TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə99/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   95   96   97   98   99   100   101   102   ...   116
Digər folklor ünsürləri
Yuxarıda nəzərdən keçirdiyimiz folklor nümunələrindən (xalq ədəbiyyatı, xalq musiqisi və xalq adət-ənənələri) əlavə milli geyimlər, milli rəqslər, meyxana sənəti, milli mətbəx, xalq təsviri və dekorativ-tətbiqi sənəti, xalq təbabəti, xalq oyunları və s. kimi yaradıcılıq nümunələri də vardır ki, bunlar da xalq yaradıcılığının məhsuludur və milli varlığın müəyyənləşməsində və yüksəldilməsində mühüm rol oynayır.

Milli geyimlərimiz xeyli dərəcədə toplanmış və araş-dırılmış sahələrdəndir. Milli geyim formaları hər bir millətin siması kimi çıxış edən mühüm göstəricilərdəndir. Milli geyimlərimizin əhali tərəfindən geyilməsi 1920-30-cu illərdən başlayaraq tədricən tamamı ilə sıradan çıxmışdır. Hazırda milli geyim formalarımızdan yalnız xüsusi mərasimlərdə (toy, bayram, konsert, teatr və s.) istifadə olunur. Lakin müasir dövrdə bir çox ölkələrdə (Hindistan, Çin, Yaponiya, Ərəb ölkələri, bir çox Afrika ölkələri və s.) əhali müasir geyimlərlə yanaşı öz milli geyim formalarını da saxlayır. Bu gün əhalimizin milli geyim formalarına tamamı ilə qayıtması mümkün olmasa da, onun müəyyən elementlərini müasir geyimlərdə yaşatmaq mümkündür. Bu sahədə modelyerlərimiz tərəfindən xüsusi işin aparılmasına ehtiyac var. Son dövrlər bu mövzuda müəyyən söhbətlər getsə də, hələ ki, real işin şahidi deyilik.

Xalqımızın tarixi ailə dəyərlərinə və ondan gələn adət-ənənələrimizə və mentalitetimizə (milli düşüncə tərzimizə) görə açıq-saçıq geyimlər yaxşı qəbul olunmur. Lakin son dövrlər cəmiyyətimizdə yenə də Avropadan qaynaqlanan yanlış bir “müasirlik” düşüncəsi formalaşmışdır. Bu düşüncəyə görə açıq-saçıq geyim müasirlik əlaməti kimi qəbul olunur. Bu üzdəniraq “müasirlik” düşüncəsi mentalitetimizə bir mənəvi xəstəlik kimi daxil olmuşdur. İş o yerə gəlib ki, bu “müasirlik xəstəliyi”nə yoluxmuş gənc qızlar və qadınlar açıq-saçıq geyinməyə utanmaq əvəzinə, örtülü geyinməyə utanırlar. Onlar əslində açıq-saçıq geyimin qadın ləyaqətini alçaltdığını hiss etmirlər. Geyim formal element olsa da, müəyyən məzmunu – insanın mənəvi keyfiyyətlərini, həyat tərzini, əxlaqını, xarakterini əks etdirir. İlk baxışdan insana geyimə görə qiymət verilir və qadının açıq-saçıq geyimi onun cinsi əxlaqı haqqında müəyyən mənfi təsəvvür yaradır. Yəni, məsələn, həddən artıq açıq-saçıq geyim ismətli, ləyaqətli qadına yaraşmayan bir mənzərə yaradır. Hətta normal əxlaqlı qadın belə, açıq-saçıq geyindikdə bu geyim sonradan onun əxlaqına mənfi təsir göstərə bilər.

Geyim bəşəriyyətin inkişafının müəyyən mərhələsində meydana çıxan, insanı digər canlılardan fərqləndirən bir mədəniyyətdir. Bu baxımdan yanaşsaq, əslində açıq-saçıq geyim inkişafı yox, geriyə qayıdışı əks etdirir. Bu gün dünyanın bəzi ölkələrində elmi-texniki və mədəni tərəqqidən xeyli geri qalmış, qəbilə quruluşunun xüsusiyyətlərini saxlamış əhalinin geyimi də yarıçılpaq formadadır. Belə olan halda geyimin açıq-saçıqlığını necə müasirlik və inkişaf əlaməti kimi qəbul etmək olar?

Avropa xalqlarında qadınların açıq-sacıq geyimi onların öz həyat tərzlərinə uyğun olduğundan normal qəbul oluna bilər. Belə ki, onlarda bizim anlamımızdakı ailə namusu, qadın isməti anlayışları yoxdur. Bizdə isə qadınların geyiminə Avropa düşüncəsi ilə yanaşmaq qətiyyən düzgün deyil. Türk qadını öz isməti və namusu ilə yüksəlir, cəmiyyətdə üstün və hörmətli tutulur, toxunulmaz, pak, müqəddəs sayılır. Məhz bu prinsiplər türk qadınının geyimində də hiss olunmalıdır. Yəni geyim qadının mənəviyyatına və həyat tərzinə uyğun olmalıdır. Qadın özünə, qadınlığına dəyər verdiyini öz geyimi ilə də göstərməlidir.

Bütün bunlarla yanaşı, heç bir geyim heç kimə zorla qadağan edilə bilməz. Hər bir şəxs yanlış və ya doğru, geyimində və həyat tərzində azaddır. Sadəcə olaraq, yanlış formalaşmış “müasirlik düşüncəsi”ni dəyişmək lazımdır. Bu isə yalnız təbliğat və maarifləndirmə yolu ilə aparıla bilər. Burada isə insanların bilməli olduğu əsas məsələlər bunlardır: müasirliyin real göstəricisi açıq-saçıq geyim yox, elm və bilikdir; geyim forması insanın mənəvi-əxlaqi keyfiyyətlərinə və həyat tərzinə uyğun olmalıdır; açıq-saçıq geyim sonradan insanın əxlaqi keyfiyyətlərinə və həyat tərzinə mənfi təsir göstərə bilər; ailə dəyərlərimizi yaşatmaq qadın ləyaqətinin qorunması və ümumi inkişafımız üçün vacibdir.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin