Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə136/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   132   133   134   135   136   137   138   139   ...   193

KƏRAMƏTLİ nəzər


Böyük arif Seyyid Cə`fər Müzarei belə nəql edir:

Nəcəfin əzəmətli hövzəsinin bir tələbəsi çox çətin vəziyyətdə yaşayırdı. Bir gün bu sıxıntıların tə`sirindən Həzrət Əlinin (ə) ziyarətinə gəlib Həzrətə (ə) müraciətlə deyir: “Ey mənim Mövlam, mənim maddi vəziyyətim bu qədər ağır olduğu halda nə üçün sən öz hərəmindən bu qədər qiymətli çil-çıraqlar asmısan?!”

Bu tələbə gecə yuxuda Həzrət Əlini (ə) görür və Həzrət ona belə buyurur: “Əgər Nəcəfdə mənim yanımda qalmaq istəyirsənsə qatıq-çörəklə razılaşmalısan. Əgər yüksək maddi tə`minat istəyirsənsə Hindistanın Heydərabad şəhərinə gedib filankəsə müraciət etməlisən. Onunla görüşərkən bu misranı oxuyarsan: “Göydə günəş kimi nur saçıb gəzər.”

Tələbə kitablarını və başqa olanlarını satıb Hindistana yola düşür. Heydərabad şəhərində deyilən ünvanı tapıb qapını döyür. Ev sahibi ilə görüşüb həmin misranı oxuyur. Olduqca varlı olan ev sahibi hörmətli qonaq gözləyirmiş kimi onu qəbul edib böyük diqqət göstərir. Xidmətçilər oğlanı hamama aparır, yuyundurub bahalı libaslar geyindirir və ona lazımınca xidmət göstərirlər.

Tələbə səhəri gün bu böyük imarətdə ciddi hazırlıq işlərinin getdiyini görür. Bir müddət sonra şəhərin varlı adamları, alimlər təşrif gətirirlər. Məclis qurulur və ev sahibi qonaqlara müraciətlə deyir: “Əziz qonaqlar, mən öz sərvətimin yarısını Nəcəfdən gəlmiş bu tələbəyə bağışlayıram və iki qızımdan birini ona ərə verirəm.”

Gördüklərindən heyrətə gəlmiş tələbə ev sahibinə yaxınlaşıb astadan soruşur: “Bütün bunlar nə deməkdir?” Ev sahibi deyir: “Bir neçə il əvvəl Həzrət Əlinin (ə) şə`ninə şe`r demək istədim. Birinci misranı yaza bilsəm də ikinci misra heç vəchlə alınmadı. Neçə-neçə şairlərə müraciət etsəm də, bu beyti tamamlamaq mümkün olmadı. İş o yerə çatdı ki, ikinci misranı deyəcək şəxsə var-dövlətimin yarısını bağışlayacağımı və qızımı ona ərə verəcəyimi nəzir etdim. Bu misranı isə siz dediniz.” Tələbə deyir ki, bu misranı mənə Həzrət Əli (ə) yuxuda öyrətmiş idi. Ev sahibi də şükür səcdəsi edərək hər iki misranı oxuyur:


Dəyərsiz zərrəyə Əli (ə) salarsa nəzər,

Zərrə göyə qalxaraq günəşin işini görər.

Zərrəyə salsa əgər, Əli (ə) bir anlıq nəzər,

Zərrə səmaya gedər, günəşin işini görər.


“İlahi və Mövlayə əcrəytə ələyyə hukmənit-təbə`tu fihi həva nəfsi və ləm əhtəris fihi min təzyini əduvvi fəğərrəni bima əhva və əs’ədəhu əla zalikəl qəza, fətəcavəztu bima cəra ələyyə min zalikə bə`zə hududikə və xaləftu bə`zə əvamirikə

(“İlahi, ey mənim Mövlam! Sən hökm verdin, mən isə onun icrasında nəfsimin istəyinə tabe oldum. Düşmənimin işlərimi mənə gözəl göstərəcəyindən qorxmadım, o da məni aldatdı. Qəzavü-qədər də ona kömək etdi. Bu qəzalar səbəbindən verdiyin hökmlərdə bə`zən həddi aşdım və bə`zi göstərişlərinə müxalif oldum.”)


Allah-Taalanın müəyyənləşdirdiyi qəlbə aid əqidə nəfsə aid əxlaq, əzalara aid saleh əməl insanın dünya və axirət səadətini tə`min edən bəndəlik vəzifələridir. Bu vəzifələr xalis niyyətlə icra olunarsa, insan kamala çatar, əbədi Behiştə qovuşar.

Allah istəklərinin yerinə yetirilməsində insan üçün əsas maneə nəfs istəkləridir. O, insan qəlbində dünya bər-bəzəyinə maraq oyatmaqla diqqəti əsil məqsəddən yayındırır.


Ey həvəsə uyan dost!

Gəl, özünə etmə qəsd.

Bülbülsən, mə`şuqun var,

Bu qəfəs deyilmi dar?!

Tikanda ağrı, üsyan,

Çiçəkdir ətir saçan.

Şir tamah salmaz leşə’

Qul olma hər vərdişə.

Dövlət gəzmə kənarda,

Korda deyilsə karda.

Bağlısa dua əlin,

Faydasızdır əməlin.

Rəhm etməsən özünə

Vurasısan dizinə.

Özünə zülm edənin

Axı kim çəkər qəmin?!


Həzrət Peyğəmbər (s) buyurur: “Sənin ən qatı düşmənin iki sinən arasındakı maddi nəfsdir.”319

Bəli, əmmarə nəfs, ayə və rəvayətlərdə “həva” adlandırılan şey insanın ən qatı düşmənidir və onu əbədi səadətdən uzaqlaşdıraraq çirkin işlərə sövq edir.

Bir şəxs İmam Rizadan (ə) soruşur ki, dünya və axirət xeyrinin bir yerə toplandığı həqiqət nədir? İmam (ə) buyurur: “Nəfsinə müxalif ol.”320

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün cihad nəfsi ilə vuruşanın cihadıdır.”321 “Ey Əli! Sübh oyanarkən kimsəyə zülm etmək fikrində olmayan kəs ən böyük cihad sahibidir.”322

Özünü əmmarə nəfsə təslim edən insan onun vəsvəsələrinə aldanır və beləliklə Allah və Qiyamət, vəzifə və ölüm unudulur, insana kamala yetmək üçün verilmiş azadlıq günah və xətalara sərf olunur.
“Fələkəl huccətu ələyyə fi cəmii zalikə və la huccətə li fi ma cəra ələyyə fihi qəzaukə və əlzəməni hukmukə və bəlaukə

(“Sənin üçün mənə qarşı bütün işlərdə dəlillər tamamlanıb. Mənim üçün nəfs həvəslərinin təhriki ilə həyata keçən və Sənin hökmünün vadar etdiyi şeylərdə heç bir üzr yoxdur.”)



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin