Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə25/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   21   22   23   24   25   26   27   28   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

5.Qavrayışın əşyaviliyi. Əşyavilik anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır. Qavrayışın əşyaviliyi davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu isə qavrayışın əşyaviliyi sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi özünü göstərir.
Qavrayış uşaqlarda çox erkən inkişaf etməyə başlayır. Adətən, iki aylığın sonunda qavrayış çox sadə şəkildə özünü büruzə verir. Bu əsasən şərti reflekslərin yaranması ilə əlaqədardır. Üç yaşına qədər uşaqlarda qavrayış dəqiq olmur. Məsələn, bu yaşda olan uşaqlar çəkməsinin sağ və sol tayını fərqləndirə bilmirlər. Məktəbəqədər dövrdə, xüsusən məktəbə daxil olduqdan sonra uşağın qavrayışı getdikcə təkmilləşir. O, hərfləri, rəqəmləri, müxtəlif cisimləri planlı şəkildə qavramağa və öz qavrayışını idarə etməyə başlayır. Şagirdlərin qavrayışının inkişafında valideynlər və uşaq bağçaları mühüm rol oynayır. Məktəbə daxil olduqda isə onların qavrayışı daha tam, düzgün və planlı şəkildə müəllimin rəhbərliyi altında həyata keçirilir.
Bəzən qavrayış prosesində müəyyən pozuntular özünü göstərir. Qavrayış pozuntuları dörd qrupa bölünür.
1.Aqnoziya-yəni tanıma qabiliyyətinin pozulması.
2.İllüziya-yəni yanlış qavrama.
3.Hallüsinasiya-yəni qarabasma, sərsəmləmə.
4.Psixosensor pozuntular-yəni əşyalar həm həcmcə, həm də formaca dəyişilmiş şəkildə qavranılır.
Qavrayışın növləri. Qavrayışın növlərini sadə və mürəkkəb olmaqla 2 böyük qrupa bölmək olar. Qavrayışın sadə növlərini duyğularda olduğu kimi analizatorlara əsasən xarakterizə edirlər. Qavrayış prosesində bəzən görmə, bəzən eşitmə, bəzən isə iybilmə və dadbilmə analizatoru üstün rol oynayır. Bundan asılı olaraq sadə qavrayışın görmə, eşitmə, iybilmə, dadbilmə və s. növlərini fərqləndirirlər. Qavrayışın sadə növləri birləşir və beləliklə qavrayışın mürəkkəb növləri meydana gəlir. Qavrayışın mürəkkəb növləri aşağıdakılardır:

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin