68) Radikal mastektomiya onun modifikasiya edilmiş, eləcə də radikal sayılan operasiyasından hansı göstərilən toxumaların çıxarılması ilə fərqlənir?
A) Kiçik döş əzələsinin çıxarılması
B) Xərcəng şişi olan süd vəzinin bütövlükdə çıxarılması
C) Xəstə tərəfdə qoltuqaltı limfatik vəzilərin çıxarılması
D) Böyük döş əzələzinin çıxarılması
E) Döş giləsi və ətraf həlqənin çıxarılması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
69) Hansı dəyişiklərin olması dəridə olan piqment törəməsinin çıxarılmasına göstəriş ola bilər?
A) Ağrı simptomunun meydana çıxması
B) Regionar limfatik vəzilərin böyüməsi
C) Rənginin, formasının, ölçüsünün dəyişməsi
D) Birincili şişin yanında əlavə satellitin əmələ gəlməsi
E) Hamısı
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |