«Təlbis» (ﺍﻟﺗﻟﺑﻳﺲ) – «saxtalaşdırma» bir şeyi ona zidd bir keyfiyyətlə bəzəməkdir.
Vasi‘nin fikrincə: «Təlbis rübubiyyətin özüdür». Mənası budur ki, o, mömini kafir, kafiri də mömin qiyafəsində göstərər. Allah buyurur: Biz onları özlərinin düşdükləri şübhəyə saldıq (Quran 6/9).
Cüneyd deyir: «Şübhələr dolaşdı, hisslər bir-birinə qarışdı. Şübhələrdə qarışıq düşən şey əldə olunduğu sürətlə də gedər».
Qənnad bu mənada söyləyir:
«Hər bir məkrlidə kəşf olunan saxtalıq
Dəvətində onu çaşqınlığa aparar».
«Şirb» (ﺍﻟﺸﺭﺏ) – su içərkən alınan ləzzət – ruhlara kəramətlər veriləndə və bununla onlara nemət veriləndə ruhların və təmiz ürəklərin xoşhal olmasıdır. Bu, Rəbbinin yaxınlığında müşahidə nurlarından qəlbə düşən şeylə nemətləndirildiyinə görə şirbə oxşadılır.
Zu‘n-Nun deyir: «Onların qəlbləri məhəbbət dənizinə çatdı, ondan qəlblərinin hünəri ilə ovucla doyunca içdilər. Sevgili ilə görüşməmiş onlar üçün hər maneə asanlaşdı».
Bu barədə biri yazır:
«Səni səmimiyyətlə zikr etmək üçün bir qədəh içdim,
Qəlbimi sənin xəstən etmədi.
Məni səndən məşğul edəcək bir şey tapa bilmədim,
Mən sənsiz məşğulam desəm, yaşamaram.
Dostları ilə paylaş: |