Umid Babek Operating Company


SATIN ALINAN İŞLƏRİN siyahısı və göstəriciləri



Yüklə 227,5 Kb.
səhifə6/10
tarix01.01.2022
ölçüsü227,5 Kb.
#102971
1   2   3   4   5   6   7   8   9   10
SATIN ALINAN İŞLƏRİN siyahısı və göstəriciləri

Lot 1: PVT Analizi Üzrə Məsləhətçi Mütəxəssis Şirkətin Seçilməsi

İşin məqsədi

Tam PVT analizinin aparılması, Ümid qaz-kondensat yatağının və Babək perspektiv strukturunda layların PVT üzrə xarakterizə olunması, PVT modellərinin qurulması (Black-oil və EOS Kompozisiyalı), layların hidrodinamiki modelində PVT məlumatlarının yenilənməsi, işlənmə planının, hasilatın və digər bütün əlaqəli işlərin optimallaşdırılması üçün zəruri olan nəticələrin əldə olunması.



İşin həcmi

Ümid qaz-kondensat yatağında olan hasilat quyularından birindən yerüstü separator fluid (qaz və kondensat) nümunələrinin götürülməsi və laboratoriyada tam PVT analizinin aparılması planlaşdırılmışdır. PVT analizinin nəticəsi olaraq, bütün yeraltı (“subsurface”) PVT məlumatları, “Black-oil” və EOS Kompozisiyalı PVT modelləri əldə olunacaq ki, bunlar da layların dinamik simulyasiya modelinə və quyu performansı modelinə, həmçinin bütün uyğun yeraltı analizlərə tətbiq ediləcəkdir. PVT analizi və modelləşdirilməsi işləri PVT analizi üzrə yüksək beynəlxalq təcrübəyə malik ekspert konsultant şirkətin dəstəyi ilə yerinə yetiriləcəkdir. Dəstəyin göstərilməsinə aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):



  • İlkin planlama və PVT Analizi Proqramının hazırlanması

  • Nümunənin götürülməsi (quyudibi və/və ya yerüstü) və laboratoriya testləri üzrə detallı test spesifikasiya sənədlərinin hazırlanması

  • PVT analizi ilə bağlı bütün testlərin/işlərin idarə və koordinasiya olunması

  • Ehtiyac olduğu təqdirdə quyular sahəsinə və laboratoriyaya gəlmək və nəzarət etmək

  • Nümunənin götürülməsi (quyudibi və/və ya yerüstü) və laboratoriya nəticələrinin keyfiyyətinin təmin olunması və yoxlanması

  • Nəticələrin interpretasiya/inteqrasiya olunması, yeraltı PVT modellərinin (“Black-oil” və EOS Kompozisiyalı) qurulması

  • Yeni PVT modellərinin layların dinamik modelinə inteqrasiya olunması


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin