Ümummilli Lider



Yüklə 0,72 Mb.
səhifə11/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
Mərasimlərin bərpası. Məlumdur ki, bizim müs­tə­qil­li­yi­mizi itirdiyimiz dövrdə mərasim mədəniy­yətimiz ağır itkilərə mə­ruz qalmışdır. Müstəqil dövlət olmayanda rəs­mi təsisatlar və rəs­mi mədəni institutlar da olmur. Çünki bu idarə olunan bir me­xa­nizmdir. Adətlər şəklində icra olu­nan məra­simlər isə öz miq­ya­sına və təntənəsinə görə məh­dud çevrəni əhatə edir. Başqa de­yi­­lişlə, el bayramları ev bay­ram­ları şəklində qeyd olunur. Bun­­la­rı biz yaxın keç­mi­şi­mizdə görmüşük. Heydər Əli­yevin mərasim mədəniy­yə­ti­mi­zə ver­diyi töhfələrdən biri milli mərasimlərimizin bər­pa­sı­dır. Əl­bəttə, bu bərpa məsələsi kifayət qədər mürəkkəbdir və uzun bir prosesi əhatə edir. Amma dövlət rəhbərinin təqvi­mi və rəqəmləri rəsmiləşdirməsi bu prosesin başlan­ma­sı üçün va­cib olan yaşıl işığı yandırmış olur.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib. 1970-1980-ci illərdə toylar aşıqsız, yaslar mollasız olma­yıb. Milli (məsələn, Novruz bayramı) və dini bay­ram­lar (məsə­lən, Ra­ma­zan, Qurban) dünyəvi bayramlarla (məsə­lən, Yeni il, 8 Mart Qadınlar bayramı, 1 May Zəhmət­keş­lərin həm­rəylik gü­nü və s.) eyni mütəşəkkillikdə qeyd olunub. Am­ma Sovet bay­ramları (7 Noyabr İnqilab günü, 23 Fev­ral Ordu günü, Konstitusiya günü və s.) xüsusi olaraq rəsmi sə­viy­­yədə geniş təş­kil olunmurdu və bir növ simvolik xa­rak­ter daşı­yırdı. Moskvaya həmin günün Azər­bay­canda da qeyd olun­du­ğu haq­qında məlumat göndərmək üçün bu da kifa­yət edirdi.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin