Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları



Yüklə 277,04 Kb.
səhifə124/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   120   121   122   123   124   125   126   127   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

6. Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları
Plan:
1. Əxlaq tərbiyəsinin ümumi səciyyəsi
2. Şagirdlərin tərbiyəsində kollektivin rolu
3. Şagirdlərin tərbiyəsində ailənin rolu
Tərbiyə psixologiyasında diqqəti cəlb edən əsas məsələlərdən biri şəxsiyyətin əxlaq tərbiyəsidir. Adətən məktəblinin tərbiyəsindən danışarkən birinci növbədə onun əxlaqi cəhətdən formalaşmasına nəzər yetirirlər. Şəxsiyyətin əxlaqi sahəsinin formalaşmasının psixoloji əsasları ilə tanış olmaq tərbiyəçi üçün böyük əhəmiyyətə malikdir. Əxlaqi bilik və anlayışların mənimsənilməsi prosesi mürəkkəb xarakter daşımaqla, xüsusi rəhbərlik tələb edir. Təsadüfi təsirlərdən yaranan əxlaqi anlayışlar təhrif olunmuş xarakter daşıya bilər. Bu isə səhv davranışa gətirib çıxara bilər. Ona görə də birinci növbədə əxlaqi bilik və anlayışların yaranması qayğısına qalmaq lazımdır.
Məktəb təcrübəsindən aydın olur ki, çox vaxt uşaqlar əxlaq normaları haqqında geniş biliyə malik olduqları halda, öz davranışlarında onlara əməl etmirlər. Bu isə bəzən müəllimdə, tərbiyəçidə təəccüb doğurur. Ona görə də şagirdin öz davranışına əməl etmədiyini irad tutur, onu danlayır. Bunun nəticəsi isə çox vaxt o qədər də fərəhləndirici olmur. Əksinə, bəzən şagirdin özünə inamı itir, biliklə əməl arasında əlaqə pozulur. Bu ziddiyyəti aradan qaldırmaq yalnız şagirdlərin müvafiq davranış təcrübəsinə yiyələnməsi nəticəsində mümkün ola bilər. Psixoloqlar uşaqların davranış təcrübəsini onların emosiyaları ilə əlaqələndirməyi vacib hesab edirlər. Bu zaman emosiyalar əxlaqi hisslərin formalaşmasına müsbət təsir göstərir. Əgər şagird heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi hərəkətdən razılıq hissi keçirərsə, sonradan bir daha həmin hissi yaşamağa can atacaqdır. Məhz buna görə də müsbət əxlaqi hissləri tərbiyə etmək üçün elə şərait yaratmaq lazımdır ki, şagird qüvvətli müsbət nümunə ilə qarşılaşsın, həmin prosesdə iştirak etsin və müvafiq hisslər keçirə bilsin.
Şagirdlərin tərbiyəsində kollektivin tərbiyələndirici təsir gücü daha real və faydalı olur. Kollektiv bir növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu oynayır. Kollektiv öz üzvlərinə təsir edir, onlardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin tərbiyəsinə kollektivin həlledici təsiri daha güclü olur. Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər tərbiyəvi tədbirin təşkili zamanı kollektivin həmin imkanlarından lazımi dərəcədə istifadə etməlidir.
Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır. Nəcib əxlaqi hisslər içərisində yoldaşlıq və dostluq əsas yerlərdən birini tutur. Bu cür hisslər şagirdləri bir-birinə qarşı qayğı göstərməyə, köməklik etməyə yönəldir. Əxlaqi keyfiyyətlər içərisində düzlük və doğruçuluq, sadəlik, təvazökarlıq, xeyirxahlıq, səxavətlilik, haqq işə sədaqətli olmaq və s. kimi keyfiyyətlər də mühüm yer tutur. Bütün bu keyfiyyətləri gənc nəslə aşılamaq üçün lazımi şərait yaratmaq əxlaq tərbiyəsi baxımından çox vacibdir.
Uşaqların tərbiyəsində ailənin rolu çox böyükdür. Uşaq ilk gündən ailədə tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqeyi həmin tərbiyədən çox asılıdır. Məhz ailə uşaq şəxsiyyətinin formalaşmasında ilk məktəb olur. Böyüklərlə ünsiyyət prosesində uşaq tam bir əxlaqi sərvət sistemini mənimsəyir. Bütün bunların formalaşmasında ailə üzvlərinin qarşılıqlı münasibəti əsaslı rol oynayır. Uşaq öz valideynini bir nümunə kimi qavrayır, onun bütün münasibətlər sistemini mənimsəyir və öz davranışına daxil edir. Ona görə də ailədə uşaqların tərbiyəsinə çox erkən yaşlardan başlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzvlərinə düşür.
İnsan anadan olduğu gündən ömrünün axırına kimi bir çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Ona görə də valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidirlər ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə, xalq üçün ağır yükə çevrilməsin. Adətən uşaqlarda formalaşan mənfi keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə alaraq, uşaqların ailədə tərbiyəsi zamanı birinci növbədə onların davranış və rəftarlarında mənfi keyfiyyətlərin yaranmasının qarşısını almaq lazımdır. Ailədə uşaqların tərbiyəsi onların şəxsiyyətinin formalaşmasına xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. Bu mənada ailədə uşaqların əqli, əmək, əxlaqi, fiziki, estetik tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin