Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi
Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.
Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi
Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
Maddə 1310. Kreditorların tələblərinin irəli sürülməsi müddəti – çıxarılmışdır.
Maddə 1311. Ümumi iddia müddətlərinin tətbiqi – çıxarılmışdır.
Maddə 1312. İcra müddətinin təxirə salınması
Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər.
Dostları ilə paylaş: |