74) Appendektomiyadan sonra qarın boşluğuna qanaxma müəyyən olunursa və xəstə getdikcə hemorragik şok əlamətləri inkişaf edirsə hansı taktikanı seçmək lazımdır?
A) Təcili relaparotomiya aparmaq
B) Xəstəyə qan, qanəvəzəedici məhlullar köçürməklə müalicə aparmaq
C) Qarın boşluğunun sanasiyası və drenajı
D) Orta xətlə aparılmış geniş laparotomiya
E) İlkin operasion kəsiyindən relaparotomiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
75) Kəskin fleqmonoz appendisitə görə 7 gün əvvəl operasiya olmuş 36 yaşlı kişi xəstənin qarnının aşağı nahiyəsindən intensiv olmayan daimi ağrılar, hərarətin 38-39°C qədər yüksəlməsi, sidik ifrazı aktının sonunda ağrı, tez-tez defekasiya istəyi meydana çıxmışdır. Dili quru, P-110-112, qanda leykositlərin sayı 18.000-dir.Qarnı yumşaq, əməliyyat yarası sahəsində qızartı və ağrı yoxdur. Qasıqüstü nahiyədə palpasiya ağrılıdır, nisbətən dərin palpasiyada ağrılı olan infiltratın yuxarı kənarı əllənir. Hansı ağırlaşmanın olmasına şübhə var?
A) İlgəklərarası abses
B) Sidik kisəsi və kisəətrafı toxumanın iltihabı
C) Qarın boşluğunda yad cismin qalması
D) Bağırsaq keçməməzliyi
E) Duqlas boşluğunun absesi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
76) 38 yaşlı xəstə qadında 1 il əvvəl xolesistektomiya, xoledoxotomiya əməliyyatı aparılmışdır. İki aydır ki, xəstədə residivləşən sarılıq, sağ qabırğaaltı sahədə ağrılar və arabir hərarətin 37.5-38°C yüksəlməsi qeyd olunur. Xəstəliyin xüsusiyyətinin aydınlaşdırılmasında aşağıda göstərilən müayinə metodlarından hansı əsasdır?
A) Retroqrad xolangioqrafiya
B) Biliar sistemin sonoqrafiyası, yoğun bağırsağın kontrast rentgen müayinəsi
C) İrriqoskopiya
D) Mədə və 12-barmaq bağırsaq rentgenoskopiyası
E) Laparoskopiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
77) 38 yaşlı xəstə qadında 1 il əvvəl xolesistektomiya, xoledoxototomiya əməliyyatı aparılmışdır. İki aydır ki, xəstədə residivləşən sarılıq, sağ qabırğaaltı sahədə ağrılar və arabir hərarətin 37.5-38°C yüksəlməsi qeyd olunur. Müayinə zamanı xoledoxun terminal hissəsinin tubulyar çapıqlaşaraq daralması aşkar edilmişdir. Sizin müalicə taktikanız necədir?
A) Laparotomiya - xoledoxostomiya
B) Konservativ müalicə
C) Papilliosfinterotomiya (endoskopik)
D) Laparotomiya - xoledoxoduodenostomiya
E) Laparotomiya – xoledoxoyeyunostomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
78) 6 ay əvvəl 35 yaşlı xəstədə xolesistektomiya əməlliyatı aparılmışdır. Klinik mənzərənin və müayinələrin nəticələrini nəzərə alaraq xəstədə xoledoxolitiazın və xolangitin olması aşkar edilmişdir. Klinik mənzərədə hansı əlamətlər üstünlük təşkil edir və diaqnozun qoyulmasında hansılar əhəmiyyətlidir?
A) Tez-tez qusmanın olması, residivləşən sarılıq, sağ qabırğa altında tutma şəkili ağrılar
B) Residivləşən sarılıq, sağ qabırğaaltı nahiyədə tutmaşəkilli ağrılar, üşütmə və bədən hərarətinin arabir yüksəlməsi
C) Dalağın böyüməsi, tez-tez qusmanın olması, residivləşən sarılıq
D) Dalağın böyüməsi, sağ qabırğaaltı nahiyədə tutmaşəkili ağrılar, üşütmə və bədən hərarətinin arabir yüksəlməsi
E) Tez-tez qusmanın olması, residivləşən sarılıq, üşütmə və bədən hərarətinin arabir yüksəlməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |