Flüid nümunələrinin götürülməsi, PVT laboratoriya analizləri və PVT modelləşdirilməsi üzrə ayrı-ayrılıqda yekun hesabat hazırlanmalı və hesabata aşağıdakılar daxil edilməlidir (lakin bunlarla məhdudlaşmır):
Analizlərin məqsədi
Bütün emal olunmamış məlumatlar, keyfiyyəti yoxlanmış məlumatlar, yeraltı (“subsurface”) dinamik lay modellərində və quyu modellərində dərhal istifadə edilə biləcək interpretasiya və inteqrasiya olunmuş məlumatlar
Bütün məlumatların/analizlərin etibarlılıq və düzgünlük qeydləri
İstifadə olunmuş bütün prosedurların, razılaşdırılmış prosedurlardan/protokollardan kənaraçıxmaların, bunların səbəblərinin və məlumatların/nəticələrin keyfiyyətinə təsirinin qeydləri
Lazımlı bütün nəticələr və statistik məlumatlar (etibarlılıq qeydləri olmaqla)
Bütün keyfiyyətin yoxlanılması proseslərinin, nəticələrin interpretasiya və inteqrasiya olunmasının və PVT modellərinin qurulmasının (“Black-oil” və EOS Kompozisiyalı modellər) addım-addım izahı, həmçinin, uyğun aşkarlanmalar, nəticələr və tövsiyyələr
Laboratoriyanın performansının qiymətləndirilməsi
Ümumi etibarlılıq səviyyəsi və analizlərin qoyulmuş məqsədlərə çatma qeydləri
Yerinə yetirilmiş, hal-hazırda davam edən və planlaşdırılmış işlər, çətinliklər, təcrübələr, aşkarlanmalar, prosedurlardan hər hansı kənaraçıxmalar və dəyişikliklər haqqında müntəzəm status hesabatları
Bütün nəticələr uyğun qrafiklər, şəkillər və diaqramlarla birgə rəqəmsal formatda, PDF və Excel (bütün emal olunmamış və interpretasiya olunmuş məlumatlar)
Yekun hesabatın, bütün interpretasiya və modelləşdirilmə nəticələrinin ekspert tərəfindən yoxlanması (“peer review”) və konsultant şirkət tərəfindən rəsmi olaraq təsdiqlənməsi (digər uyğun səlahiyyətli qurumlar tərəfindən tanınması üçün).
Hesabatlar, uyğun nəticələr və qrafiklər elektron formatda (PDF və Excel) və həmçinin original rəsmi kağız formasında təqdim olunmalıdır.
Tələblər
Bütün keyfiyyətin yoxlanılması proseslərinin, nəticələrin interpretasiya və inteqrasiya olunmasının və PVT modellərinin qurulmasının (“Black-oil” və EOS Kompozisiyalı modellər), həmçinin, uyğun aşkarlanmalar, nəticələr və tövsiyyələrin UBOC komandasına addım-addım izah olunması;
PVT modellərinin qurulmasının (“Black-oil” və EOS Kompozisiyalı modellər) UBOC-un ofisində uyğun komanda üzvləri ilə birgə yerinə yetirilməsi;
Əsas işlər və modelləşdirilmə işləri UBOC-un ofisində uyğun Yeraltı (“Subsurface”) işlər üzrə komandanın üzvləri ilə birgə yerinə yetiriləcəkdir, lakin hesabatların hazırlanması konsultant şirkətin ofisində yerinə yetiriləcəkdir;
Keyfiyyətin yoxlanması və analizlər üçün tələb olunan komputer proqramları konsultant şirkət tərəfindən təmin olunacaqdır. Tempest PVTx komputer proqramı və lazımlı işçi komputerlər UBOC tərəfindən təmin olunacaqdır;
15+ uyğun sahədə iş təcrübəsi olmalıdır;
Modelləşdirmə prosesindən əvvəl UBOC komandasına ümumi və PVT modelləşdirilməsi haqqında təlimin keçirilməsi (UBOC-un ofisində)
Ehtiyac olduqda, bütün keyfiyyətin yoxlanması proseslərinin/metodlarının, interpretasiya və PVT modelinin qurulması işlərinin UBOC komandasına izah olunması.