1.Pedaqoji fəaliyyətin motivləri-insan yetişdirməklə əlaqədar ictimai tələbat nəzərdə tutulur. 2.Pedaqoji fəaliyyətin məqsədi-cəmiyət üzvlərinin tərbiyəsi nəzərdə tutulur. 3.Pedaqoji fəaliyyətin predmeti-insan nəzərdə tutulur.
4.Pedaqoji fəaliyyətin özü-ayrı-ayrı öyrədici, inkişafetdirici tərbiyələndirici iş və əməliyyatlar nəzərdə tutulur. 5.Pedaqoji fəaliyyətin vasitələri-məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları nəzərdə tutulur. 6.Pedaqoji fəaliyyətin şəraiti-məktəbin təchizatı, pedaqoji kollektivdəki birlik, məktəbə rəhbərlik və s. nəzərdə tutulur. 7.Pedaqoji fəaliyyətin nəticələri-şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması nəzərdə tutulur. Bütün bu cəhətlər pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır və onların hər biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə olmalıdır. Eyni zamanda pedqoji fəaliyyət bu cəhətlərə malik olmadan bir fəaliyyət kimi təzahür edə bilməz.
Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla, həm də şərəfli və xeyirxah fəaliyyətdir. Müəllimin pedaqoji fəaliyyəti bir-birilə sıx bağlı olan bir sıra funksiyalardan ibarətdir.
1.İnkişafetdirici funksiya-müəllimdən öz şagirdlərini inkişaf etdirmək vəzifəsini həyata keçirməyi tələb edir. İnkişafetdirici funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin idrak imkanlarının formalaşması və inkişafı yollarını müəyyənləşdirə bilsin, onlara müstəqil işləmək bacarığı aşılaya bilsin. Bunun üçün isə müəllim bir sıra zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
2.Tərbiyəedici funksiya-təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə düzgün elmi dünyagörüşünün formalaşması, ideya-siyasi, əxlaqi, estetik və vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə yetirilməsi ilə bağlıdır. Şübhəsiz, bu funksiyanın həyata keçirilməsi də müəllimdən zəruri pedaqoji bacarıq və vərdişlərə yiyələnməyi tələb edir.