421) Qastroduodenal qanaxmaların residiv ehtimalı hansında daha çox olur?
A) Selikli qişanın səthi eroziyalarında
B) Xora dibində diametri 0,1 sm-dən böyük tromblaşmış damar olarsa
C) Kallyoz xorada
D) Penetrasiya edən xorada
E) Çapıqlaşan xorada
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
422) Mədə xərçəngi həmişə haraya metastaz verir?
A) Sümüklərə
B) Regionar limfa düyünlərə
C) Periton boyunca
D) Ağ ciyərlərə
E) Qara ciyərə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
423) Mədə xərçəngində «kiçik əlamətlər sindromuna» hansı daxildir?
A) Dispeptik əlamətlər: iştahsızlıq, tez doyma, ürəkbulanma, hıçqırma, «lax yumurta» iyli gəyirmə, anemiya, artan zəiflik, küt ağrılar, mədə diskomfortu. İştahın güclənməsi, ağız suyunun axması
B) Anemiya, artan zəiflik, küt ağrılar, mədə diskomfortu. İştahın güclənməsi, ağız suyunun axması, arıqlama, qida qəbuluna nifrət
C) Dispeptik əlamətlər: iştahsızlıq, tez doyma, ürəkbulanma, hıçqırma, «lax yumurta» iyli gəyirmə, mədə diskomfortu, küt ağrılar. Anemiya, artan zəiflik. Arıqlama, qida qəbuluna nifrət
D) Dispeptik əlamətlər: iştahsızlıq, tez doyma, ürəkbulanma, hıçqırma, «lax yumurta» iyli gəyirmə, küt ağrılar, mədə diskomfortu. Anemiya, artan zəiflik. Iştahın güclənməsi, ağız suyunun axması, arıqlama, qida qəbuluna nifrət
E) Dispeptik əlamətlər: iştahsızlıq, tez doyma, ürəkbulanma, hıçqırma, «lax yumurta» iyli gəyirmə, küt ağrılar, mədə diskomfortu. Artan zəiflik. İştahın güclənməsi, ağız suyunun axması. Arıqlama, qida qəbuluna nifrət
Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
Dostları ilə paylaş: |