Ekspert konsultant şirkət tam yeraltı PVT analizi ilə bağlı bütün aspektləri və mərhələləri əhatə edən xidmətləri təmin etməlidir. Nəticələrə aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):
Quyular sahəsində nümunənin götürülməsi (quyudibi və/və ya yerüstü) və yeraltı PVT analizi ilə əlaqədar bütün işlərin idarə/nəzarət olunması və koordinasiyası
Laboratoriyadan alınacaq hesabat standartlarının/tələblərin hazırlanması, saxlanılmalı və hesabat verilməli bütün laboratoriya nəticələrinin siyahısının təyin olunması
PVT analizi üzrə laboratoriyanın seçilməsi ilə bağlı tövsiyyələrin verilməsi və tələblərin hazırlanması, laboratoriyanın seçilməsi (ehtiyac olarsa)
Yekun PVT Analizi Proqramının və bütün PVT eksperimentləri/testləri/ölçü işləri/hesablamaları üçün tam iş ardıcıllığı diaqramının hazırlanması/dizayn olunması
Laboratoriya üçün fluid nümunəsinin götürülməsi və bütün PVT laboratoriyası eksperimentləri/testləri/ölçü işləri üçün detallı test spesifikasiya sənədlərinin hazırlanması. Detallı test spesifikasiya sənədlərinə aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):
İşin həcmi və məqsədləri
Quyular sahəsində fluid nümunələrinin götürülməsi və bütün laboratoriya testləri/ölçü işləri/hesablamalar üzrə prosedurlar (addım-addım instruksiyalar və “dayan və hesabat vermək nöqtələri” daxil olmaqla)
Bütün laboratoriya testləri/ölçü işləri/hesablamaları üzrə tam iş ardıcıllığı diaqramı
Müxtəlif analizlər üzrə ayrı-ayrılıqda protokollar
Laboratoriya prosedurları və nəticələrinin keyfiyyətinə nəzarət və qiymətləndirilməsi üçün limitlərin və istinad məlumatlarının təmin olunması
Flüid nümunələrinin götürülməsi zamanı, bütün PVT testləri/analizləri və PVT modelləşməsi zamanı yarana biləcək bütün suallara cavab verilməsi və çətinliklərin aradan qaldırılması
Flüid nümunələrinin keyfiyyətinin yoxlanması/araşdırılması və seçilməsi
Uyğun keyfiyyətə nəzarət instruksiyalarının və proseslərinin təmin olunması
Laboratoriya tərəfindən verilmiş bütün aralıq və yekun test nəticələrinin, emal olunmamış məlumatların və hesabatların keyfiyyətinin yoxlanması və təsdiqlənməsi
Laboratoriya tərəfindən verilmiş və interpretasiya olunmuş bütün nəticələrin etibarlılığını/düzgünlüyünü təyin etmək
Flüid nümunələrinin götürülməsi zamanı quyular sahəsinə və kritik əməliyyatlar zamanı laboratoriyaya getmək
Layların dinamik simulyasiya modelində və quyu performansı modelində dərhal istifadə edilə biləcək bütün yeraltı (“subsurface”) PVT məlumatlarının keyfiyyətinin yoxlanması, interpretasiyası/inteqrasiyası və PVT modellərinin qurulması (“Black-oil” və EOS Kompozisiyalı modellər)
Yeni PVT modellərin layların dinamik modelinə inteqrasiya edilməsi və nəticələrin yoxlanması
PVT analizi ilə bağlı aparılan bütün işlərin statusu ilə bağlı müntəzəm hesabatların verilməsi
Detallı, ekspert rəyi verilmiş (“peer review”), rəsmi şəkildə konsultant şirkət tərəfindən təsdiqlənmiş və uyğun səlahiyyətli qurumlar tərəfindən tanınmış yekun hesabat.