§ 3. Veksel
Maddə 1004. Veksel anlayışı
Veksellər adlı qiymətli kağızlardır, veksel verən onların vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel).
Maddə 1005. Köçürmə vekseli
1005.1. Köçürmə vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir:
1005.1.1. Sənədin mətninə daxil edilmiş "veksel" adı;
1005.1.2. veksel verənin müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə ºərtləºdirilməmiº göstəriºi;
1005.1.3. kim ödəməlidirsə, onun (ödəyicinin) adı;
1005.1.4. ödəniş kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı;
1005.1.5. vekselin tərtib edildiyi tarix;
1005.1.6. veksel verənin imzası;
1005.1.7. vekselin tərtib edildiyi yer;
1005.1.8. vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniş müddəti);
1005.1.9. ödənişin icra edilməli olduğu yer.
1005.2. Bu Məcəllənin 1005.1-ci maddəsində göstərilmiş rekvizitlərdən hər hansı birinin olmadığı sənədin, aşağıdakı hallar istisna olmaqla, köçürmə vekseli qüvvəsi yoxdur:
1005.2.1. ödəniş müddəti göstərilməmiş köçürmə vekseli təqdim edildikdə ödənilməli olan veksel (müddəti təqdim edilməsi ilə müəyyənləşdirilən veksel) sayılır;
1005.2.2. ödəniş yeri xüsusi göstərilmədikdə ödəyicinin adı ilə yanaşı göstərilmiş yer ödəniş yeri və bununla birlikdə, ödəyicinin yaşayış yeri və ya olduğu yer sayılır;
1005.2.3. tərtib edildiyi yer göstərilməmiş köçürmə vekseli veksel verənin adı ilə yanaşı göstərilmiş yerdə imzalanmış sayılır;
1005.2.4. verildiyi məqamda tam doldurulmamış köçürmə vekseli başqa şəxslərə verildikdə və həmin şəxslərə vekseldə çatışmayan məlumatları sonradan tamamlamaq hüququ verildikdə blank vekseli qüvvəsinə malik olur.
Dostları ilə paylaş: |