«Vəsl» (ﺍﻟﻭﺻﻝ) – «vüsal» qeybə çatmaqdır.
Yəhya b. Müaz deyir: «Ərşin altındakılara göz yummayan kəs ərşin üstündəkinə çata bilməz», yəni ərşin məxluqların nəzarət etdiyindən ötürdüklərinə çata bilməz. Şiblinin fikrincə: «Vasil olduğunu güman edən hasil olmaz». Bir başqası isə: «Üsulunu itirmişlər vüsaldan məhrum olar», – söyləyir.
Şair yazır:
«Vəsliniz hicrandır, sevginiz tərk,
Yaxınlığınız uzaqdır, sülhünüz hərb».
«Fəsl» (ﺍﻟﻓﺻﻝ) – «ayrılma» sevgilidən rica edilən şeyi nəzərdən qaçırıb ötürməkdir.
Şeyxlərdən biri deyir: «Çatdığını (vəslini) güman, yaxud zənn edən, yəqindir ki, çatmayıb (ötürüb)». Bir başqası isə bildirir: «Sənin vüsalının sevinci ayrılığın kədəri ilə qarışıqdır».
Şair yazır:
«Nə vəsl var, nə fəsl,
Nə ümidsizlik, nə ümid».
«Əsl» (ﺍﻷﺻﻝ) çoxala bilən şeydir. Üsulun əsli hidayətdir.
Dostları ilə paylaş: |