TüRKÜn türkdən yaxin dostu yoxdur, yox

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.69 Mb.
səhifə1/7
tarix19.10.2017
ölçüsü0.69 Mb.
  1   2   3   4   5   6   7

ZAUR VEDİLİ




BİZİ SEVGİ

YAŞADACAQ

Naxçıvan - 2012



Zaur Vedili (Cəlilov Zaur Həsən oğlu) 24 avqust 1974-cü ildə Vedibasar mahalının Xalisa kən­dində dünyaya göz açıb. 1988-ci ilə qədər doğma kəndində yaşayan Zaur Vedili məlum hadisələrlə əla­qədar olaraq elə həmin il yüz minlərlə yerliləri kimi məcbur halda öz doğma ata- baba yur­dunu tərk edib Azərbaycana pənah gətirir. İlk təhsi­li­ni doğma kəndi Xalis­ada alan Zaur Vedili Naxçıvan şəhərində məskun­laşdıq­dan son­ra şəhərdəki on bir saylı orta məktəbdə təhsilini da­vam etdirib.

1996-2000-ci illərdə isə Naxçıvan şəhərindəki Ü.Hacı­bə­yli adına Musiqi Kollecinin xanəndəlik sinfində təhsil alır. İlk şeirini 1987-ci ildə yazan Zaur Vedili Naxçıvana köçərkən yazdığı şeir­lə­rini özü ilə gətirə bilməyib. Buna baxma­ya­raq Zaur Vedili yenə öz yaradıcılığını davam etdirib. Müxtəlif yerli və xarici mətbuat səhifələrində ara-sıra oxucu­lar­la görüşən Zaur Vedili hal-hazırda “Vedi həsrəti”, “Haray”, “Ay­günlü Səmalı dünyam”, “Ayrılıqdan qorxu­ram”, “Ürəyim­də yanan işıq”, “Duz səpilmiş yaramız”, “Sev­gi­mizin xətri­nə”, “Durnalar gələndə qayıdacağam” adlı şeir­lər və dram əsərlərin­dən iba­rət olan “Məhəbbətin intiqamı” adlı kitabların müəllifi­dir.

Bir neçə əsəri Naxçıvan Dövlət Televiziyasında və Ra­dio­sunda, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib tama­şa­çı və dinləyicilərin ixtiyarına verilib. Müx­təlif bəstə­kar­lar, müğənnilər və xanəndələrlə bərabər aşıq­larımız da Zaur Vedili yaradıcılığına üz tutur.

“VEDİBASAR” qəzetinin Nax.MR üzrə bölgə müxbiri olan Zaur Vedili Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bizi sevgi yaşadacaq”kitabı şairin oxuculara yeni poe­tik töhfəsidir.




Zaur Vedili “Bizi sevgi yaşadacaq”. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, Naxçıvan-2012. 160. Səh.

4700000000

053-2012


©

“Əcəmi” 2012.



QAPINI GENİŞ AÇIN, ZAUR VEDİLİ GƏLİR!
Məni qınamayın, qəlbə yaxın adamların telefon zəngi­nin səsi adama tanış gəlir. Belə asta-asta çalınan zəng səsi də mə­nə doğma gəldi. Dəstəyi qaldırmadan bildim ki, şair dostum Zaur Vedilinin şirin səsini eşidəcəyəm.Belə də oldu. Şən və oy­naq səslə məni salamladı.Yaradıcılıqda olan yeni­likləri xəbər al­dım. Hər sorğunun sonunda da xoş cavablar gözlədim.Və son­da ürəyindəki istəyini çatdırdı.

-Yeni kitabımın əlyazmaları hazırdı. Çox istəyərdim ki, oxuyub fikirlərini bildirəsən və məsləhət olsa ön söz yazasan.

Doğrusu bu təklif mənim üçün bir az gözlənilməz oldu. On­dan çox müxtəlif janrda yazılmış kitabların müəllifi olan Za­ur Vedilinin yaradıcılığı haqqında tanınmış ədəbiyyat adam­la­rı fiki­rlər söyləmiş, onun rəngarəng yaradıcılığını təhlil etmiş­lər. Gö­rəsən mənim qələmim bu tanınmış şairin yeni yaradı­cı­lı­ğı­nın bəhrələri olan şeir və poemaları haqqında tələbkar oxu­cu­la­ra yeni fikirlər çatdıra biləcəkmi? Ya Allah- deyib çi­yin­lə­rim­də­ki böyük məsuliyyət yükünü çəkə-çəkə qovluqdakı şeirləri oxu­­yuram və kimdir Zaur Vedili sualını ilk olaraq ca­vab­lan­dı­rı­ram.

... Qərbi Azərbaycanın ən dilbər guşəsində ömürlük ya­şa­maq ona və yüz minlərlə həmyerlilərinə qismət olmamışdı. Əzə­li və əbədi torpaqlarımızı məcburi surətdə tərk edib Azər­bay­canın qədim Naxçıvan bölgəsinə pənah gətirib. İlk təhsi­lini doğma kəndi olan Xalisada alan Zaur, Naxçıvan şə­hərində məskunlaşdıqdan sonra buradakı 11 saylı orta mək­təbdə təh­­silini davam etdirir.1996-2000-ci illərdə Naxçıvan şə­hərin­dəki Ü.Hacıbəyli adına Musiqi Kollecinin xanəndəlik sin­fin­də təhsil alıb.

Zaur şeir yaradıcılığına on üç yaşından baş­la­yıb. İlk şeir­lərini bu gün ürəyini göynədən Vedi tor­pa­ğın­da yazıb. Qəl­bin­də çağlayan Vətən məhəbbətini ağ və­rəq­lə­rə kö­çür­düb. Tale­yinə qaçqınlıq yazılan gənc şairin ilk şeirləri isə itkin düşüb. 1988-ci ildə Xalisadan Naxçıvan şəhərinə kö­çər­kən qaçqın­lıqdan ilk şeirlərini özü ilə götürə bilməyib. Son­ra­dan şeir­lərinin taleyi Zauru daha da sarsıdır. Ona “Ermənistanda nə qa­lıb, nə talanıbsa ermənilərindir” deyiblər! Və Zaur qəlbinin səsi ilə yazdığı 70-adda şeirlərdən məh­­rum olur. Qəlb pıçıltılarının itgin düşməsi Zaur Vedilinin qay­­­nar yaradıcılığına səd çəkə bilmədi, yeni şeirlər yazdı. Müx­tə­­lif yerli və xarici mətbuat səhifələrində əsərləri dərc olundu. Az bir müddət onun “Vedi həsrəti”, “Haray”, “Ayrılıqdan qor­xu­­ram”, “Ürəyimdə yanan işıq”, “Duz səpilmiş yaramız”, “Sev­­gi­mizin xətrinə”, “Durnalar gələndə qayıdacağam”, “Qə­rib yurd­uma salam”, uşaqlar üçün yazdığı “Aygünlü Səmalı dün­­yam”, “Nə güləyən qızdı bu?” adlı şeirlər və “Məhəbbətin in­tiqamı” adlı dram əsərlərindən ibarət kitabları oxucularının ix­tiyarına verilib.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səh­nələşdirilmiş “Təpəgöz” “İlanlar kraliçası Küknar” “Şahza­də Bəndalı”, “Meşə macəraları” adlı pyesləri uşaqların ən çox istədikləri tamaşalar­dan­d­ır. Müxtəlif bayram konsertlərində, televiziya ekranlarında, ra­dio dalğalarında Zaur Vedilinin mah­nı­ları sevimli müğənnilərimiz, xanəndələrimiz və aşıqlarımız tə­rəfin­dən məlahətli səslə oxunur, zövqlə dinlənilir.


Haradan başlanır Vətən?
Zaur Vedilinin qovluğundakı şeirlər bir neçə yarım­baş­lıqlara bölünüb.

Birinci bölüm “Gözüm doymaz öz elimdən, obamdan” adla­nır. Bu şeirləri oxuyanda istər-istəməz şairdən soruş­maq istəyi­rəm. Haradan başlanır Vətən? Və sualı özüm cavab­lan­­dırı­ram.Vətən hər bir insan üçün müqəddəs nemətdir. Bu mü­qəd­dəs neməti qoruyub saxlamaq üçün övladları öz canını qur­­ban verməlidilər. Çünki bizim yaşadığımız bütöv Azərbay­candan ulu Tanrı heç bir gözəlliyi əsirgəməmiş, ən nadir yeraltı və yerüstü sərvətlərini bəxş etmişdir. Elə ona görə də əsrlər boyu yadelli işğalçılar topaqlarımıza göz dikmiş, onun sərhəd­lə­rini pozmuşlar. Doğulub üzərində boy atdığımız tor­paq­la­rı­mız da min bir hiylə ilə yadellilərin taptağına çevrilmişdi. Haq­lı ola­raq deyilir ki, Vətən sərhəddən başlanır.Bəs bu sərhəd ha­ra­­dan baş­lanıb harada qurtarır? Atalarımız bir vaxtlar deyərdi ki, Sa­xalin adasından Kamçatkadan BAM-dan uzaqlardan, çox uzaq­­lardan başlanır Vətən. Bu gün biz Sədərəkdən o yana keçə bil­mirik! Zaur Vedilinin doğulduğu Vedibasar mahalına doğ­ma­larından olan qərib ruhların haray çəkdiyi Xalisa kəndinə gedə bilmirik! Yad caynaqlarda qalan Kərki kəndini gəzə bil­mirik! Günnütdə qala bilmirik! Axuradan Havuşa dədə-baba yo­lumuzla yol gedə bilmirik! Sən demə yaxınlardan lap ya­xınlardan başlanırmış Vətən! Nənələrimizin də günahları çox olubdur.Göydən alma düşməyə-düşməyə ovudub yuxuladıblar bizləri. Ən qorxulu vəh­şi ermənilər canımıza, qanımıza torpaq­la­­rı­mıza göz dikdik­ləri halda Xortdanla, Divlə qorxudublar. Sənə mənə söylə­miyib­lər həqiqətləri. Yamanca unutqan olub­lar! Babalarımız tayqulaq erməni cəlladı Andranikin torpaq­ları­mızda törətdiyi cinayətləri, elimizi-obamızı top atəşinə tutma­sını, uşaqlara, qa­dınlara işgəncələr verməsini vaxtında bizlərə xatırlat­ma­­­dılar. Zaur qardaşım, bu gün başlıca amal sev­mək­dən sevilməkdən, elimizin-obamızın sər­həd­lə­rin­dən başla­yan ana torpağı qorumaq, onun müqəddəs qoynuna yad­­­ların bir daha ayaq basmamasına yol verməməkdir. Odlar yur­du Azər­baycan qədim tarixə malikdir. Onun bir zamanlar ol­­duğu sər­hədlərinə baxanda qəlbimiz nə qədər fərəhlənirsə itir­­­diyimiz tor­paqlarımız bir o qədər təəssüf hissləri yaradır.Bu gün Dəmir qapı Dərbənddən, cənubi Azərbaycandan, Qərbi Azər­­baycan­dan ayrı düşüb Azərbaycan! Bunlar azmış kimi 1988-ci ildə Odlar Yurdumuzun sinəsi üstündə yeni bir xəyanət ton­qalı qa­landı.Vətənimizin dilbər guşəsi Qarabağımız er­mə­ni­lər­lə onla­rın havadarları tərəfindən işğal edildi. Vətənimizin sər­hədləri iyirmi faiz də azaldı! Haradan başlanır Vətən! Sə­də­rək elindən­mi? Axı Sədərəkdən Vedibasara qucağına həsrət qal­dığın doğma kəndin Xalisaya, o yerlərin dağlarına gedə bil­mir­sən ...


Yenə yolda hicran adlı qatarmı?

O, qatarı görən vüsal udarmı?

Zaur, yazsam ünvanına çatarmı?

Məktub yazmaq istəyirəm Vedimə!-


deyirsən ay qəlbi həsrətdən kaman kimi inləyən, intiqam üçün həmişə bütün mübarizələrə hazır olan, qələmi silahdan kəsərli olan şair qardaşım. Gələcəkdən xəbərsizəm. Ancaq təəs­süf ki, hic­ran qatarını hələ vüsal uda bilməyib. Ancaq udaca­ğına ürə­yim­də böyük inamım var. Çox haqlı olaraq ya­zır­san.
Oldum qucağında ötəri qonaq,

Uzaq düşdüm dərddən, qəmdən çox uzaq,

Ay yaralı könlüm sözüm haqdır, haqq,

Sədərəkdən Vedi qoxusu gəlir!


“Sədərəkdən Vedi qoxusu gəlir!”. Qəribə təsəllidir elə de­yilmi? Bu təsəllini, sabaha inamı “Gözüm doymaz öz obam­dan, elimdən” və “Vedisiz göynəyir Zaur Vedili” bölmələrində toplanan şeirlərində daha çox hiss edirik.
Poeziyanın dağ çayı kimi

üsyankar ömür dostu
Poeziya… Ömrümüzün ən kövrək çağlarında ülvi duy­ğu­­larla bizi görüşdürən İlahi qüvvə. Poeziya... üzdə qayğılı kə­dər­li düşüncəli, daxildə dağ çayı kimi üsyankar ömür dostumuz. Zaur Vedili bu İlahi qüvvəni qorumaq üçün şam kimi yanıbdır. Sə­masında dahi Nizami ulduzu yanan, Füzuli günəşi nur sa­çan, Məmməd Araz şeyriyyəti səslənən bir dünyaya ucuz söz yığ­nağı gətirmək istəməmişdir Zaur Vedili.

Zaur Vedili şeir yaradıcılığında oxucusunun qarşısına haqlı sual qoyur: - Niyə sonumuzu fikirləşmirik? Bəlkə bu sualın ca­vabını öz əməllərimizlə həyata keçirtsəydik başımıza bu bə­la­lar, min bir faciələr gəlməzdi. Zaur Vedili də belə incik şeirlər yazmazdı.

İblisə, şeytana tez aldanırıq,

Yaxşı əməllərdən gen dolanırıq,

Qaranlığa tərəf çox boylanırıq,

Niyə sonumuzu fikirləşmirik?

“Yaşadım”, “Telli saz”, “Sən özgə aləmsən, ay sədəfli saz”, “Könüllərdə yerin var”, “Sazlı-sözlü Zeynəbimiz” “Yallını çal Yallı kimi”, “Bu bayramda” aşıq Fəzail Miskinə yaz­­dığı “İnsaf”, “Ağladı” kimi şeirlərində Azərbaycan xalqına məx­sus milli dəyərlərimizin, milli sərvətlərimizin əvəzsizliyin­dən söz açıb. Şair qeyd edib ki, milli dəyərlərimiz min illər boyu formalaşaraq bizə gəlib çatıbdır. Ona görə də bu dəyərləri qo­rumaq və yaşatmaq hər birimizin ən ümdə vəzifəsidir. Xal­qın milli dəyərlərini qorumaq onun gələcəyini qorumaq de­mək­dir.

Min illərdi Vətənimə, xalqıma,

Həm əzəmət, həm qürurdu telli saz.

Başdan-başa qəlb oxşayan sehirdi,

Möcüzədi, həm də sirdi telli saz.
Sevgi də qəribə olurmuş
Zaur Vedilinin bu kitabının “Nə qəribə sevgidir bu” böl­­məsində toplanan 53-adda şeirlərdən sevgi-məhəbbət yağışı ya­ğır. Bu şeirlərin qəhrəmanları söz deyəndə utandıqlarından ya­­naqları lalə kimi qızaran, duruşuğunda bənövşə kövrəkliyi olan, isməti nənələrimizdən yadigar kimi saxlayan el gö­zəl­lə­ridi.

Bəxtimdə doğan Aysan,

Qəlbimdə hay-haraysan,

Tanrıdan mənə paysan,

Səni necə sevməyim?
Solmayan tər qönçəsən,

Qönçədən sən incəsən,

Mənim lap qəlbimcəsən,

Səni necə sevməyim?

“Bilmirdim”, “Bu sevgi nədəndir”, “Darıxma”, “Bu qız mə­ni öldürəcək”, “Daha məni gözləmə”, “Səni xoşbəxt edə­cəm mən”, “O gözəlin gözləri”, “Bir də gülməyəcək tale üzünə” kimi şeirlərdə saf və təmiz məhəbbətlə birgə vüsal, ayrılıq, həs­rət kimi sözlər də özünə yer tapıbdır.

Həsrət bizi elə qucdu,

Vüsal mülkü himdən uçdu,

Bu səbəbdi, yoxsa suçdu?

Fərq eləməz, gen tut məni,

Çalış daha unut məni!


Sonetlər çələngi” ülvi bir qayəni canlandırır
Yeddi yüz ildən artıq Avropa xalqlarının poeziyasında ta­rixi olan sonet lirik janrlardan biridir. Poeziyamızda son il­lər­də qələmə alınmış “Sonetlər çələngi”ndən biri də Naxçıvanda ya­şayan şair Zaur Vediliyə məxsusdur. “Şərq qapısı” qə­ze­tin­də 2000-ci ildə dərc olunmuş “Sonetlər çələngi” fəlsəfi ovqatı ilə səciyyələnir. Şair dünya və bəşər taleyi barədə düşünur in­san­lığın səadət yolunu hamının haqdan yaranmasında, qəlbən saf­laşmasında, xoş əməllər arxasınca getməsində görür. Şəri-çir­kin niyyətləri, yaramazlıqları pisləyir. Oxucularını ali həqi­qə­tin işığında yol getməyə səsləyir. Şairi düşündürən budur:

Beş günlük dünyadı bu nurlu dünya,

Qoynunda qonaqdı doğulan hər kəs.

Bunu bilə-bilə bilmirəm niyə,

Artır insanlarda pisliyə həvəs?

Gizlincə qucuruq bəd əməlləri,

Xəbərsiz sanırıq bundan hamını.

Vaxtsız solduraraq qönçə gülləri,

Günəş, Ay sanırıq günah şamını.

Nə qədər yamanlıq eləsək də biz,

Lakin unuduruq pislikləri tez

Düşünsək bilərik kimdir günahkar.

Yetər göllərində batdıq günahın,

Hər şey yadındadır böyük Allahın,

Dünyanın sərt qışı, güllü yazı var.

Belə düşüncələrin ardınca ülvi şair niyyəti, pak diləyi mis­ralardan boylanır.

“Sonetlər çələngi” haqqında tanınmış ədəbiyyatşünas alim Hüseyn Həşimli maraqlı fikirlər söy­­­ləmişdir. Hüseyn Hə­şim­li­nin “Azərbaycan poeziyasında so­net və terset” ki­ta­bın­dakı Zau­run yaradıcılığı haqqında deyi­lən­lə­­rin maraq­lı­lı­ğını nəzərə alaraq olduğu kimi təqdim edirik:

-Zaur Vedilinin çələngindəki sonetlər arasında məna, məz­mun bağ­­lılığının güclü olduğunu, hər bir sonetin vahid məcraya yö­nəl­­di­yini və bu yöndə müvafiq, poetik semantika daşıdığını ay­rıca qeyd etməliyik. Başqa sözlə desək, forma naminə məz­mun qur­ban verilməmiş, həmçinin fikrin bədii təqdiminə lazımi diq­qət ye­ti­ril­mişdir. Bütün çələng ülvi bir qayəni canlandırır. Çə­ləng­dəki sonetlərin hamısı İtalyan soneti formasında olub. “Abab, qdqd, mmp” kimi qafiyələnmişdir. Sevimli oxuculara onu da bildirim ki, Zaur Vedili Naxçıvanda “Sonetlər çələngi”ni yazan ilk qələm əhlidir.


Zaur Vedili yaradıcılığında rübailər
Azərbaycan ədəbiyyatında öz qədimliyi ilə seçilən rübai jan­rında çox gözəl əsərlər yazılmış və bu əsərlər əsrlər ötsə də öz mə­na­sını, öz təravətini qoruyub saxlamışdır.Zaur Vedili də gö­zəl­lik­də və kövrəklikdə kəpənəyə bənzəyən rübailər ilə oxu­cu­la­rı­nın görüşünə gəlib. Bu kitabda müəllifin otuz üç rübaisi se­vim­li oxu­cularının ixtiyarına verilmişdir. Hər birisi insanı düşün­dü­rən, onu həyatda düz və xeyirxahlığa səsləyən bu rübailər Zaur ya­ra­dıcılığının əsas xəttini təşkil edir.

Könlüm istər gül bağından gül üzsün,

O gülləri nurlu yola o düzsün,

Pisliyindən əl çəkmirsə pis adam,

Niyə yaxşı yaxşılıqdan əl üzsün?

Zaur Vedilinin biri-birindən öz ahənginə, yazı tərzinə, mə­nalığına görə fərqlənən rübailəri istər-istəməz oxucusunu özü­nə cəlb edir.


Zaur Vedili yaradıcılığında qəzəl janrı
Bu kitabda Zaur Vedilinin qəzəllərinin dərcinə əlbəttə ki, ürəkdən sevindim. Əlbəttə, klassik janrda böyük ustadların yaz­­dıqları qəzəllərdən sonra bu sahəyə müraciət etmək çox bö­yük məsuliyyət tələb edir. Elə bu məsuliyyəti bilə-bilə Zaur Vedili qəzəllərinin birində yazır:
Gözlərdən yaş ələnsə bağrım başı qana dönər,

Haqqı taptanan görsəm gen dünyam zindana dönər.


Bu həyatda Zaurun öz amalı, öz andı var,

Onun pak əməlləri dillərdə dastana dönər.

* * *

Zaur Vedili oxucularının görüşünə gəldiyi bu yeni kita­bın­da “Vüqarlı Azərbaycan” və “Sevdalı könüllər” adlı poe­ma­la­rını da əziz oxucularına ərməğan edib. Elə-obaya, insana sevgi və məhəbbətlə yazılan bu poetik əsərlər müəllifin pak və təmiz, həmçinin əsil şairə məx­sus olan qəlbindən gələn səmimi hiss­lər­­dir. Bəli, əziz oxucu qə­ləm dostumuz Zaur Vedili yeni kitabı ilə sizlərə qonaq gəlir. Bu­yurun, onun üzünə qapılarınızı geniş açın! O həqiqətən də buna layiqdir....


İBRAHİM YUSİFOĞLU,

AYB-nin və AJB-nin üzvü,

“Qızıl qələm” mükafatı laureatı

GÖZÜM DOYMAZ

ÖZ OBAMDAN, ELİMDƏN




AZƏRBAYCAN BAYRAĞI
Dalğalan, xoş hüsnünü görən gəlsin ilhama,

Həm Vətənim, həm elim çatsın arzuya, kama,

Sevgin elə böyükdür, qoymaz qəlbə qəm dama,

Dostuna göz nurusan, düşməninə göz dağı,

Azərbaycan bayrağı!
Səninlə öyünürəm fəxrimsən, vüqarımsan,

Qışın ortasında da çiçəkli baharımsan,

Həm mənim xəzinəmsən, həm xəzinədarımsan,

Qiymətlidir Yurdumun qara daşı, torpağı,

Azərbaycan bayrağı!

Çiçəklənən yurdumda ümidim, pənahımsan,

Məscid kimi, pir kimi mənim səcdəgahımsan,

Zülmət gecələrdə də işıqlı sabahımsan,

Sənsən Odlar yurdunun yanar odu, ocağı,

Azərbaycan bayrağı!


Sənə olan sevgimiz sığmır şeirə, dastana,

Gözəllik bəxş edirsən yerə, göyə, cahana,

And içirəm müqəddəs kitabımız Qurana,

Sənə bağlıdır sənə, ömrümüzün xoş çağı,

Azərbaycan bayrağı!

Vətənimin tarixi, illərin naməsisən,

Müstəqillik carçısı, azadlıq nəğməsisən,

Dilimizin ən şirin olan xoş kəlməsisən,

Partladıqca partlasın qoy səni görən yağı,

Azərbaycan bayrağı!


Günəş qədər işıqlı, dünya qədər böyüksən,

Sənə qənim olanın çiynində ağır yüksən

Dostun başına tumar, yad başına külünksən,

Vüqarına qurbanam, ey xoşbəxtlik çırağı,

Azərbaycan bayrağı!
Anam Azərbaycanın başının örpəyisən,

Zaurun ruhu, canı, döyünən ürəyisən,

Səni sevən hər kəsin həmişə gərəyisən,

Ey sonsuz səmaların üçrəngli göy qurşağı,

Azərbaycan bayrağı!

7 sentyabr 2010


QƏLƏMLƏR SUSMASIN Kİ, SİLAHLAR DANIŞMASIN!
Doğulan hər bir insan bu dünyada qonaqdır,

Ömrü işıqlandıran ədalət, birdə haqqdır,

Qələmim həm qılıncdır, həm süngüdür, həm tankdır,

Arzumdur silahlarla küsənlər barışmasın,

Qələmlər susmasın ki, silahlar danışmasın!
Qələm əhli ağı ağ, qaranı qara yazsın,

Şeytana aldanmasın, onunçün qəbir qazsın,

Şüarımı orden tək hamı döşündən assın,

Sönmüş qanlı alovlar bir daha alışmasın,

Qələmlər susmasın ki, silahlar danışmasın!
Nurlansın zülmət gecə işıqlı səhər kimi,

Həyat bal şərbətdirsə, dadmasın zəhər kimi,

Sülhün carçısı olsun hamı bir nəfər kimi,

Müharibə, qan qada sel tək aşıb daşmasın!

Qələmlər susmasın ki, silahlar danışmasın!
Bütün xalqlar, ölkələr atsınlar sülhə imza,

Qarlı-boranlı yerlər çevrilsin güllü yaza,

Hər bir kəs ölümə yox, cəhd eləsin xilasa,

Düz yolda yolçu olsun, bir addımda çaşmasın,

Qələmlər susmasın ki, silahlar danışmasın!

5 may 2009



BİTMƏZDİR O DAHİYƏ OLAN MƏHƏBBƏTİMİZ!
Ulu öndərimiz Heydər Əliyevə
O, elə günəşdir ki, günəşdən çoxdur nuru,

El dilində dastandır onun əzmi, qüruru,

Millətin uğurudu onun hər bir uğuru

Bununçün ona daim güvəndi millətimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz!
O, bu yurdun, bu elin işıqlı səhəridi,

Dövrün həm dahi şəxsi, həm də peyğəmbəridi,

Həm adı, həm əməli dillərin əzbəridi,

Ona güvənmişiksə sarsılmaz qüdrətimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz,
Arxasında dağıydı həmişə elimizin,

Kamil bilicisiydi hər zaman dilimizin,

Çınqıllar kəsənmədi yolunu selimizin,

Xalq-Heydər, Heydər-xalq dedi, puç olmadı cəhdimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz!
O öz siyasətiylə zülməti şum elədi,

Dağam deyən çoxunu dağıdıb qum elədi,

Poladı, dəmiri də yumşaldıb mum elədi,

Onunla artıb bizim gücümüz, qüvvətimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz!
Danışanda dilindən sanki nur tökülürdü,

Elə bil ki, dan yeri təzəcə sökülürdü,

Bütün qaranlıqlar işığa bükülürdü,

Haqq deyən hər bir kəsə dərsdir siyasətimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz!
Ona sevgi hər qəlbdə yanır ocaq, köz kimi,

Sözün qüdrəti çatmır tam bildirəm sevgimi,

Bu xalqı, bu torpağı o, qoruyub göz kimi,

Ölsək də əmanətə olmaz xəyanətimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz!
Onu cismən edəndən bizlərdən ulu Tanrı,

Onsuz hər bir ürəyin qubarı var, qubarı,

Bəli, mən əminəm ki, pak müqəddəs məzarı,

Olubdur, olacaqdır hər an ziyarətimiz,

Bitməzdir o dahiyə olan məhəbbətimiz!
EŞQ OLSUN TÜRK XALQINA
Solmazdır baharımız,

Sarsılmaz vüqarımız,

Sən qoru ey Tanrımız,

Eşq olsun türk xalqına!


Haqqı var öyünməyə,

Qəlblərdə döyünməyə,

Gərək bu od sönməyə,

Eşq olsun türk xalqına!


Düşmənə zərbə vurar,

Yeni bir dünya qurar,

Diz çökməz, məğrur durar,

Eşq olsun türk xalqına!


Hər işdə zəfər çalar,

Yağını taxtdan salar,

Tarixdə ərtək qalar,

Eşq olsun türk xalqına!

6 sentyabr 2008
AZƏRBAYCAN ORDUSUNA EŞQ OLSUN!
Nə sarsıntı, nə qorxu var canında,

Yaranandan ərlik coşur qanında,

Ay ürəyim, ay ömrüm hər bir anında,

Azərbaycan ordusuna eşq olsun!

Ərlik dərsin alıbdılar beşikdə,

Haqq deyib, haqq görüblər ev-eşikdə,

Ayıq sayıq durublar keşikdə,

Azərbaycan ordusuna eşq olsun!


Qadirdilər tufanları yarmağa,

Silahlanıb sərhədlərdə durmağa,

Can atırlar xoşbəxt dünya qurmağa,

Azərbaycan ordusuna eşq olsun!


Geyib zireh paltarını əyninə,

Vətən adlı yük götürüb çiyninə,

Qara xallar düşməz əsla beyninə,

Azərbaycan ordusuna eşq olsun!

30 dekabr 2009
GÖZÜM DOYMAZ ÖZ OBAMDAN, ELİMDƏN
Fərqi yoxdur aranlıyam, dağlıyam,

Gərək yurdu gözüm üstə saxlayam,

Bu torpağa, xalqa elə bağlıyam,

Gözüm doymaz öz obamdan, elimdən.


Qara yellər dolansa da başımda,

Gül ətri var kəsəyimdə, daşımda,

Bel bükülsə, olsam da yüz yaşımda,

Gözüm doymaz öz obamdan, elimdən.


Yer də, göy də bürünsə qar-borana,

Bir daşını dəyişmərəm cahana.

Məhəbbətim sığışmaz min dastana,

Gözüm doymaz öz obamdan, elimdən.


Parlaq olan öz ənənəm, adətim,

Olur hər vaxt mənim şanım-şöhrətim.

Qonaqpərvər, sülhü sevən millətim,

Gözüm doymaz öz obamdan, elimdən.


Yurdda, eldə qazanılan hər uğur,

Mənim üçün həm vüqardı, həm qürur.

İki dünyam bir olsa da, ay Zaur,

Gözüm doymaz öz obamdan, elimdən.

23 iyul 2010
TÜRKÜN TÜRKDƏN YAXIN DOSTU YOXDUR, YOX
Dünya yaranandan indiyə qədər,

Həm sevinc görmüşük, həm də qəm-kədər,

Halımız olsa da betərdən betər,

Türkün türkdən yaxın dostu yoxdur, yox!


Qılınc da çalmışıq, ox da atmışıq,

Yad qəlbə nizətək çox vaxt batmışıq,

Bütün yatanları ta oyatmışıq,

Türkün türkdən yaxın dostu yoxdur, yox!


Həyat başdan-başa sınaq olsa da,

Yolumuz gah təpə, gah dağ olsa da,

Hamı bu dünyada qonaq olsa da,

Türkün türkdən yaxın dostu yoxdur, yox!


Bu fani dünyada biz bilə-bilə,

Gərək aldanmayaq hər şirin dilə,

Vallah dayansa da alnıma güllə,

Türkün türkdən yaxın dostu yoxdur, yox!


Çənli gündə türkə arxa türk olur,

Düşmən kölgəsinə daş, külüng olur,

Özünə dönəndə o, böyük olur,

Türkün türkdən yaxın dostu yoxdur, yox!

15 may 2009

QƏDƏMLƏRİN MÜBARƏKDİ

TƏZƏ İL
Gəlişinlə gülüş gətir cahana,

Sığışmasın sevincimiz dastana,

Yağdır ağ gün yağışını hər yana,

Qədəmlərin mübarəkdi təzə il.


Yerə-göyə bəxtəvərlik, sülh gətir,

Qara daş da ətir saçsın, qoy ətir,

Hər ürəkdə sevinc adlı gül bitir,

Qədəmlərin mübarəkdi təzə il.


Tam ərisin kədər, hicran buzumuz,

Əskilməsin çörəyimiz, duzumuz,

Süfrəmizdə bol olsun hər ruzimiz,

Qədəmlərin mübarəkdi təzə il.


Ulduz gətir, Günəş gətir, Ay gətir,

Çeşmə gətir, bulaq gətir, çay gətir,

Yurdumuza səadəti pay gətir,

Qədəmlərin mübarəkdi təzə il.


İlham versin sənə elin alqışı,

Pozulmasın gözəlliyin naxışı,

Rahat olsun dünyanın hər qarışı,

Qədəmlərin mübarəkdi təzə il.


Yoxa çıxsın dünyamızdan hər xəta,

Tanımayaq müharibə, qan-qada,

Sən daha da şirinlik qat həyata,

Qədəmlərin mübarəkdi təzə il.

2 yanvar 2010



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə