Böyüyərkən səs çıxar, gurultu qopardı,
Bu səs yavaş-yavaş, getdikcə çoxalardı.
Ər Soqotox adlı ər, yalqız yaşayan adam,
Yakut türkünə görə, bu da bir növü Adəm,
Düşünmüş, “görən məni kimlə doğdu” deyə,
“Mənə bu canı verib, meydana qoydu” deyə.
Getmiş, sormuş ağacdan, “anam kimdir” deyə,
“Əlbət bir atam vardır, atam kimdir” deyə.
Ağac da dilə gəlib, soyunu sayıb tökmüş,
Ər Soqotox utanıb, sayqıyla diz çökmüş.
Göy Tanrısı Ər Toyon onun atasıymış,
Arvadı Gübey xatun onun anası imiş.
Əslində insanoğlu göydə doğmuş imiş,
Vücudu bütün müqəddəsliklərlə dopdolu imiş.
Amma gəlmiş bir gün ki, demiş ata-anası,
Dostları ilə paylaş: |