Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 215. Cinayət işləri üzrə ibtidai istintaqın aparılması



Yüklə 2,96 Mb.
səhifə191/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   187   188   189   190   191   192   193   194   ...   466
Maddə 215. Cinayət işləri üzrə ibtidai istintaqın aparılması

 

215.1. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir.



215.2. Cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

215.3. İbtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: 

215.3.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135—138, 145, 146, 148-1, 149, 154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164, 165.2, 165-2, 165-3, 166.2, //çıxarılıb// 169-1, 179, 189-1, 190, 191, 192-2, 193-1, 195, 195-1, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 318-1, 318-2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə;

215.3.2. cinayətin törədilməsində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin), Milli Məclisin deputatlarının, Baş nazirin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin, hakimlərin, prokurorluq orqanları əməkdaşlarının, Azərbaycan Respublikasının xaricdəki diplomatik idarələrinin və xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının, habelə ədliyyə, polis, təhlükəsizlik, miqrasiya, vergi və gömrük orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə. 

215.4. Müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq da hərbi prokurorluq tərəfindən aparılır). 

215.5. Bu Məcəllənin 215.3 və 215.4-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa, digər cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

215.6. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həmin işin bir neçə istintaq orqanına aid olduğu müəyyən edildikdə, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Azərbaycan Respublikası Baş prokurorunun, onun müavinlərinin, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı əsasında:

215.6.1. prokurorluğa və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına aid olan cinayət işi üzrə — prokurorun və ya prokurorluğun müstəntiqinin rəhbərliyi ilə birgə istintaq qrupu yaradılır;

215.6.2. Azərbaycan Respublikasının bir neçə müvafiq icra hakimiyyəti orqanına aid olan cinayət işi üzrə — cinayətin ağırlıq dərəcəsindən asılı olaraq həmin orqanların müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılır və onun rəhbəri müəyyən edilir.

215.7. Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verilir:

215.7.1. cinayət işinin istintaqı aid olan orqan tərəfindən cinayətin qeydiyyatdan gizlədilməsi müəyyən edildikdə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən zəruri tədbirlər görülməmişdirsə, o cümlədən göstərilən hallar aradan qaldırılmamışdırsa və təqsirli şəxslər məsuliyyətə cəlb olunmamışdırsa);

215.7.2. cinayət işinin istintaqı aid olan orqan tərəfindən işin istintaqı zamanı təqsirləndirilən şəxsin qanunsuz həbsdə saxlanılması və ya ona işgəncə verilməsi müəyyən edildikdə;

215.7.3. cinayət işinin istintaqı aid olan orqan tərəfindən bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin müdafiəçi ilə təmin edilməməsi müəyyən olunduqda;

215.7.4. cinayət işinin istintaqı aid olan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri, yaxud onun yaxın qohumu həmin iş üzrə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, yaxud mülki cavabdeh olduqda.

215.8. Azərbaycan Respublikası Baş prokurorunun özü və ya yaxın qohumu iş üzrə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehdirsə, istintaqı prokurorluğa aid olan işin digər istintaq orqanına verilməsi Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin əsaslandırılmış qərarı əsasında həyata keçirilir.

215.9. Bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər. 

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin