Millət – vahid dilə, folklora və tarixə malik ən böyük in-sanlar toplumudur.
Millət anlayışına yaxın mənalı “etnos” və “xalq” termin-ləri də məlumdur. Bəs bu anlayışlar necə başa düşülməlidir?
Etnos (yunanca “etnos” – “xalq” deməkdir) anlayışını bö-yüklüyündən asılı olmayaraq ortaq mənəvi dəyərlərə malik insanların istənilən birliyini ifadə edən ümumi anlayış kimi qəbul etmək olar. Yəni, qəbilə, tayfa və millət ayrı-ayrılıqda insanların etnik birlik formalarıdır.
Xalq isə daha geniş və çoxmənalı ifadədir. Bu ifadə termin kimi əsasən aşağıdakı 3 mənada işlədilir:
1. Millət sözünün sinonimi kimi;
2. Etnik mənsubiyyətindən asılı olmayaraq müəyyən tarixi ərazidə və ya bir dövlətin ərazisində yaşayan insanların birlik forması kimi;
3. Tayfa formasından millət formasına keçid mərhələsi olan, insanların tarixi etnik birlik forması kimi. Belə ki, burada “xalq” (bəzən də “milliyyət”) dedikdə hələ müstəqil milli döv-lətə və milli dövlətçilik şüuruna sahib olmamış, tayfa birlik-lərindən üstün etnik birlik forması başa düşülür. Göründüyü kimi xalq anlayışına verilən bu tərif millətə etnik-siyasi yanaşmada müəyyən edilir. Bu mənada “xalq” (“milliyyət”) anlayışı etnik yanaşmada “millət” kimi qəbul olunur.
Millət anlayışı ilə sıx bağlı olan Vətən anlayışı da xüsusi əhəmiyyətə malikdir. Bəs Vətən nədir? Hansı əraziləri bir millətin vətəni hesab etmək olar? Aydındır ki, millətin formalaşması və yaşaması müəyyən coğrafiyada baş verir, yəni müəyyən ərazidə millətin MMD-i yaranır və inkişaf edir. Bu halda MMD həmin əraziylə müəyyən formada bağlanır. Məsələn, həmin ərazidə millətin dilində olan yer adları yaranır, millətin həyat tərzi yaşadığı ərazinin iqliminə uyğun formalaşır, bu ərazilər haqqında müəyyən məlumatlar folklora keçir və s. Həmçının həmin ərazidə yaşayan millət özünə dövlətlər də qurur. Bununla da həmin ərazi millətin doğma məkanına – vətəninə çevrilir. Bu baxımdan vətənə aşağıdakı kimi tərif verə bilərik:
Dostları ilə paylaş: |