Nartların dastanlarında belə deyilir,
Alplar içində alp olan, görəsən, kimdir?
Alplığı ilə alpları kölgədə qoyan,
Əlbət ki, alplar alpı Daxanaqo ərəndir.
At belinə qalxanda şövqündən yer əsir,
Onun qoçaq bir qız olduğunu kim bilir?
Sinəsindəki gümüş qalxan bərq vurur,
Mindiyi atdan süvari qız qürur duyur
(Нарты, 1957 а, с. 507-508).
Bu dastanın P.Akritas və Y.Stefanova tərəfindən təqdim edilən başqa bir variantı olan əfsanədən isə belə məlum olur ki, dağlar başında yaşayan sözügedən gözəl bahadır qadının ordusu bütünlüklə qadınlardan-amazonkalardan təşkil olunmuşdu (Акритас, Стефанова, 1958, с. 47-48). Yeri gəlmişkən qeyd edək ki, bənzər əfsanə günümüzədək Azərbaycanın Zaqatala rayonunda da, həm türk, həm də avar əhali içərisində yaşamaqdadır və oradakı xalq rayon ərazisində əlçatmaz qayada yerləşən Pəri qalasını həmin bahadır qadın və amazonkalar ilə əlaqələndirirlər.
L.S.Tolstova haqlı olaraq “Qırx qız” dastanının süjeti ilə nart eposunun osetin variantının, daha doğrusu bu variantın “Noza oğlu Barxunun ölümü” adlı bölümünün süjeti arasında daha çox uyğunluq olduğunu yazır:
““Noza oğlu Barxunun ölümü” adlı bölümdə eynən qaraqalpaq dastanında olduğu kimi, öz yandırılmış yurd yerinin və öldürülmüş qohumlarının qisasını alan qadın döyüşçülərin təsviri verilir” (Толстова, 1977, с. 154).
“Qırx qız” dastanında Gülayım Surtayşanın kalmık ordusunun onların şəhərlərinə basqın etməsindən sonra öz “amazonkalarına” belə müraciət edir:
Dostları ilə paylaş: |