Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə24/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

ŞƏFAƏTİN ŞƏRTİ


Ayə və rəvayətlərə əsasən, şəfaət intizarında olan şəxsin müəyyən həddə qədər imanı və saleh əməlləri olmalıdır. Yalnız bu yolla dünyada yol verilmiş nöqsanları ilahi şəfaətlə aradan qaldırıb, qiyamət səhnəsində behiştə yol tapmaq olar. Bu da mümkündür ki, günahların ağırlığından cəhənnəmə düşmüş şəxs şəfaətə nail olub bu əzabdan qurtulsun.

DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ


Ayə və rəvayətlərdən mə’lum olur ki, insanı ilahi rəhmətə qovuşdurub səadətə çatdıran şəfaətçilər bunlardır: iman, saleh əməl, tövbə’ Qur’an, peyğəmbərlər, imamlar, şəhidlər, həqiqi mö’minlər, rəbbani alimlər. Məhz bu şəfaətçilərin köməyi ilə bir çox kafirlər, müşriklər, qafillər dünyada azğınlıqdan xilas olur. Dünyada günaha yol verib tövbəyə müvəffəq olmayan iman əhli isə məhz qiyamətdə şəfaət hesabına bədbəxtlikdən nicat tapır.

Bəli, şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir.

İmanın şəfaəti haqqında «Hədid» surəsinin 28-ci ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir».

Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu ayəsində buyurulur: «Allah iman gətirib yaxşı işlər görənlərə d etmişdir ki, onları bağışlanma böyük mükafat gözləyir


TÖVBƏNİN ŞƏFAƏTİ


Müaviyyə ibn Vəhəb deyir: İmam Sadiq (ə) buyurdu: «Bəndə xalis tövbə etdiyi vaxt Allah ona məhəbbət göstərib, dünya və axirətdə onu pərdəyə bürüyər». Soruşdum ki, pərdəyə necə bürüyər? Buyurdu: «İki mələyin bu bəndə üçün yazdığı günahları onun yadından çıxarar və onun bədən və əzalarına vəhy edər ki, sizin üstünüzdə edilmiş günahları gizlədin. Bu bəndə Allahla görüşdüyü vaxt onun ziyanına şəhadət verəcək heç bir şey qalmaz.»163

QUR’ANIN ŞƏFAƏTİ


Həzrət Peyğəmbər (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizi bürüdüyü vaxt Qur’ana üz tutun. Çünki Qur’an şəfaəti qəbul olunan şəfaətçi və şikayəti qəbul olunan şikayətçidir».164

Şəfaət haqqında ətraflı mə’lumat almaq istəyənlər «Biharul-ənvar», «Məhəccətul-bəyza» və digər mö’təbər mənbələrə müraciət edə bilərlər.


«Və əs’əlukə bicudikə ən tudniyə’ni min qurbikə və ən tuziəni şukrəkə və ən tulhiməni zikrəkə»

(«Bəxşişin və səxavətin vasitəsi ilə məni yaxın məqamına çağırmağını, şükrünü mənə ruzi etməyini və zikrini qəlbimə ilham etməyini istəyirəm.»)


Həzrət Əli (ə) bu ilahi cümlələrlə Allah-Taaladan üç böyük məqam istəyir: Allaha yaxın məqam, şükür məqamı və zikr məqamı. Heç şübhəsiz, Allah-Taalanın bəxşiş və səxavəti olmadan bu məqamlara çatmaq mümkün deyildir.

Əgər Allah-Taala haqq yolçusuna sevgi halı və saleh əməl verərsə onu ilahi məqama çatmaq üçün vasitələrlə təchiz edərsə nailiyyətdən danışmaq olar. Zülmət hicablarından keçməkdə Allahdan yardım almayan kəs yüksək mə’nəvi məqamlara çata bilməz. Ona görə də dua edən şəxs uyğun üç məqama çatmaq üçün Allahın bəxşiş və səxavət sifətlərinə üz tutur.

Bu sifətlərin müşahidəsi üçün Həzrət Hüseynin (ə) «Ərəfə» duasının bə’zi cümlələrinə diqqət edək:

«Bütün sitayiş və təşəkkürlər Sənə məxsusdur, ey nöqsanlarıma göz yuman, qəmimi aradan qaldıran, duamı qəbul edən, eybimi örtən, günahımı bağışlayan, istəklərimi verən, düşmənimə qalib edən! Əgər sənin ne’mətlərini və qiymətli hədiyyələrini saysam, heç vaxt qurtara bilmərəm. Ey mənim sərvərim, ey mənim ağam, Sənsən əta edən, Sənsən ne’mət verən, Sənsən ehsan buyuran, Sənsən gözəllik bağışlayan, Sənsən davam verən, Sənsən kamala yetirən, Sənsən ruzi verən, Sənsən yardım edən, Sənsən ehtiyacları ödəyən, Sənsən var-dövlətə çatdıran, Sənsən pənahında saxlayan, Sənsən kifayət edən, Sənsən yol göstərən, Sənsən hifz edən, Sənsən pərdə çəkən, Sənsən bağışlayan, Sənsən görməməzliyə vuran, Sənsən güc verən, Sənsən izzətə çatdıran, Sənsən yardımlardan faydalandıran, Sənsən icazə verən, Sənsən təsdiqləyən, Sənsən qalibiyyət əta edən, Sənsən dəva qılan, Sənsən salamatlıq buyuran, Sənsən əziz edən».

Uyğun sifətlərlə daha dərindən tanış olmaq üçün «Əbu Həmzeye-Sumali» duasının İmam Səccadın (ə) dilindən çıxmış bə’zi cümlələrinə nəzər salaq: «Ey mənim ağam, mən Sənin boya-başa çatdırdığın uşağam, mən o nadanam ki, elm öyrətdin, mən o azmış bəndəyəm ki, yol göstərdin, mən o yıxılmış şəxsəm ki, Sən ucaltdın, mən o qorxanam ki, aman verdin, mən o acam ki, Sən doyurdun, mən o təşnəyəm ki, sirab etdin, mən o çılpağam ki, libasa bürüdün, mən o fəqirəm ki, imkan verdin, mən o zəifəm ki, güc bəxş etdin, mən o zəliləm ki, əziz etdin, mən o xəstəyəm ki, şəfa verdin, mən o ağız açanam ki, istəyimi verdin, mən o günahkaram ki, günahımı örtdün, mən o xatakaram ki, görməməzliyə vurdun, mən o azam ki, çoxaltdın, mən o çarəsizəm ki, xilas etdin, mən o qovulmuşam ki, Sən sığınacaq verdin».

Bəli, haqq yolçusu Allahın səxavət və kərəm sifətlərindən faydalanaraq üç böyük məqama çata bilər.


YAXINLIQ MƏQAMI


Bu məqam haqq yolçusu üçün ən üstün məqamdır. Bu məqam Allahın bəxşiş və kərəmi, mö’minin gözəl əxlaqı, günahdan çəkinməsi, saleh əməli, Peyğəmbər (s) və Əhli-beytə (ə) itaəti, Allah dostları ilə yoldaşlığı və bütün məqamlarda diqqəti vasitəsi ilə əldə edilə bilər. Sözsüz ki, bütün haqq aşiqlərinin itaət və ibadət yolu ilə bu məqama yetişməsi mümkündür. Bu məqama çatan yolçunun vücudunda tövhid həqiqəti cilvələnir, Allahdan qeyri nə varsa, fani olur. O, Allahın izni ilə xilafət kürsüsünə oturub, ilahi qüdrətdən faydalanır. «Ənisül-ləyl» kitabında nəql olunmuş qüdsi hədisdə Allah-Taala buyurur: «Ey mənim bəndəm, mənə itaət et ki, səni Özüm kimi edim. Mənim «ol» dediyim dərhal olur. Sən də bir şeyə «ol» desən, dərhal olar».

Digər bir hədisdə buyurulur: «Mən əbədi ölməyən diri bir sultanam. Ey mənim bəndəm, mənə itaət et ki, səni də əbədi, ölməz sultan edim».165

Mə’rifət əhli bu fikirdədir ki, bütün zahiri və batini ibadətlərdə məqsəd Allaha yaxın məqama çatmaqdır. İtaət və ibadətləri qaydasınca yerinə yetirən şəxs bu ali mərtəbəyə çatası və öz iradəsini Allahın iradəsinə tabe edəsidir. Haqq yolçusu öz itaət və ibadəti ilə Həzrət Haqqa doğru hərəkət etdiyi zaman Allahın rəhməti, ad və sifətləri sür’ətlə ona yaxınlaşır. Qüdsi hədisdə deyilir: «Mənə bir qarış yaxınlaşana bir dirsək yaxınlaşaram. Mənə bir dirsək yaxınlaşana bir «ba’» (qollar üfüqi açıldıqda alınan məsafə) yaxınlaşaram. Hər kəs mənə doğru addım atsa, mən sür’ətlə ona tərəf gedərəm.»166

Bəli, ibadət və itaət, Allaha yaxınlaşma nəticəsində Allah da insana yaxınlaşar. Ayə və rəvayətlərdə bu məqam «yaxın məqam» adlandırılmışdır və bu məqama çatanlara «muqərrəbin» deyilir. Hal əhli o şəxsləri müqərrəbin adlandırır ki, onların fe’l və sifətləri Allahın fe’l və sifətləri qarşısında fani olmuşdur. Müqərrəbinin iradəsi Allah iradəsi, danışığı Allah danışığıdır. Qüdsi hədisdə buyurulur: «Allah-Taala buyurur: «Haqq yolçusu daim nafilələrlə (əlavə ibadətlərlə) Mənə yaxınlıq axtarır. Ona eşq bağladığım vaxt eşidən qulağı, görən gözü, danışan dili oluram. Ona düşünən qəlb oluram. Məni çağırdığı zaman cavab verir, istədiyini əta edirəm.»167

Həzrət Peyğəmbər (s) buyurur: «Müttəqinin sözü vəhy mərtəbəsindədir. Onlardan bə’zilərinin dilindən çıxan söz haqqında «səninlə bu şəkildə kim danışıb» soruşulduqda belə deyər: qəlbim fikrimdən, fikrim batinimin dərinliyindən, batinimin dərinliyi Allah tərəfindən mənimlə danışdı».168

Bu məqamın ən üstün mərhələsində İslam Peyğəmbəri (s) olmuşdur. Həzrət (s) buyurur: «Məni görən kəs şübhəsiz haqqı görmüşdür.»169 «Allahla mənim aramda elə bir zaman var ki, heç bir yaxın mələk və mürsəl peyğəmbər həmin zamana mənimlə sığmaz».170

Həzrət Peyğəmbərdən (s) sonra bu məqamın ən üstün mərhələsinə çatan ariflər mövlası Həzrət Əli (ə) buyurur: «Batin nuru ilə məni tanımaq Allahı tanımaqdır.»171

Arif şair Cəlaləddin Rumi Allahın müqərrəb bəndəsi olan Həzrət Nuhun (ə) məqamını onun dilindən qələmə almışdır. (İstər Rumi, istər Sədi, istərsə də başqa arif şairlərin şe’rlərini olduğu kimi tərcümə etmək gücündə olmadığımızdan tərcümələrdə sadəcə şe’rin əsas mövzusunu saxlaya bilirik. -Mütərcim.


Ey azğınlar, məndə məndən əsər yox,

Onda fani olmayandan səmər yox.

Dünya sevgisindən yığıldım cana,

Qatıldım büsbütün o bir canana.

Dediklərim ol mövlanın sözləri,

Oda çəkər ondan dönən üzləri.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin