Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə23/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

PEYĞƏMBƏR (S) VƏ ƏHLİ-BEYT (Ə)


İmam Baqir (ə) «Doğrudan da, namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırar. Allahın zikri daha böyükdür» ayəsinin haqqında buyurur: «Bizik Allahın zikri və bizik böyük».161

Sözsüz ki, «zikr» dedikdə peyğəmbər və on iki mə’sum imam nəzərdə tutulur. Bu imamlar Həzrət Peyğəmbərin (s) iman, əxlaq, elm, agahlıq və bəsirət varisləridir. Məhz bu ilahi şəxsiyyətlər Qur’anı təfsir etmiş, hökmləri çatdırmış, cəmiyyətdə dini və haqqı qorumuşlar. On iki mə’sum imam həqiqi Qur’an nümunəsi, hidayət çırağı, insanları həqiqi səadətə yönəldən rəhbər, dünya və axirət xeyrinin tə’limatçısıdırlar. Onlar həqiqətləri xatırladır, hadisələri işıqlandırır, elm və ürfan xəzinələrini açırlar. Bu səbəbdən də onlar «danışan Qur’an» adlandırılırlar.

Onların rəhbərliyini qəbul etmədən, onların elminə inanmadan, onların göstərişlərinə tabe olmadan, onların vilayət dairəsində durmadan kamil iman, əxlaq və əmələ çatmaq, cəhənnəm əzabından qurtulmaq mümkün deyildir.

İslam peyğəmbəri (s) ömrünün son anlarında öz ümmətinə belə e’lan edir: «Mən sizin aranızda iki qiymətli şey qoyuram: Qur’an və Əhli-beytim. Bu iki şey mənə çatanadək bir-birindən ayrılmaz. Nə qədər ki, bu iki şeydən ayrılmamısınız, heç vaxt yolunuzu azmayacaqsınız». (Bütün şiə və sünni mənbələri).


Rəhmət dəryasının dürrü imamət,

Sevgi dolu qəlbin sirri imamət.

İmamətdir həqiqətə yol açan,

İmamətdir qaranlığa nur saçan.

Bu rəhbərlik Allah əmrinə bağlı,

Hər kəlməsi haqq-ədalət soraqlı.

Həqiqəti axtaranın çırağı,

Zülm önündə vuruşanın yarağı.

Xalqın Xaliqinə səfərdə gücü,

Hər doğru yolçunun bir ehtiyacı.

Doğru yolçu imama ehtiyaclı,

On ikidən birinci Əli adlı.

Əli «Allah şiri», vilayət şahı,

Qaranlıq dünyanın nurlu sabahı.

Əli nə vardırsa sirrinə vaqif,

Döyüşdə kəsərli, həyatda lətif.

İman üfüqündə doğan bir günəş,

Haqqı sevər, ayırmaz əcəm, həbəş

Namaz üstə var sədəqə verməyi,

Ən sadədə ən ucanı görməyi.

Bir sultandır çarıqları yamaqlı,

Gecə ruzi payla üzü duvaqlı.

Peyğəmbərin canişini, vəsisi,

Məzlumların haqqa ucalan səsi.

Dünyada doğru söz itərdi tamam,

Olmasaydı on bir övladı imam.


Qəlbi çirkinliklərdən təmizləmək, ilahi ad və sifətləri anlamaq, bu böyük həqiqətləri şeytansifətlərdən qorumaq, addım-addım Ona yaxınlaşmaq, bir an belə qəflətdə qalmamaq, vacib ibadətləri yerinə yetirmək, Allahın razılığı xatirinə xalqa xidmət göstərməyin hər biri «zikrdir».

Dünyapərəstlik toz-torpağından təmizlənmiş hal əhli olan bir qrup arif «zikr» kəlməsinin batini mə’nalarını əsas götürürlər. Onlar Qur’an ayələrinin cilvələndirilməsini, Peyğəmbər (s) və Əhli-beyt (ə) buyruqlarının həyata keçməsini «zikr» nümunəsi saymışlar. Bəli, həqiqətə yalnız hal əhlinin nəzərdə tutduğu gerçək zikr vasitəsi ilə yaxınlaşmaq olar. Könül mülkümüzə Allahın zikrini hakim edək, Qur’an göstərişlərini yerinə yetirək, bütün vücudumuzla peyğəmbər və imamların göstərişlərinə tabe olaq. Yalnız bu yolla yaxın bəndələrdən, ibadətin şirinliyini duyanlardan, səadətə çatanlardan ola bilərik. Könül mülkü Allahın ad və sifətlərinə tapındığı, bu mə’nalar bütün əzalar və ruha süzüldüyü, qəlb mə’rifət ətrinə büründüyü, vücud Allah eşqinə əsir olduğu vaxt insan Allahla yaxınlığın şirinliyini duyur. Bu məqama çatmış insan şeytanın hiylələrindən amandadır. Onu kimsə Allahdan döndərə bilməz və o, Allahdan qeyrisini tanımaz, görməz, istəməz və tapmaz.

Ariflər həlqəsinin başı, pəhrizkarların imamı, pakların rəhbəri, aşiq könüllərin şamı, kamil insanların iqtida etdiyi ilahi insan bütün vücudu ilə bu sözləri tərənnüm edirdi: «Hər bir şeydən əvvəl, hər bir şeylə yanaşı və hər bir şeydən sonra yalnız Allahı gördüm».

Mə’rifət və bəsirət qoynunda tərbiyə olunmuş imam Hüseyn (ə) aclıq və susuzluğun son həddində bütün müsibətlərin onu mühasirəyə aldığı vaxt, tikə-tikə doğranmış yetmiş bir şəhidin arasında, Əhli-beyt (ə) xanımlarının dözülməz nalələrini eşidən halda qanlı çöhrəsini Allah hüzurunda torpağa qoyub deyir: «Pərvərdigara, Sənin qəzandan xoşhal və razıyam, imtahan və bəlana səbirliyəm, göstərişlərinə təsliməm. Mənim üçün Səndən başqa bir mə’bud yoxdur.»


Ya Rəbb, bilirsənmi, nədir istəyim?

Anlamışam yalnız Sənsən gərəyim.

Sənsiz yoxdur əldə səbrim, qərarım,

Əgər üz döndərsən, yanar məzarım.

Bu könüldə başqa mə’şuqa yer yox,

Ötən zamanlarda aldanmışam çox.

Yuxum xəyalınla çıxsa da ərşə’

Səninləyəm, qəlbə min bir xal düşə.

Bu bülbül bir gülün ətrinə müştaq,

Unutmaz eşqini düşsə də iraq.

Çalsa da cismini acı tikanlar

Bilir ki, qarşıda şirin vüsal var.

Ümidsiz şeytandır, ümidvaram mən

Bu qəlb qurtulacaq nə vaxtsa qəmdən.


«Və əstəşfiu bikə ila nəfsikə»

(«Səni günah və cəza bəndindən qurtulmaq üçün özümə şəfaətçi qərar verirəm»)


Duanın bu hissəsi bir neçə həqiqəti göstərir:

Əvvəla, dua edən şəxs bütün səbəb və vasitələrdən ayrılıb Həzrət Haqqa üz tutmuşdur. Allahdan qeyriləri səhnədən çıxmış və ümid yeganə mə’buda bağlanmışdır. Şəfaətçi elə bir kəs olmalıdır ki, şəfaəti qəbul olsun. Allahın şəfaətinə isə heç bir şübhə yoxdur. Bütün bunları anlayan insan günahlarının bəlasından qurtulmaq üçün Allahı şəfaətçi seçir.

İkincisi, insan özünü o qədər günahkar, üsyankar bilir ki, Allahdan qeyrisinin şəfaətində heç bir tə’sir görmür. Bəli, yalnız Allah şəfaət verərsə bu ağır bəlalardan qurtulmaq olar. Elə bu səbəbdən də dua edən şəxs ağlar qəlb və göz yaşları, tam təvazö’ ilə pərişan halda əl açıb deyir: «və əstəşfiu bikə ila nəfsikə».

ŞƏFAƏTİN MƏ’NASI


Mə’rifət əhlinin fikrincə şəfaət güclünün zəifə yardımından ibarətdir. Bu zəif insan mə’rifət, iman, saleh əməl, gözəl əxlaqdan məhrum deyil. Onun zəifliyinin səbəbi yol verdiyi günahlardır. Bu günah iman nurunu söndürən günah yox, mə’nəvi yüksəlişdə süstlük yaradan və behişt yolunda maneə olan günahdır. Allah-Taala öz lütf və mərhəmətinə xatir şəfaəti qərar vermişdir. Yalnız qüdrətli şəfaətçinin sayəsində günahkar mö’min günah əsarətindən qurtulub, kamillik yolunda addım atır, günahların cəzasından xilas olur.

Demək, qiyamətdə şəfaət kafirlərə müşriklərə münafiqlərə imandan üz döndərənlərə şamil edilmir. «Muddəssir» surəsinin 38-48-ci ayələrində oxuyuruq: «Hər kəs öz əməlinin girovudur; sağ tərəf sahibləri istisna olmaqla; onlar cənnətdədirlər, bir-birindən soruşacaqlar; günahkarlar barəsində; sizi cəhənnəmə salan nədir; onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə uyanlarla biz də uyardıq; haqq-hesab gününü yalan sayardıq; ölüm bizi haqlayana qədər; şəfaət edənlərin şəfaəti onlara fayda verməz».

Şəfaət güclünün mə’nəviyyatdan məhrum olmamış zəifə yardımıdır və qiyamətin son mərhələsində gerçəkləşər. Şəfaətin tə’siri şəfaətçinin məqamından və günahkarın ləyaqətindən asılıdır.162


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin