar edərək, maliyyə-təsərrüfat proseslərində və onların hesabatının yerinə yetirilməsində
qanundan kənara çıxmaları aşkar edərək, dövlət büdcəsiilə və büdcədənkənar fondlarla hesablaşmaların dəqiqliyini müəyyənləşdirərək, idarəetmənin inkişafının yüksəldilməsinin səmərəli vasitəsi daxili auditdir. Respublikamızda müxtəlif fəaliyyət növü ilə məşğul olan müəssisə və təskilatlarında daxili auditin vacib olması nəzərə alınır və onun bölmələrinin yaradılması həyata keçirilir.
Ancaq daxili auditorların kifayət qədər biliyə malik olmaması səbəbindən bu bölmələrin yaradılmasında bir sıra çatışmazlıqlar baş vermişdir, daxili
auditin yerinə yetirilməsi üçün standartların və normalara uyğun hazırlanmasına kömək edə biləcək metodik normativ aktlar, tədris-praktik yönümlü kitablar və metodik vəsaitlər demək olar ki, yox səviyyəsindədir. Daxili auditor pesəsinin fəaliyyəti haqqında anlayışlar həjə də tam şəkildə dərk edilməmişdir, elə bu səbəbdən də daxili auditin səhvən istehsalat-maliyyə fəaliyyətini təftiş kimi dərk edilməsi respublikada daxili auditi beynəlxalq standartlar səviyyəsində qurmağa imkan vermir. Qeyd olunanlarla əlaqədar olaraq hal-hazır ki, dövrdə təsərrüfat subyektlərində
daxili auditin nəzəri əsaslarının tədqiqi, onun təşkili və aparılması üzrə
metodiki təkliflərin və tövsiyyələrin hazırlanması aktual məsələlərdən biridir.
Dostları ilə paylaş: |